05 Oktyabr 2026 10:14
131
SİYASƏT
A- A+
Azərbaycan yeni inkişaf mərhələsinə doğru inamla irəliləyir

Azərbaycan yeni inkişaf mərhələsinə doğru inamla irəliləyir


Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı ölkəmizin yeni inkişaf mərhələsinin əsas prioritetlərini və qarşıda duran strateji vəzifələri aydın şəkildə ortaya qoydu.

Bu Qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilməsi onun tarixi və siyasi əhəmiyyətini daha da artırır. Artıq Azərbaycan yeni reallıqlar şəraitində öz inkişafının növbəti mərhələsinə qədəm qoyur və qarşıda duran əsas vəzifələr də bu reallıqlardan irəli gəlir.

Cənab Prezidentin çıxışında xüsusi vurğulandığı kimi, Azərbaycanın əldə etdiyi tarixi Zəfərlərin əsasında xalq-iqtidar birliyi, milli həmrəylik, güclü dövlətçilik və ardıcıl siyasi strategiya dayanır. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan Qələbə və 2023-cü ildə suverenliyimizin tam bərpası uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsidir.

Bu baxımdan, Yeni Azərbaycan Partiyasının keçdiyi yolu Azərbaycanın müasir dövlətçilik tarixindən ayrı təsəvvür etmək mümkün deyil. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ölkəmizin ən mürəkkəb dövründə xalqın siyasi iradəsini və dövlətçilik maraqlarını ifadə edən aparıcı siyasi qüvvə kimi formalaşdı. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı isə Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi baxımından həlledici mərhələ oldu.

Bu gün həmin dövlətçilik kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi şəraitə uyğun şəkildə uğurla davam etdirilir. Güclü dövlət, müstəqil siyasət, iqtisadi dayanıqlılıq, qüdrətli ordu və milli maraqların qətiyyətlə qorunması bu siyasətin əsas dayaqlarıdır.

Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası böyük tarixi məqsədlərimizin həyata keçirilməsini təmin etdi. İndi isə qarşımızda yeni vəzifələr dayanır. Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın sürətləndirilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin olunması və azad edilmiş ərazilərin iqtisadi potensialının ölkənin ümumi inkişafına inteqrasiyası qarşıdakı mərhələnin əsas prioritetlərindəndir.

Bu gün azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri artıq real nəticələr verir. Yeni yaşayış məntəqələri, yollar, sosial obyektlər, enerji və digər infrastruktur layihələri Qarabağın və Şərqi Zəngəzurun gələcək inkişafının möhkəm əsaslarını formalaşdırır. Bu, Azərbaycanın öz siyasi iradəsi və iqtisadi imkanları hesabına həyata keçirdiyi böyük quruculuq prosesidir.

Cənab Prezidentin təhlükəsizlik və müdafiə məsələlərinə verdiyi önəm də yeni dövrün reallıqlarından irəli gəlir. Müasir dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi bir şəraitdə güclü ordu və etibarlı müdafiə sistemi dövlətimizin müstəqil siyasətinin mühüm təminatlarından biridir.

Eyni zamanda, ideoloji və informasiya təhlükəsizliyi məsələləri də xüsusi diqqət tələb edir. Rəqəmsal texnologiyaların həyatımıza sürətlə daxil olduğu indiki dövrdə milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, tarixi həqiqətlərin düzgün təbliği və cəmiyyətin dezinformasiyalardan qorunması dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan xarici siyasəti də ölkəmizin mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır. Azərbaycan bu gün həm regional, həm də beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi çıxış edir, müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirir və qlobal gündəlikdə öz mövqeyini fəal şəkildə ortaya qoyur.

İqtisadi inkişaf və sosial rifah da qarşıdakı mərhələnin əsas istiqamətlərindəndir. Minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması ilə bağlı açıqlanan hədəflər dövlətimizin sosial siyasətinin davamlı xarakter daşıdığını göstərir. İqtisadi dayanıqlılığın qorunması, investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin yaradılması və regionların inkişafı insanların rifahının yüksəldilməsinə xidmət edir.

Azərbaycanın enerji siyasəti isə həm iqtisadi, həm də geosiyasi baxımdan xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz müxtəlif enerji resurslarının hasilatı, istehsalı və ixracı sahəsində geniş imkanlara malikdir. Neft və qazla yanaşı, elektrik enerjisi, neft-kimya məhsulları və gübrə istehsalı, eləcə də bərpa olunan enerji potensialının inkişaf etdirilməsi Azərbaycanın enerji imkanlarını daha da genişləndirir.

Bu gün Azərbaycanın enerji resursları yalnız iqtisadi inkişafımız üçün deyil, regional və beynəlxalq enerji təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət daşıyır. Qarşıdakı dövrdə enerji potensialımızdan daha səmərəli istifadə, yeni layihələrin həyata keçirilməsi və ixrac imkanlarının genişləndirilməsi ölkəmizin iqtisadi gücünü və regional əhəmiyyətini daha da artıracaq.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bir daha göstərdi ki, qarşıdakı mərhələdə əsas hədəf əldə etdiyimiz tarixi Zəfərləri möhkəmləndirmək, Azərbaycanın iqtisadi və siyasi gücünü daha da artırmaq və yeni inkişaf imkanlarından səmərəli istifadə etməkdir. Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kurs bu məqsədlərin həyata keçirilməsi üçün aydın istiqamət və möhkəm siyasi iradə formalaşdırır. Xalqımızın birliyi və dövlətimizin gücü ilə Azərbaycan qarşıdakı illərdə də yeni uğurlara imza atacaq.


Fatma Yıldırım,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan yeni inkişaf mərhələsinə doğru inamla irəliləyir

10:14
05 Oktyabr

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

09:03
05 Oktyabr

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər  

08:48
05 Oktyabr

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub

21:57
04 Oktyabr

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb  

20:32
04 Oktyabr

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq  

19:47
04 Oktyabr

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2

19:38
04 Oktyabr

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib  

19:09
04 Oktyabr

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub  

18:32
04 Oktyabr

Cəbrayılın azad edilməsindən sonra strateji əhəmiyyət daşıyan imkanlar yarandı

18:01
04 Oktyabr

Azərbaycan sülh, əmin-amanlıq, tərəqqi yolunu seçib

17:32
04 Oktyabr

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası öz hədəflərinə çatacaq

14:50
04 Oktyabr

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir  

14:36
04 Oktyabr

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

13:35
04 Oktyabr

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO  

12:52
04 Oktyabr

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib

12:01
04 Oktyabr

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

11:59
04 Oktyabr

Dünya birjalarında neft ucuzlaşıb

11:54
04 Oktyabr

Cəbrayıl Şəhəri Günü tariximizdə böyük qürurla qeyd olunan əlamətdar günlərdəndir  

11:11
04 Oktyabr

Tərəfdaşlıq asılılığa, əməkdaşlıq isə himayədarlığa çevrilməməlidir

11:07
04 Oktyabr

Azərbaycan bütün növ enerji resurslarını həm istehsal, həm hasil, həm də ixrac edən nadir ölkələrdəndir   

11:01
04 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!