19 Sentyabr 2026 12:54
1090
CƏMİYYƏT
A- A+
Ağdərə Qarabağın yaşıl enerji mərkəzinə çevrilir

Ağdərə Qarabağın yaşıl enerji mərkəzinə çevrilir

Dövlət başçısının tapşırığına uyğun olaraq “AzərEnerji” tərəfindən Ağdərə rayonunda irihəcmli enerji layihələri həyata keçirilir. Belə ki, Tərtərçayın Ağdərə rayonundan keçən hissəsində 8,2 meqavat gücündə “Çardaqlı-1” və 6,8 meqavat gücündə “Çardaqlı-2” su elektrik stansiyaları tikilir. Layihə çərçivəsində hər iki stansiya üçün suqəbuledicilər və maşın zalları inşa olunur, mürəkkəb dağlıq relyefdə ümumilikdə 11,4 kilometr uzunluğunda, 2400 millimetr diametrli derivasiya boruları çəkilir.

“AzərEnerji”dən AZƏRTAC-a verilən məlumata görə, Ağdərədə yerləşən 10,4 meqavat gücündə “Həsənriz” Su Elektrik Stansiyası müasir standartlara uyğun şəkildə yenidən qurulur. Eyni zamanda, 110/35/10 kilovoltluq “Həsənriz” yarımstansiyası da sökülərək ən son rəqəmsal texnologiyalar əsasında tam yenidən inşa edilir. “Həsənriz” yarımstansiyası istehlakçıların, o cümlədən sənaye müəssisələrinin enerji təchizatının etibarlılığını artırmaqla yanaşı, “Sərsəng” və bölgədə fəaliyyət göstərən digər su elektrik stansiyalarında istehsal olunan enerjinin ölkə enerji sisteminə təhlükəsiz və fasiləsiz ötürülməsini təmin edəcək.

Buna qədər isə regionun enerji infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlardan biri kimi Kəlbəcərdən Ağdərəyədək 42 kilometr uzunluğunda, 110 kilovoltluq ikidövrəli “Kəlbəcər–Həsənriz” ötürmə xətti çəkilib. Xəttin Şuşa istiqamətindən gələn 110 kilovoltluq ötürmə xətti ilə əlaqələndirilməsi nəticəsində Qarabağ bölgəsində etibarlı, dayanıqlı və çevik dairəvi enerji təchizatı sxemi yaradılıb.

Bununla yanaşı, Ağdərədə 14,7 meqavat gücündə yeni “Qozlukörpü” Su Elektrik Stansiyası tikilib və bu ilin yanvar ayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub.

Beləliklə, Kəlbəcər və Laçın Şərqi Zəngəzur iqtisadi rayonunun yaşıl enerji mərkəzinə çevrildiyi kimi, Ağdərə də, Qarabağ iqtisadi rayonunun yaşıl enerji mərkəzinə çevrilməkdədir. Həyata keçirilən layihələr regionun enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, Qarabağın bərpası və iqtisadi inkişafına da mühüm töhfə verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Suverenliyi Günü: tarixi ədalətin bərpası və milli iradənin təntənəsi

14:26
20 Sentyabr

Bu gün Qarabağda 30 illik arzularımızın gerçəkləşmiş mənzərəsi canlanır  

13:19
20 Sentyabr

Azərbaycanda Neftçilər Günü qeyd edilir 

13:16
20 Sentyabr

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın 

13:15
20 Sentyabr

23 saat 43 dəqiqə… 

12:49
20 Sentyabr

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb  

12:46
20 Sentyabr

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

11:12
20 Sentyabr

Hakan Fidan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təklif irəli sürüb

10:48
20 Sentyabr

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür  

10:14
20 Sentyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb VİDEO

09:54
20 Sentyabr

Antiterror əməliyyatı həlledici mərhələ kimi tarixə düşdü

09:54
20 Sentyabr

Suverenliyin təntənəsi: Prezident İlham Əliyevin liderlik və inkişaf strategiyası  

09:27
20 Sentyabr

Heydər Əliyevin müəyyən etdiyi enerji strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələlərə yüksəlib

09:09
20 Sentyabr

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

09:00
20 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Zəfərdən dirçəlişə uzanan yol

08:53
20 Sentyabr

Qarabağın qürur günü – 20 Sentyabr

08:37
20 Sentyabr

20 Sentyabr Dövlət Suverenliyi Günü - Zəfərimizin və qürurumuzun ən uca zirvəsi

08:00
20 Sentyabr

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib

21:29
19 Sentyabr

Sürücülərin nəzərinə

21:21
19 Sentyabr

İçərişəhərdə “Milli Geyimlər Günü” qeyd olunub

20:47
19 Sentyabr

Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib

20:07
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!