05 Oktyabr 2026 11:34
84
Mədəniyyət
A- A+
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib  

Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib  


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin III Beynəlxalq Opera Festivalı keçirilib.

Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev tərəfindən Xalq artisti Fidan Hacıyevanın 50 illik yubileyi münasibətilə Cəmiyyətin “Körpü” diplomu yubilyara təqdim edilib.

Tədbirdə Alman-Azərbaycan Cəmiyyətinin İdarə Heyətinin üzvü, tarix elmləri doktoru Həcər Verdiyeva çıxış edərək almanların Azərbaycan torpaqlarında məskunlaşma tarixindən, onların ölkəmizin ictimai və mədəni həyatına verdikləri töhfələrdən, eləcə də Azərbaycan-Almaniya münasibətlərinin tarixi-mədəni aspektlərindən bəhs edib, Alman Lüteran kilsəsinin tarixi haqqında məlumat verib.

3 oktyabr – Almaniyanın Birlik Gününə həsr olunmuş musiqi tədbirində Azərbaycan və Alman bəstəkarlarının əsərləri səsləndirilib. Festival çərçivəsində vokal və opera musiqisinin müxtəlif nümunələri təqdim olunub. Konsert proqramında Azərbaycanın Xalq artisti Fidan Hacıyeva, gənc solistlər və “Mezzo” Kamera Orkestri iştirak edib.

Musiqi proqramında səsləndirilən əsərlər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. İfaçıların məlahətli səsləri və peşəkar ifaları tədbir iştirakçıları və qonaqların alqışları ilə müşayiət olunub.

Şəmkir rayonunda tarixi Alman Lüteran kilsəsində baş tutan konsert Azərbaycan və Almaniya arasında mədəni əlaqələrin, eləcə də musiqi diplomatiyasının inkişafına töhfə verən tədbirlərdən biri kimi yadda qalıb.


"Azərbaycan"




Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ

11:45
05 Oktyabr

Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib  

11:34
05 Oktyabr

“Etender.gov.az” portalında sənədlərin “SİMA İmza” ilə imzalanması imkanı yaradılıb

11:13
05 Oktyabr

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

11:11
05 Oktyabr

Son iki gündə 60 cinayətin açılması təmin olunub

11:06
05 Oktyabr

Fransada şagirdlərin etirazları davam edir: bir çox məktəblərdə dərslər dayandırılıb  

11:02
05 Oktyabr

Birjalarda neft ucuzlaşıb

10:59
05 Oktyabr

Bu gün Beynəlxalq Həkimlər Günüdür

10:55
05 Oktyabr

Qızıl və gümüş bahalaşıb

10:34
05 Oktyabr

Hər könüldə yerin var

10:24
05 Oktyabr

Azərbaycan yeni inkişaf mərhələsinə doğru inamla irəliləyir

10:14
05 Oktyabr

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

09:03
05 Oktyabr

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər  

08:48
05 Oktyabr

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub

21:57
04 Oktyabr

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb  

20:32
04 Oktyabr

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq  

19:47
04 Oktyabr

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2

19:38
04 Oktyabr

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib  

19:09
04 Oktyabr

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub  

18:32
04 Oktyabr

Cəbrayılın azad edilməsindən sonra strateji əhəmiyyət daşıyan imkanlar yarandı

18:01
04 Oktyabr

Azərbaycan sülh, əmin-amanlıq, tərəqqi yolunu seçib

17:32
04 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!