17 İyun 2026 09:15
135
İQTİSADİYYAT
A- A+
Havalar qeyri-sabit keçsə də...

Havalar qeyri-sabit keçsə də...


Qazaxda meyvə yığımı davam edir


Mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə aqrar məsələlərə həsr olunan müşavirənin keçirilməsi, həmçinin "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Prezidentin sərəncamı bir daha onu göstərir ki, respublikamızda kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır.

Söz yox ki, dövlət başçısının rəhbərliyi ilə kənd təsərrüfatının inkişafı istiqamətində indiyəcən həyata keçirilən tədbirlər nəticəsiz qalmayıb. Bu da səbəbsiz deyil. Dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə verilən dəstək ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının inkişafına öz töhfəsini verir. Kənd təsərrüfatı neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə olduğu üçün bu sektor həm də işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynayır.  

 Son illər kənd təsərrüfatının digər sahələri kimi meyvəçiliyin inkişafına da diqqətlə yanaşılır. Bu baxımdan Qazax rayonunda bir sıra tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, rayonda aqrar sahənin inkişafında meyvəçilik əsas yerlərdən birini tutur. Qazaxda hər il meyvə bağlarının sahəsi genişləndirilir. 

Təəssüf ki, əvvəlki illərdən fərqli olaraq bu il hava şəraiti meyvəçilik üçün o qədər də əlverişli keçmir. Aramsız yağan yağışlar, güclü küləklər bağlara xeyli ziyan vurur. Buna baxmayaraq, qazaxlı bağbanlar bütün qüvvələri səfərbərliyə alaraq məhsul itkisini azaltmaq üçün əllərindən gələni əsirgəmirlər. Rayonun Xanlıqlar və Çaylı kəndlərində ərik, gilas, xurma, şaftalı olmaqla ümumilikdə 33 hektarda meyvə bağı salınıb. Gilas yığımı artıq başa çatıb. Ərik yığımı isə davam edlr. Məhsul yığımında hər iki kənddən ümumilikdə 50 nəfər iştirak edir.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

MN: Pirəkəşküldə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

10:03
17 İyun

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb  

10:01
17 İyun

Azərbaycan nefti 82 dollara satılır

09:57
17 İyun

Ermənistanda seçkisonrası siyasi gərginlik davam edir

09:55
17 İyun

"Azərenerji"də qanvermə aksiyası keçirilib

09:50
17 İyun

Su fasiləsi: futbolçuların sağlamlığı, yoxsa reklamçıların qazancı

09:45
17 İyun

Dənizin ortasında şəhər: Dünyanın ən böyük neft platformaları

09:43
17 İyun

İntellekt və idarəçilik yarışı

09:40
17 İyun

Tələbələr inzibati binanın şəbəkə topologiyası layihəsini hazırlayıblar

09:35
17 İyun

Dünya çempionatı: Messinin het-triki Argentinaya Əlcəzair üzərində qələbə qazandırıb

09:34
17 İyun

Onlar ölkəmizin həm də bu günüdür

09:30
17 İyun

Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub

09:27
17 İyun

Salyanda taxıl biçini ilə əlaqədar məsələlər müzakirə edilib

09:25
17 İyun

Dünya çempionatı: Norveç qələbə qazanıb

09:23
17 İyun

Qusarda "Oxu bayramı"

09:20
17 İyun

Havalar qeyri-sabit keçsə də...

09:15
17 İyun

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

09:12
17 İyun

Yeni proqram, yeni vəzifələr 

09:10
17 İyun

Qlobal səhralaşmanın təhlükələri

09:05
17 İyun

Fransa dünya çempionatında Seneqalı məğlub edib

09:01
17 İyun

Aqrar sektorda elmi nailiyyətlərdən geniş istifadə edilməlidir

09:00
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!