01 Fevral 2019 00:35
4081
Mədəniyyət
A- A+
Sirli Misir ehramları

Sirli Misir ehramları


Qədim mənbələrdə, antik dövr alimlərinin, şairlərin əsərlərində bu barədə məlumatlar verilir. Sonralar da dünyanın yeddi möcüzəsindən - Misir ehramları, Semiramidanın asma bağları, Olimpdə Zevsin heykəli, Halikarnas mavzoleyi, Rodos nəhəngi, İsgəndəriyyə mayakı və Efesdə Artemida məbədindən böyük heyranlıqla söz açılıb. Arxeoloqlar, araşdırmaçılar, alimlər təhlillər edib, tədqiqatlar aparıblar. Ancaq bu möcüzələrin üzərindən sirr pərdəsini qaldırmaq hələ də mümkünsüz olaraq qalır.


"Ölülər” otağına giriş


Qədim Misirdə ölkəni idarə edən fironları dəfn etmək üçün ehramlar tikilirdi. Hər ehram yalnız bir hökmdarın dəfni üçün nəzərdə tutulurdu. Fironun ruhunun ilahların yanına pillələrlə qalxa bilməsi üçün ehramlar pilləvarı piramida şəklində inşa olunurdu. Ehramın tikintisinə firon yaşayan zaman başlanılırdı. Ehramların ətrafında əyanlar dəfn edilirdilər. Ehramların dünyanın hər tərəfinə dəqiqliklə istiqamətlənməsi qədim misirlilərin astronomik biliklərinin yüksək səviyyədə olmasından xəbər verir.

Misirin müxtəlif yerlərində yüzlərlə ehram var. Ən böyük və məşhur ehramlar müasir Misirin paytaxtı Qahirə yaxınlığında, Gizada yerləşən Xeops, Xefren və Mikerin ehramlarıdır ki, qədim dövrlərdə onlar dünyanın yeddi möcüzəsindən biri hesab olunurdu. Hər ehram onu tikdirmiş fironun adını daşıyır. Dövrümüzədək gəlib çatmış bu ehramların çox maraqlı olduğu qədər də müəmmalı tarixi var.

Giza ehramlarının e.ə. XXX əsrdə Qədim Xanədanlıq dövründə inşa edildiyi ehtimal edilir. Ehram kimin şərəfinə tikilmişdisə, həmin fironun mumiyasının olduğu otağa günəş şüaları ildə iki dəfə - fironun doğum və taxtaçıxma günlərində düşür. Ehramların daxilində ultrasəs, radar, şüaötürmə cihazları işləmir.

Maraqlı fikirlərdən biri budur ki, ehramlardakı bəzi otaqlarda nəyin olduğu məlum deyil; oraya girməyə müvəffəq olmuş tədqiqatçılar geri qayıtmayıblar. Bəzi tədqiqatçılar isə müxtəlif texnoloji üsullardan istifadə etsələr də, məqsədlərinə çatmayıblar.

Ehramlarla bağlı müxtəlif riyazi rəqəmlər də mövcuddur. Onların biri belədir ki, ehramları xəyalən kəsib keçən meridianlar Yer kürəsinin quru və su ərazilərini iki bərabər hissəyə bölür.

Üç ehramdan ən böyüyünün - memar Xemiun tərəfindən təxminən miladdan əvvəl XXVI əsrdə firon Xeopsun şərəfinə tikilmiş Xeops ehramının inşasına 20 il vaxt sərf olunduğu güman edilir. Tarix elminin atası sayılan Herodot Xeops ehramının tikintisində 100 000 qulun çalışdığını yazırdı. Piramidanın hündürlüyü 147 metr olub, ancaq qum fırtınası nəticəsində 138 metrə qədər azalıb, özüldə hər tərəfinin uzunluğu 230 metrdir. Bu ehram qədim dünyanın ən böyük tikilisi sayılır. Ehramın inşası üçün 2 milyon 300 min iri daş blok sərf olunub. Hər blokun çəkisi orta hesabla 2,5 ton, ən ağırı isə 15 tondur.

Firon Xeopsun oğlu Xefren üçün tikilmiş ehramın hündürlüyü 136 metrə çatır. Onun yalnız təpə hissəsində örtükvarı daş bloklar var. Giza ehramları arasında yalnız bu ehramın daxilinə giriş var. Həmin giriş "ölülər” otağına aparır.

Giza ehramları arasında ən alçaq ehram - Mikerin ehramıdır ki, o da 62 metrdir və firon Xefrenin oğlu üçün tikilib.


"Dəhşətlər atası”


Qədim Misirin daha bir məşhur abidəsi - Böyük Sfinksin heykəli də Nilin qərb sahilində, Giza ehramlarının yaxınlığındadır. Dam örtüyü olmayan, qranitdən tikilmiş məbədin yanında Sfinks məbədinin xarabalıqları görünür. Onların arxasında ehramların qədim qoruyucusu, "Dəhşətlər atası” adlandırılan, insan başlı aslan - Sfinks baxışlarını şərqə çevirərək dincəlir.

"Sfinks” sözünün yunancadan tərcüməsi "boğan” mənasını verir. Böyük Sfinks heykəli firon Xeopsun oğlu Xefrenin məqbərə kompleksi üçün qaya parçasından yonularaq hazırlanıb. 21 metr hündürlüyü, 73 metr uzunluğu olan bu heykəlin burnunun qoparılması barədə əsrlər boyu müxtəlif fərziyyələr irəli sürülüb. Böyük Sfinksin burunsuz qalmasının günahkarı gah XIV əsrdə topatma təlimləri keçən məmlüklər, gah 1799-cu ildə Misirə yürüş edən Napoleon Bonapartın ordusu hesab edilib. Başqa bir fərziyyəyə görə isə, hələ 1378-ci ildə kəndlilərin Sfinksə beyət etməsindən hiddətlənən Məhəmmədi Saim heykəlin burnunu sındırmış, bundan qəzəblənən kütlə onu ölənədək döymüşdü.


Müəmmalar...


Giza ehramlarında heç bir yazıya rast gəlinməyib, onların necə tikilməsi elmə məlum deyil. Hər biri tonlarla ağırlığında qaya parçalarının yonulduğu 200 km uzaqda yerləşən karxanalardan daşınması, ehramların yuxarı hissələrinə qaldırılması hələ də müəmmadır.

Son illərdə Misirin şərq hissəsindəki Hatnubda arxeoloji araşdırmalar zamanı antik daş karxanasında xüsusi sistem tapan arxeoloqlar bunun ehramlarla bağlı olduğunu güman edirlər. Alimlərə görə, bu mexanizm ağır mərmər daşların dik rampa, yəni ağır əşyaların üzüyuxarı daşınması üçün körpüyə bənzəyən xüsusi vasitə ilə daşınması üçün istifadə edilə bilərdi. Araşdırmaçılar qrupunun rəhbəri Yannis Qordon bu cür sistemə başqa yerdə rast gəlmədiyini deyib.

Güman edilirdi ki, ehramların tikintisində yalnız qul əməyindən istifadə olunub. Sonradan arxeoloqlar Giza yaxınlığında qədimdə mövcud olmuş kiçik qəsəbə aşkar ediblər. Məlum olub ki, bu, muzdlu inşaatçılar və sənətkarlar qəsəbəsidir.

Ehramlarda, mumiyalanmış fironların yanında çox qiymətli əşyalar, hətta xəzinə olduğundan belə yerlərə göz dikənlər zaman-zaman olub. Ancaq dünyanın ən mahir oğruları da maneələri aşaraq, labirintlərdən keçərək ehramlardan oğurluq edə bilməyiblər. Fironun qızıl əşyalarını oğurlamaq üçün cənazənin saxlanıldığı otağı tapmağa cəhd edənlər labirintə düşüb, həftələrlə, aylarla buradan çıxa bilməyib, acından ölüblər.

Misir ehramları ilə bağlı müəmmalar bütün dövrlərdə dünya ictimaiyyətinin diqqətini cəlb edib. 1984-cü ildə firon Xefrenin tabutu çoxsaylı turistlərin müşahidəsi ilə ehramdan çıxarılarkən qəribə hadisə baş verib. Tədqiqatçılar və turistlər öskürəkdən boğulmağa, taqətdən düşməyə başlayıblar. Bir qədər sonra özünə gələn turistlər mumiyanın saxlandığı otaqda nəfəs yollarının qıcıqlandığını, gözlərinin yaşardığını və zəiflədiyini söyləyiblər. Ehrama giriş həmin gün bağlanıb, mütəxəssislər içəridə araşdırmalara başlayıblar. Ancaq tədqiqatlar nəticə verməyib.

Daha bir qəribə hadisə Mikerin ehramı ilə bağlı baş verib. Ehramdan çıxarılan fironun cənazəsi İngiltərəyə aparılarkən gəmi dənizdə batıb. Deyilənə görə, Mikerin ehramının lənəti elə güclü idi ki, onun içində uzun müddət qalan insanlar tezliklə müəmmalı şəkildə vəfat ediblər.

Söylənilənlərin arasında fərziyyələr, gümanlar, ehtimallar yer alsa da, bir həqiqət aşkardır, müasir elmin inkişaf səviyyəsi nə qədər yüksək olsa da, hələ ki qədim dünyanın bütün sirlərini açmağa yetmir. Hələ də bir çox sirləri özündə saxlayan Misir piramidaları da tədqiqatçılarını gözləyir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!