19 Sentyabr 2026 12:49
214
CƏMİYYƏT
A- A+
Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyası açılıb

Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyası açılıb

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Ankara Universitetinin Hüquq fakültəsində Azərbaycan və Türkiyənin ictimai və mədəni həyatında mühüm rol oynamış, hüquqşünas, yazıçı, jurnalist və fikir adamı kimi Türk dünyasının düşüncə həyatına dəyərli töhfələr vermiş Əhməd Ağaoğlunun xatirəsinə həsr olunmuş barelyefin və auditoriyanın açılışı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ankara Universitetinin prorektoru professor Orhan Uzun, Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycanın Türkiyədəki səfirliyi, TÜRKSOY, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, alimlər, ziyalılar, yerli azərbaycanlılar iştirak ediblər.

Ankara Universitetinin prorektoru Orhan Uzun, universitetin dekanı professor İbrahim Ermenek, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Füzuli Məcidli, "Əhməd Ağaoğlu Araşdırma Mərkəzi" İctimai Birliyinin sədri, Ağaoğlular nəslinin nümayəndəsi Nigar Axundova, ədibin nəticəsi, İstanbulda yaşayan Əhməd Ağaoğlu çıxış edərək Azərbaycan Mədəniyyətinin beşiyi Şuşada doğulan Əhməd Ağaoğlunun öz ideyaları, əsərləri və mübarizəsi ilə Azərbaycanın milli oyanışına, Türk dünyasının ictimai və mədəni inkişafına, təhsil, hüquq, mətbuat, maarifçilik anlayışlarının güclənməsinə böyük töhfələr verdiyini, Türkiyədə hüquq təhsilinin və modernləşmə hərəkatının inkişafına öncülük etdiyini, qadın hüquqları və milli kimlik məsələlərində qabaqcıl fikirlər irəli sürdüyünü qeyd ediblər. Çıxışçılar Prezident İlham Əliyevin Əhməd Ağaoğlu haqqında fikirlərinə yer verərək, Ağaoğlunun milli oyanış hərəkatının ön sıralarında yer alan vətənpərvər ziyalı və müsəlman Şərqində modernləşmənin qətiyyətli müdafiəçisi olduğunu qeyd ediblər.

Bildirilib ki, Əhməd bəy Ağaoğlunun ən böyük xidmətlərindən biri milli kimliyi müasirlik, təhsil, hüquq və azad düşüncə ilə bir arada nəzərdən keçirməsi idi. 1924-cü ildə Türkiyə Cümhuriyyəti Konstitusiyasının hazırlanmasında mühüm rol oynayan Ağaoğlu, 1925-ci ildə Ankarada “Ankara Ədliyyə Hüquq Məktəbi” adı ilə yaradılan Türkiyə Cümhuriyyətinin ilk hüquq məktəbinin təsisçilərindən olaraq, universitetdə müəllim kimi də çalışıb. Natiqlər bir vaxtlar Əhməd bəy Ağaoğlunun qurucusu olduğu fakültədə, binanın qarşısında ədibin barelyefinin açılışının mühüm hadisə olduğunu qeyd ediblər.

Sonra Əhməd bəy Ağaoğlunun barelyefinin açılışı olub. Barelyef Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə hazırlanıb.

Tədbirdə Ankara Universitetinin tələbələri tərəfindən Əhməd bəy Ağaoğluna həsr olunan bədii kompozisiya təqdim edilib.

İştirakçılar təmir edilən Əhməd bəy Ağaoğlu auditoriyası ilə də tanış olublar. Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə yenidən qurulan auditoriyada Əhməd bəy Ağaoğlunun Azərbaycan və Türkiyə dövrünü əhatə edən fəaliyyətinə, həyat və yaradıcılığına dair məlumatların yer aldığı guşələr yaradılıb. Auditoriyada görkəmli ziyalının elmi, hüquqi, publisistik və ədəbi irsini əks etdirən müxtəlif nəşrlər də nümayiş etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın dövlət suverenliyi: Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol   

13:58
19 Sentyabr

Ağdərə Qarabağın yaşıl enerji mərkəzinə çevrilir

12:54
19 Sentyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

12:52
19 Sentyabr

Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyası açılıb

12:49
19 Sentyabr

Dövlətimizin suverenlik günü

12:34
19 Sentyabr

Qürur duyuruq ki, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olunub

12:08
19 Sentyabr

Tramp Si Cinpinlə bir neçə razılaşma əldə etməyə ümid edir

11:06
19 Sentyabr

Əziz Ələkbərli: Ermənistan 44 günlük müharibənin dərslərindən qətiyyən nəticə çıxarmayıb

10:59
19 Sentyabr

Pakistanda məscidin yaxınlığında törədilən terrorda ölənlərin sayı 31 nəfərə çatıb

10:44
19 Sentyabr

Bilmək istəyirəm

10:40
19 Sentyabr

Fransa prezidentliyinə namizəd Qabriel Attal "Avropa Birləşmiş Ştatları" ideyasını irəli sürüb

10:35
19 Sentyabr

Atadan oğula ötürülən Vətən əmanəti

10:30
19 Sentyabr

İyirmi yaşında qəhrəman oldu

10:20
19 Sentyabr

Bir Vətən sevdalısı Xəzər vardı...  

10:10
19 Sentyabr

XIV əsrə aid Pir Ömər Sultan ziyarətgahı

10:01
19 Sentyabr

Azərbaycan və TDT məkanının strateji çəkisi: enerji və nəqliyyat bağlantılarının rolu

10:00
19 Sentyabr

Azərbaycan hərbçiləri Koreyada beynəlxalq döyüş təlimi müsabiqəsində iştirak ediblər

09:50
19 Sentyabr

Türk dünyasının aparıcı gücü

09:40
19 Sentyabr

Sahibkarlığa yeni dəstək mexanizmləri müzakirə olunub

09:30
19 Sentyabr

Prezidentin hər səfəri iqtisadi inkişafa yeni təkan verir

09:25
19 Sentyabr

Əsrlərə hesablanmış saziş

09:20
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!