16 Avqust 2020 00:32
2245
İQTİSADİYYAT
A- A+
“Şahdəniz” yatağı ən azı 100 il bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcək

“Şahdəniz” yatağı ən azı 100 il bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcək


Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” qaz-kondensat yatağından hasilat ahəngdar davam edir. Əvvəlki illərdə olduğu kimi yataqdan çıxarılan qaz Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına, eləcə də çoxsaylı obyektlərin fəaliyyətini təmin etmək üçün BTC şirkətinə çatdırılır. Hazırda "Şahdəniz” qurğularının hasilat gücü gündə 56 milyon, ildə 20 milyard standart kubmetrdən çox mavi yanacaq təşkil edir.

"Şahdəniz” yatağında iki hasilat platforması istismar olunur. "Şahdəniz Alfa” və "Şahdəniz Bravo” platformalarını "Şahdəniz”in qoşa qanadı da adlandırırlar. "Şahdəniz Alfa” 14 ildir ki, yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində fəaliyyət göstərir. "Şahdəniz Bravo” isə layihənin ikinci mərhələsi çərçivəsində 2018-ci ildə işə salınıb.

"Şahdəniz”in əməliyyatçısı olan BP şirkətindən aldığımız məlumata görə, bu ilin birnci yarısında yataqdan, ümumilikdə, təqribən 9,4 milyard standart kubmetr qaz və 1,9 milyon ton (15,4 milyon barel) kondensat hasil edilib. Yeri gəlmişkən, qeyd edək ki, "Şahdəniz”in kondensatı Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə vurulur.

Ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensatdan ibarət olan "Şahdəniz” dünyanın ən nəhəng karbohidrogen yataqlarındandır. Məhz bu yatağın uğurla işlənməsi və istismar edilməsi sayəsində Azərbaycan dünyada qaz ixrac edən ölkə kimi tanınıb. "Şahdəniz” çəkilişi cari ilin sonunadək tam yekunlaşacaq "Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyidir.

Bu il avqustun 10-da "Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün əsas hissələrindən birinin - dayaq blokunun Xəzərə yola salınmasında iştirak edən Prezident İlham Əliyev qurğu ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə həmişə olduğu kimi, "Şahdəniz”i yenə də yüksək dəyərləndirmişdir: "Bu layihə icra olunmadan bizim enerji siyasətimiz yarımçıq qala bilərdi. Amma bu gün bizim enerji siyasətimiz ölkəmizin maraqlarını tam təmin edir. "Şahdəniz” yatağı ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcəkdir. Eyni zamanda biz ixrac coğrafiyamızı genişləndirmək əzmindəyik... Əgər "Şahdəniz” üzrə kontrakt imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin, öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Çünki "Şahdəniz” bizim üçün əsas mənbədir. Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaqdır.”

Xatırladaq ki, "Şahdəniz” layihəsində BP (operator - 28,8 faiz), TPAO (19 faiz), AzŞD (10 faiz), "Cənub qaz dəhlizi” və Apstrim (6,7 faiz), PETRONAS (15,5 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz) şirkətləri tərəfdaşlıq edirlər. Operator şirkətin məlumatına görə, bu ilin birinci yarısında "Şahdəniz” üzrə əməliyyat xərclərinə 409 milyon dollara yaxın və əsaslı xərclərə 452 milyon dollar vəsait sərf olunub. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2” layihəsinə çəkilib.

Hazırda "Şahdəniz” yatağında bir neçə istiqamətdə iş aparılır. Son aylarda "Xankəndi” tikinti gəmisi sualtı quraşdırma işlərini davam etdirib. "Şahdəniz Bravo” platforması və şərq-cənub cinahı arasında axın xətlərinin mexaniki quraşdırılması isə "İsrafil Hüseynov” borudüzən gəmisi vasitəsilə yerinə yetirilir. "Şahdəniz-2” layihəsi çərçivəsində 2021-ci ildə yatağın şərq-cənub cinahından hasilatın başlanması üçün bütün işlər plana uyğun aparılır.

Hasilatı artırmaq üçün qazma əməliyyatları da davam etdirilir. "İstiqlal” və "Maersk Explorer” qurğuları "Şahdəniz-2”də hasilatı həyata keçirmək və sonradan tədricən artırmaq üçün, ümumilikdə, 18 quyu qazıb. Bunlardan 16-sı tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

İndi "Şahdəniz” qazı Avropaya çatmaq ərəfəsindədir. Belə ki, ilin axırınadək "Cənub qaz dəhlizi”nin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) çəkilişinin yekunlaşacağı gözlənilir. Beləliklə, TAP genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə nəql olunan Azərbaycan qazını qəbul edərək Avropadakı istehlakçılara çatdıracaq.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib

19:29
16 May

"Qarabağ" Avropa, "Turan Tovuz" Konfrans Liqasında  

19:19
16 May

“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək

18:43
16 May

AZAL: Hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşlar təxirə salınıb

18:08
16 May

Ərdoğan: Qazaxıstan neftinin BTC ilə nəqlinə dair əldə olunmuş razılaşma çox mühümdür  

16:48
16 May

Azərbaycan gimnastları “AGF Trophy” beynəlxalq turnirində növbəti medallarını qazanıblar

16:23
16 May

Xocalı və Ağdərəyə qayıdan 43 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

16:17
16 May

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu - 2026”da təmsil olunur

15:54
16 May

WUF13-də yüksəksəviyyəli nümayəndələrin tədbirdə iştirakı və səfərləri ilə bağlı brifinq təşkil olunub  

15:35
16 May

Azərbaycan velosipedçiləri Astanada keçirilən “Silk Way Series” beynəlxalq yarışında iştirak edir

15:19
16 May

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin forumu çərçivəsində panel müzakirələri keçirilib

14:39
16 May

Çinli ekspert: WUF13-ə ev sahibliyi Azərbaycanın beynəlxalq öhdəliyini və məsuliyyətini nümayiş etdirir

14:23
16 May

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb  

14:19
16 May

Türküstan görüşü gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən platforma kimi yadda qaldı

14:12
16 May

Azərbaycan TDT-nın güclənməsinə və funksionallığının artmasına davamlı töhfələr verir

13:59
16 May

Şükürbəyli kəndində daha 18 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB 2

13:59
16 May

Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub  

13:48
16 May

Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb

13:09
16 May

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib

12:57
16 May

Türk dünyasının əhəmiyyəti regional çərçivələri aşır

12:38
16 May

“EFES-2026” təlimində dənizdən sahilə hücum tapşırığı uğurla icra edilib

11:17
16 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!