17 İyun 2026 09:45
389
İDMAN
A- A+
Su fasiləsi: futbolçuların sağlamlığı, yoxsa reklamçıların qazancı

Su fasiləsi: futbolçuların sağlamlığı, yoxsa reklamçıların qazancı


Məlum olduğu kimi, 2026-cı il Dünya Kubokundan əvvəl FIFA idmançıların su içməsinə icazə vermək üçün hər hissədə məcburi üçdəqiqəlik fasilə tətbiq edib. Federasiya oyunçuların təhlükəsizliklərini və sağlamlıqlarını təmin etdiyini, bərabər oyun şəraiti təmin etdiyini bildirib. Lakin bu dəyişiklik futbol ictimaiyyətində mübahisələrə səbəb olub. Oyun rahat temperaturda oynanılırsa, fasilə lazımdırmı? 

Ötən ilin dekabr ayında FIFA 2026-cı il Dünya Kuboku zamanı gözlənilən istilik və yüksək rütubət nəzərə alınmaqla ağlabatan bir qərar kimi görünən su içmək üçün üçdəqiqəlik fasilələrin tətbiq olunduğunu elan etdi. Bu qərarda gözlənilməz olan o idi ki, fasilələr hava şəraitindən və ya stadionun damının olub-olmamasından asılı olmayaraq məcburi olacaqdı. Məqsəd futbolçular üçün rahat oyun şəraiti təmin etmək idi. O vaxt ABŞ, Kanada və Meksikada keçirilən Dünya Kubokunda oyunların təxminən dörddəbirinin həddindən artıq yüksək temperaturda oynanılacağı proqnozlaşdırılmışdı. Bəs temperatur nolmaldırsa, 22-ci və 67-ci dəqiqələrdə fasilələr həqiqətən vacibdirmi? Məsələn, Braziliya və Mərakeş Nyu Yorkda 30 dərəcə temperaturda oynadılar və bu halda su fasiləsi məqbul idi. Amma  San-Fransisko körfəzindəki Santa Klarada qarşılaşan Qətər və İsveçrə isə 19 dərəcə temperaturda qarşılaşmışdılar. Belə havada su fasiləsinə ehtiyac var idimi?

Məsələ ilə bağlı məşqçilərin fikirləri bölünür. FIFA-nın yeniliyinə qarşı tənqid əsasən su fasilələrinin məşqçilərə təlimatları çatdırmaq və beləliklə, oyunun gedişatına daha aktiv təsir göstərmək imkanı verməsindən irəli gəlir. Axı su fasilələri olmadan onlar birinci hissənin bitməsini gözləməli olacaqdılar. Bundan əlavə, fasilə matçın ritminə təsir göstərir. Məsələn, fasilədən əvvəl dominant olan komandanın oyununu pozmaqla və ya təzyiq altında olan komandaya nəfəs almaq şansı verməklə. Bu, Cənubi Koreya ilə Çexiya arasındakı matçda özünü göstərdi - Çexiya ilk hissədə üstünlük təşkil etsə də, su fasiləsi onların hücumlarını dayandırdı və oyun yenidən başladıqdan sonra komanda tempi itirərək məğlub oldu.

Fransa millisinin baş məşqçisi Didye Deşam hələ mart ayında su fasilələrinə qarşı çıxış etmişdi: "Məlum oldu ki, oyun dörd hissədə oynanılır. Əgər yaxşı bir oyun nümayiş etdirirsinizsə, bu üç dəqiqə hər şeyi məhv edir. Çətinlik çəkirsinizsə, bu, kömək edə bilər, amma rəqibinizi məğlub etməyə yaxınsınızsa... Bundan televiziya şirkətləri məmnundurlar - onlar daha çox reklam göstərə biləcəklər".

Həqiqətən də, reklamçıların və yayım hüquqları sahiblərinin maraqları vacib amildir. Futbolda reklam, xüsusən də Dünya Kuboku zamanı olduqca gəlirli bir işdir. FIFA fasilə başlayandan ən azı 20 saniyə sonra reklamların yayımlanması və oyunun bərpasından ən azı 30 saniyə əvvəl yayıma qayıtması şərti ilə su fasilələri zamanı reklama icazə verib. Məsələn, Dünya Kubokunun ilk matçında - Meksika və CAR matçında Britaniya yayımçısı ITV reklam verməyib, əksinə, geniş kadrları və əsas anların təkrarlarını göstərib. Amerikanın "Fox" kanalı isə reklamları uzadıb və oyun artıq bərpa edildikdən sonra yayıma davam edib.

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino hesab edir ki, həddindən artıq isti havalarda fasilələr həqiqətən faydalıdır, lakin rahat havada onlara ehtiyac yoxdur. Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez isə qeyd edib ki, üç dəqiqə taktikanı asanlıqla tənzimləyə bilər: "İlk növbədə bu, su fasiləsidir, lakin bu üç dəqiqə oyunu dəyişdirə bilər. Digər idman növlərində, məsələn, basketbolda bir çox oxşar nümunə görmüşük". Belçika millisinin baş məşqçisi Rudi Qarsiya da fasilələrin tətbiqindən məhz bu səbəbdən məmnun olduğunu bildirib: "Bu, bizə komanda ilə taktika və düzülüşləri müzakirə etmək imkanı verir". Həmçinin Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Mərakeşlə 1:1 hesablı heç-heçədən sonra fasilələrin problemi müəyyən etmək və oyunçulara izah etmək üçün faydalı olduğunu bildirib: "Taktiki baxımdan bu, çox əlverişli bir andır".

Bu mövqedən başqa misal. Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann üçün Kyurasao ilə matçda su fasiləsi faydalı olub: Kyurasao 20-ci dəqiqədə hesabı bərabərləşdirib  hakim 2 dəqiqə sonra su fasiləsi üçün fit çalıb ki, bu da Nagelsmanna oyunçularına sakitcə təlimat verməyə imkan yaradıb. Almaniyanın xeyrinə 7:1 hesabı ilə başa çatan matçdan sonra Nagelsmann etiraf edib: "Su fasiləsi həqiqətən işimizə yarıdı'".

Lakin "Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp ZDF-yə verdiyi müsahibədə su fasilələrinin tətbiqini sərt şəkildə tənqid edib: "Futbol kondisionerli ofislərdə oturan menecerlər tərəfindən girov götürülüb. Oyunçuların fasilə zamanı meydanda, sadəcə, dayandığını, matçın ritmini isə televiziya fasilələrinin diktə etdiyini görəndə özümü saxlaya bilmədim: Dünya çempionatı, əslində, kim üçündür, azarkeşlər, oyunçular, yoxsa reklamçılar?". Y.Klopp hesab edir ki, reklam fasilələri oyunun təbii ritmini pozur: "Dünya Kuboku matçı çay kimi axmalıdır. Bunun əvəzinə reklamların keçməsi üçün çayın tam ortasında bəndlər tikirik".


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Milli qəhrəmanlarının xatirəsi yad edilib

18:26
12 İyul

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər

17:59
12 İyul

Abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan veriblər

14:11
12 İyul

Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə

14:00
12 İyul

İyulun 13-nə olan hava proqnozu açıqlanıb

13:55
12 İyul

İran XİN: Omanla Hörmüz boğazı ilə bağlı məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəlinib

13:52
12 İyul

Körfəz ölkələri raket və PUA hücumlarına məruz qalıb

13:31
12 İyul

Ölkə ərazisindəki faktiki hava acıqlanıb

12:29
12 İyul

ABŞ-nin ən nüfuzlu Respublikaçı senatoru vəfat edib

12:07
12 İyul

Futbol üzrə dünya çempionatının yarımfinalında qarşılaşacaq komandalar müəyyənləşib

11:59
12 İyul

Qətərin keçmiş əmiri vəfat edib

11:57
12 İyul

Rusiya Müdafiə Nazirliyi: 300-dən çox PUA hücumunun qarşısı alınıb

10:28
12 İyul

ABŞ Mərkəzi Komandanlığı İrana növbəti hücuma başlayıb

10:21
12 İyul

Dünya çempionatı: Argentina yarımfinala vəsiqə qazanıb

09:23
12 İyul

Dünya çempionatı: İngiltərə millisi yarımfinala vəsiqə qazanıb

09:13
12 İyul

Tovuz döyüşləri: Zəfərin astanasında 

09:07
12 İyul

Prezident: Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb VİDEO

23:03
11 İyul

Prezident İlham Əliyevin sosial media hesablarında Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşündən videoçarx paylaşılıb VİDEO

21:15
11 İyul

Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir

20:16
11 İyul

Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - YENİLƏNİB 

19:58
11 İyul

Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır

19:44
11 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!