16 May 2026 15:54
680
İDMAN
A- A+
Azərbaycan “Vindzor Kral Atçılıq Şousu - 2026”da təmsil olunur

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu - 2026”da təmsil olunur


Birləşmiş Krallıqda ənənəvi olaraq təşkil edilən “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından AZƏRTAC-a bildirilib ki, Böyük Britaniyada keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu”nda ölkəmiz Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ilk dəfə 150 nəfərlik böyük nümayəndə heyəti tərəfindən təmsil olunur.

Bu ilin ən möhtəşəm çıxışlarından “Azerbaijan – Land of Fire” şou-kompozisiyasında çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, zərif Azərbaycan rəqsləri, ecazkar milli musiqimiz və orkestrin çıxışları ilə nümayiş etdirilib.

Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı və süvarilər dəstəsi 23 Qarabağ atı ilə ölkəmizi növbəti dəfə yüksək səviyyədə təmsil edərək tamaşaçıların böyük rəğbətini qazanıb.

Şou-kompozisiyanın rəhbəri Əməkdar artist Gövhər Həsənzadə, quruluşçu rejissoru və xoreoqrafı Dövlət Sərhəd Xidmətinin əməkdaşı Əməkdar artist Fərid İbrahimov, süvarilər dəstəsinin məşqçisi baş təlimatçı İmran Əhmədli, Nümunəvi Hərbi Orkestrin baş dirijoru Əməkdar artist Səməd Vəkilovdur.

Peşəkar Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz yaradıcılığının şah əsərlərindən sayılan, klassik Azərbaycan musiqisinin incisi olan “Arşın mal alan” operettasının ecazkar musiqisi əsasında hazırlanmış rəngarəng və duyğusal kompozisiya tamaşaçılara təqdim olunub. Bu kompozisiya milli musiqimizin zənginliyini və incəliyini bir daha parlaq şəkildə nümayiş etdirib.

Tədbirdə iştirak edən İngiltərə kralı III Çarlz Azərbaycan nümayəndə heyətini hörmət və ehtiramla qarşılayıb, “Azerbaijan – Land of Fire” şou-kompozisiyasını yüksək maraqla izləyib.

Operettada əsas qəhrəman obrazları böyük ustalıq və yüksək peşəkarlıqla canlandırılıb. Gülçöhrə obrazını Əməkdar artist Afaq Abbasova və solist Fatimə Cəfərzadə, Əsgər obrazını Əməkdar artist Tural Ağasiyev və solist Fəxri Kazım Nicat, Vəli obrazını isə Rauf Zeynalov canlandırıblar. Onların səhnədə nümayiş etdirdikləri yüksək aktyorluq məharəti, obrazlara bəxş etdikləri xüsusi ruh və emosional çıxışları tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.

Qeyd edək ki, nümayəndə heyətimizin çıxışları mayın 17-dək davam edəcək və “Land of Fire” polo komandasının çıxışı bu gün baş tutacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

09:36
10 İyun

Azərbaycan nefti 95 dollara satılır

09:27
10 İyun

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

09:26
10 İyun

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

09:25
10 İyun

Uzunömürlülüyün sirləri

09:25
10 İyun

Səhnənin və ekranın unudulmaz sənətkarı

09:20
10 İyun

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

09:17
10 İyun

Qaranlığa işıq salan satira - Sabir dünyası

09:15
10 İyun

"Günah"ı bir neçə baş mal-qaraya sahib olması idi

09:10
10 İyun

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

09:08
10 İyun

Mahnıları onu həmişə yaşadacaq

09:05
10 İyun

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir  

09:01
10 İyun

Naftalanda sağlamlıq turizminin inkişaf perspektivləri müzakirə olunub

09:00
10 İyun

Kəndin içməli su problemi həll edilib

08:55
10 İyun

Azərbaycan pəhləvanlıq məktəbinin qədim tarixi var

08:53
10 İyun

Peşə məktəbinin 154 məzunu işlə təmin olunacaq

08:50
10 İyun

Gəncədəki süni göl əsaslı təmirdən sonra istifadəyə verilib

08:45
10 İyun

Qazaxlı fermerlər biçinə hazırdırlar 

08:40
10 İyun

Möhtəşəm layihələrin sınağından keçmiş "Türkiye Petrolleri"

08:35
10 İyun

Ermənistan cəmiyyəti Paşinyanın timsalında reallığı seçdi

08:30
10 İyun

Ölkəmizə qarşı media manipulyasiyaları qəbuledilməzdir

08:25
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!