14 İyun 2026 19:12
686
SİYASƏT
A- A+
Şuşa Bəyannaməsi: Zəfərdən irəli gələn yeni geosiyasi güc

Şuşa Bəyannaməsi: Zəfərdən irəli gələn yeni geosiyasi güc


“2021-ci il iyunun 15-də imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin əhəmiyyəti təkcə Azərbaycan- Türkiyə münasibətlərinin yeni mərhələyə keçidini ifadə etməsində deyil. Şuşa Bəyannaməsi həm də 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi reallıqların hüquqi və siyasi təsbitidir. Bu sənəd Azərbaycan-Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsinin təcəssümü olmaqla yanaşı, Türk dünyasının inteqrasiya proseslərinin sürətlənməsi, regional təhlükəsizlik arxitekturasının yenidən formalaşması və Avrasiyada yeni güc mərkəzinin meydana çıxmasının manifestidir.

Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. O bildirib ki, Şuşa Bəyannaməsinin imzalanması təsadüfi tarix və məkan seçimi deyildi: “Bir tərəfdən Azərbaycanın işğaldan azad edilmiş mədəniyyət beşiyi Şuşa Zəfərin simvolu kimi çıxış edir, digər tərəfdən isə sənəd Azərbaycanın və Türkiyənin gələcək onilliklər üçün ortaq strateji baxışını ortaya qoyurdu. Əgər 2020-ci il hərbi-siyasi qələbənin əldə edildiyi il idisə, 2021-ci il həmin qələbənin geosiyasi doktrinaya çevrildiyi il kimi tarixə düşdü.

Son beş il ərzində Şuşa Bəyannaməsinin təsiri təkcə ikitərəfli münasibətlərdə deyil, bütövlükdə Cənubi Qafqazın siyasi xəritəsində hiss olunub. Azərbaycan artıq yalnız qalib dövlət kimi deyil, regional prosesləri müəyyən edən aktor kimi çıxış etməyə başlayıb.

Əvvəllər regionun gələcəyi böyük güclərin kabinetlərində müzakirə olunurdusa, bu gün regionun siyasi gündəliyi Bakıda formalaşır. Azərbaycan öz hərbi qələbəsini diplomatik üstünlüyə, diplomatik üstünlüyünü isə geosiyasi təsir imkanlarına çevirməyi bacardı. Bu baxımdan Şuşa Bəyannaməsi Azərbaycanın yeni statusunun beynəlxalq səviyyədə təsdiq olunmasının əsas sütunlarından biri oldu”.

Deputat qeyd edib ki, xüsusilə 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və erməni separatizminə son qoyulması Şuşa Bəyannaməsinin yaratdığı strateji mühitin nəticəsi kimi də qiymətləndirilə bilər. Bu proses göstərdi ki, Azərbaycan artıq xarici təsirlərdən asılı olan deyil, regional prosesləri istiqamətləndirən dövlətə çevrilib.

Müşfiq Məmmədli qeyd edib ki, son beş ildə Azərbaycanın beynəlxalq nüfuzu nəzərəçarpacaq dərəcədə artıb: “Bakı təkcə enerji ixrac edən ölkə deyil, həm də nəqliyyat, logistika, diplomatiya və təhlükəsizlik sahələrində mühüm mərkəzə çevrilib. Orta Dəhlizin inkişafı, Türk Dövlətləri Təşkilatının güclənməsi, Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyətinin artması, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun yüksəlməsi ölkənin regional aktordan daha geniş miqyaslı təsir imkanlarına malik olduğunu nümayiş etdirir.

Məhz buna görə beynəlxalq ekspert dairələrində Azərbaycan artıq klassik kiçik dövlət kimi deyil, “orta güc” (middle power) statusuna yüksələn ölkələr sırasında qiymətləndirilir. Orta güc anlayışı yalnız hərbi potensialla deyil, diplomatik təsir, iqtisadi imkanlar, nəqliyyat-kommunikasiya üstünlükləri və yumşaq güc vasitələrinin effektiv istifadəsi ilə müəyyən edilir.

Azərbaycan bu parametrlərin demək olar ki, hamısında son illərdə ciddi irəliləyiş əldə edib”.

Deputat deyib ki, Şuşa Bəyannaməsinin ən mühüm nəticələrindən biri Azərbaycanın yumşaq güc potensialının əhəmiyyətli şəkildə artmasıdır: “Əgər müharibədən sonrakı ilk dövrdə Azərbaycan daha çox hərbi qələbənin yaratdığı nüfuzla tanınırdısa, sonrakı mərhələdə ölkə beynəlxalq tədbirlərə ev sahibliyi edən, enerji təhlükəsizliyinin təminatçısı olan, multikulturalizm və dialoq platformaları yaradan dövlət kimi ön plana çıxmağa başladı.

Qarabağın bərpası, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, yaşıl enerji zonalarının yaradılması, beynəlxalq investisiyaların cəlb olunması Azərbaycanın yumşaq güc elementlərini daha da gücləndirdi”.

Müşfiq Məmmədlinin sözlərinə görə, Şuşa Bəyannaməsinin ən mühüm strateji nəticələrindən biri Türk dünyasında inteqrasiyanın sürətlənməsinə verdiyi töhfədir: “Sənəd "Bir millət, iki dövlət" prinsipini yeni geosiyasi mərhələyə çıxardı və Türk Dövlətləri Təşkilatının gələcək inkişafı üçün mühüm siyasi baza formalaşdırdı. Son illərdə Türk dünyasında iqtisadi, siyasi, nəqliyyat və müdafiə sahələrində əməkdaşlığın dərinləşməsi də məhz bu strateji baxışın tərkib hissəsidir.

Artıq Türk dünyası sadəcə mədəni və tarixi bağlarla birləşən məkan deyil. O, Avrasiyanın siyasi və iqtisadi gələcəyinə təsir edən mühüm geosiyasi faktor kimi çıxış etməyə başlayıb. Bu prosesdə Azərbaycan və Türkiyə əsas lokomotiv rolunu oynayır”.

Deputat bildirib ki, son beş ildə Azərbaycanın xarici siyasətində müşahidə olunan əsas dəyişikliklərdən biri ölkənin regional təhlükəsizlik sisteminin formalaşdırılmasında aparıcı aktora çevrilməsidir: “Bu gün Bakı həm region ölkələri, həm də qlobal güclər üçün etibarlı tərəfdaş kimi qəbul olunur. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən əməkdaşlıq platformaları, nəqliyyat layihələri və enerji marşrutları təkcə iqtisadi deyil, həm də təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır.

Əgər bir zamanlar Azərbaycan regional münaqişənin tərəfi kimi təqdim olunurdusa, bu gün o, regional sabitliyin və təhlükəsizliyin əsas təminatçılarından biri kimi çıxış edir.

Bu transformasiya Şuşa Bəyannaməsinin ortaya qoyduğu strateji xəttin ən mühüm nəticələrindən biridir”.

Beş il əvvəl Şuşada imzalanan Bəyannamə bu gün təkcə Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsini deyil, bütövlükdə Avrasiyada formalaşan yeni geosiyasi düzənin konturlarını müəyyənləşdirir. 

“Şuşa Bəyannaməsi hərbi qələbənin siyasi strategiyaya, siyasi strategiyanın isə geosiyasi gücə çevrilməsinin nadir nümunələrindən biri oldu. Bu gün Azərbaycan qalib dövlət statusundan daha irəli gedərək regional liderə, orta gücə, yumşaq güc mərkəzinə və sülhün təminatçısına çevrilməkdədir. Şuşada yazılan tarix artıq təkcə Qarabağın deyil, Türk dünyasının və Avrasiyanın gələcəyini formalaşdıran strateji yol xəritəsinə çevrilib”- deyə Müşfiq Məmmədli bildirib.


“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusunun Baş qərargah rəisi Belarusda səfərdədir

18:45
16 İyul

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BVF-nin nümayəndə heyəti ilə görüş

18:38
16 İyul

“John Deere” Azərbaycan bazarında fəaliyyətini genişləndirmək niyyətindədir

18:31
16 İyul

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıya qastrol səfəri edib

18:28
16 İyul

Bakıda qeydə alınan cinayətlərin 93 faizindən çoxu açılıb – Rəsmi statistika

18:08
16 İyul

Qızılın qiyməti 4000 dollardan aşağı enib

17:48
16 İyul

Milli Məclisin sədri Fələstin Dövlətinin Baş naziri ilə görüşüb

17:39
16 İyul

Haqlı mövqeyinə arxalanan dövlət açıq dialoqdan çəkinmir

16:17
16 İyul

Azərbaycan və Türkiyə aqrar sahədə yeni əməkdaşlığa başlayır

16:03
16 İyul

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası olub

15:41
16 İyul

“Eternity-2026” təliminin əsas planlaşdırma konfransı keçirilib

15:24
16 İyul

Beynəlxalq Valyuta Fondu ilə maliyyə sabitliyi siyasətinin əsas prioritetlərinə dair fikir mübadiləsi olub

15:05
16 İyul

Qusarın Sudur və Quxur kəndlərinin yolu əsaslı təmir olunub  

14:46
16 İyul

Türkiyə Müdafiə Nazirliyi Avropa Parlamentini qınayıb: Ankara Kiprdə sülhün və təhlükəsizliyin qarantıdır

14:37
16 İyul

“TV Berlin” kanalı: Azərbaycan Almaniya və Avropa üçün strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir

13:28
16 İyul

Sabah ölkə ərazisində hava necə olacaq?

13:11
16 İyul

Baş nazir Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb

12:37
16 İyul

Azərbaycan və Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib

12:21
16 İyul

Azərbaycan və Misir arasında gənclər və idman sahələrində əməkdaşlıq artan dinamika ilə inkişaf edir

12:19
16 İyul

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

12:09
16 İyul

Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

12:00
16 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!