17 Oktyabr 2026 08:30
248
SİYASƏT
A- A+
Siyasi müstəqillik iqtisadi inkişafın təməlidir

Siyasi müstəqillik iqtisadi inkişafın təməlidir


Prezident İlham ƏLİYEV: "Biz azad, müstəqil ölkədə yaşayırıq... Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir"


Keçmiş SSRİ-nin planlı təsərrüfatı, ittifaqa daxil olan bütün respublikaların ümumi büdcədən eyni dərəcədə faydalanmasına əsaslanan qaydaları xalqımıza onilliklər boyu öz sərvətlərindən lazımınca bəhrələnməyə imkan verməyib. Bu, yalnız müstəqilliyimiz bərpa edildikdən sonra mümkün olub.

Söhbət Vətənimizin yeraltı və yerüstü sərvətlərindən gedir və xoşbəxt o xalqdır ki, onun bütün nemətləri bugünkü xoş güzəranına, daha işıqlı sabahına xidmət edir. Azərbaycan dövləti öz əməli fəaliyyətində, həyata keçirdiyi islahatlarda məhz bu məqsədi rəhbər tutur.

Təbii ehtiyatlarımızdan söz düşəndə ilk növbədə neft-qaz sərvətlərimiz yada düşür. Prezident İlham Əliyevin təbirincə desək, bu, xalqımıza təbiətin bəxş etdiyi bir vəsilədir. Dövlətimizin başçısı həmçinin demişdir: "Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır".

Azərbaycan artıq öz enerji təhlükəsizliyini təmin edib və bu istiqamətdə bir sıra digər ölkələrə də dəstək verir. Dövlətimiz neft, qaz və ixrac layihələrinin reallaşması nəticəsində əldə olunan gəlirlərdən səmərəli şəkildə istifadə edərək digər sahələrdə mühüm işlər həyata keçirir, dünyanın hər yerinə yollar çəkir, dəhlizlər açır, körpülər salır. Ən önəmlisi də budur ki, ölkəmizdə neft kapitalı insan kapitalına çevrilib. Təəssüf ki, təbiətin bizə böyük səxavətlə bəxş etdiyi bu sərvətdən əsrlər boyu lazımınca faydalana bilməmişik. Vurğulayaq ki, bu yalnız ölkəmizin müstəqilliyi şəraitində mümkün olub.

Azərbaycanın adı keçmiş zamanlardan dünya tarixinə neftin vətəni kimi həkk edilib. İlk dəfə sənaye üsulu ilə neft 1846-cı ildə məhz Bakıda çıxarılıb. Əlbəttə, o zaman belə bir sərvət böyük ölkələrin iri kapitalistlərinin diqqətini çəkməyə bilməzdi. Odur ki, həmin dövrlərdə neft maqnatları Azərbaycana axışıblar. Nobellər, Mantaşevlər, Rotşildlər torpağımızın qara qızıl "qan"ını sovurub aparmaq üçün özlərini oda-közə vurublar. Sovet dönəmində də Azərbaycanda böyük həcmdə neft çıxarılıb. Gəlirlər isə sovet ölkəsinin daxılına axıb.

Müstəqilliyini bərpa etdikdən sonra isə ilk illər Azərbaycan üçün çətin keçdi. Ölkəni idarə edənlərin məsuliyyətsizliyi və səriştəsizliyi ucbatından neft-qaz sənayesi də tənəzzülə uğradı. Dönüş yalnız Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra baş verdi. 1994-cü ildə dünyanın ən tanınmış neft şirkətləri ilə "Azəri-Çıraq-Günəşli" yataqlarının birgə işlənməsi üçün saziş imzalandı. Azərbaycan iqtisadiyyatının "qəddini düzəldən", ölkənin gələcək inkişafına təkan verən bu möhtəşəm kontrakt "Əsrin müqaviləsi" adını aldı. "Əsrin müqaviləsi" ölkəmizin yeni neft-qaz strategiyasının əsasını qoydu və təsdiqlədi ki, müstəqil Azərbaycanın xalqı suveren hüquqlara malikdir və öz sərvətinin sahibidir.

Yeni neft strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyev o zaman uzaqgörənliklə demişdir: "Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün əsas amildir". Bu sərvətlərin ali məqsədlərə yönəldilməsi üçün Ulu Öndər "Əsrin müqaviləsi" imzalandıqdan 5 il sonra - 1999-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunu (ARDNF) yaratmışdır.

Çıxışlarının birində Ümummilli Lider bu məsələni belə şərh etmişdir: "Sual olunur nə üçün Azərbaycan, Bakı dünyanın neft və qaz mərkəzlərindən biri kimi indiyədək bugünkü qədər tanınmamışdı? Səbəbi ondan ibarətdir ki, birincisi, Azərbaycan öz dövlət müstəqilliyini əldə etmişdir və dünya birliyində özünə yer tutan müstəqil dövlət kimi təbii sərvətlərinin sahibi olmuşdur, onlardan istifadə edilməsi üçün lazımi yeni tədbirlər görməyə başlamışdır. İkincisi, ondan ibarətdir ki, müstəqil Azərbaycan, onun dövləti öz iqtisadiyyatını inkişaf etdirmək və böyük təbii sərvətlərindən, xüsusən neft və qaz sərvətlərindən istifadə etmək üçün yeni neft strategiyası işləyib hazırlamış və onu həyata keçirməyə başlamışdır".

Prezident İlham Əliyev də bu barədə çox dəqiq və dəyərli fikir söyləmişdir: "Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Əgər biz o vaxt müstəqil ölkə olsaydıq, mən tam əminəm ki, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. Ancaq biz müstəqil deyildik".

Müstəqilliyimizin bəhrəsi olan qlobal layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri artıq regionun neft ixracı arteriyasına çevrilib, Öz yaradıcısının - Heydər Əliyevin adını şərəflə daşıyan BTC neçə-neçə yeni layihəyə yol açıb. Prezident İlham Əliyev Azərbaycanın neft-qaz strategiyasını uğurla davam etdirərək və günün tələbləri baxımından inkişaf etdirərək ölkəmizi yeni zirvələrə çatdırıb. Azərbaycan "Cənub qaz dəhlizi" kimi nəhəng bir layihənin reallaşmasının təşəbbüskarı və lideri kimi çıxış edib, onu müvəffəqiyyətlə yekunlaşdırıb. İndi ölkəmiz Pan-Avropa qaz təchizatçısı imicini qazanıb. Hazırda 16 ölkəyə qaz ixrac edirik və onların sayının artacağı da istisna deyil. Ən başlıcası isə "Cənub qaz dəhlizi" qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm amil olacaq. Azərbaycan Avropaya "yaşıl enerji" dəhlizi çəkməyi də hədəfləyib. 

Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycanın təbii resursları xalqımızın milli maraqlarına xidmət edir. Neftdən əldə olunan gəlirlər, o cümlədən Azərbaycan Ordusunun gücünü, qüdrətini artırıb, silah-sursatla təchizatını yüksək səviyyəyə çatdırıb. Dövlət başçısı bu barədə belə demişdir: "Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, əgər biz nəhəng neft-qaz layihələri icra etməsəydik, bu vəsaiti haradan alacaqdıq. Bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir".

Azərbaycan Ordusunun işğalçı Ermənistana qarşı apardığı müharibədə, düşmən tapdağında olan torpaqlarımızı azad etmək üçün döyüşlərdə göstərdiyi şücaət və qəhrəmanlıq, qazanılan böyük qələbə deyilənlərin əyani təsdiqidir. Bu gün Azərbaycanın güclü iqtisadiyyatı və güclü ordusu var. Neft gəlirləri, eləcə də ölkə qarşısında dayanan digər ümdə problemlərin həllinə, təhsilin, səhiyyənin inkişafına, infrastrukturun təkmilləşdirilməsinə, geniş quruculuq işlərinə və s. yönəldilir. Təsadüfi deyil ki, ölkəmizin sosial-iqtisadi sahədə qazandığı nailiyyətlər nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən dönə-dönə etiraf olunur. Azərbaycanın adı həmin qurumların reytinq cədvəllərində ildən-ilə daha irəliyə çəkilir. Dövlət başçısı bunu belə vurğulayır: "Azərbaycanda neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır".

Deyilənlərə onu da əlavə edək ki, bu yaxınlarda "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı" qəbul olunub. Sentyabrın 22-də Prezident İlham Əliyev bu məsələyə həsr olunmuş müşavirə keçirib. Məlumdur ki, bu sərvətlərimizin böyük hissəsi uzun müddət erməni işğalı aıltında qalıb, eləcə də düşmən tərəfindən talanıb. Böyük qələbəmizlə torpağımızı da, sərvətimizi də geri almışıq. İndi dağ-mədən ehtiyatlarımızı da neft sərvətimizi olduğu kimi dərin qatlardan üzə çıxaracaq və bəhrəsini xalqın rifahına yönəldəcəyik.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nə əkərsən...

10:10
17 Oktyabr

Hədəf məhsuldarlığı 50 sentnerə çatdırmaqdır

10:00
17 Oktyabr

Dövlət başçısının YAP-ın VIII qurultayındakı çıxışı yerlərdə müzakirə edilir

09:50
17 Oktyabr

ZƏFƏR gündəliyi

09:40
17 Oktyabr

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir

09:30
17 Oktyabr

Dünyəvi təhsil milli tərəqqinin və sivil gələcəyin təminatıdır

09:20
17 Oktyabr

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub

09:10
17 Oktyabr

Məzarsız atanın neftçi oğlu: "Qara qızıl"ın Vətən payı

09:00
17 Oktyabr

Xudafərin - daş tarixdən Zəfər zirvəsinə 

08:50
17 Oktyabr

Böyük Zəfər tarixinin qəhrəmanlıq səhifəsi

08:40
17 Oktyabr

Siyasi müstəqillik iqtisadi inkişafın təməlidir

08:30
17 Oktyabr

Əbədi müstəqillik, güclü dövlətçilik, sarsılmaz birlik 

08:20
17 Oktyabr

YAP İdarə Heyətinin iclası keçirilib

08:10
17 Oktyabr

Azərbaycanın suverenliyinin tam bərpa edilməsi milli maraqların müdafiəsinə yönələn dövlət siyasətinin nəticəsidir

08:00
17 Oktyabr

"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

03:11
17 Oktyabr

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

03:10
17 Oktyabr

"Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə

03:09
17 Oktyabr

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında

03:07
17 Oktyabr

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

03:06
17 Oktyabr

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

03:05
17 Oktyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

03:03
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!