31 İyul 2026 10:35
216
İQTİSADİYYAT
A- A+
Macəra dolu yolun sonunda möhtəşəm mənzərə - Qələbin şəlaləsi

Macəra dolu yolun sonunda möhtəşəm mənzərə - Qələbin şəlaləsi


Lerik yerli və xarici turistlərin ən çox üz tutduğu bölgələrdən biridir. Xəzər sahillərindən dağlara doğru yüksələn bu füsunkar diyar müasir hotelləri, kənd evlərində yaradılan ekoturizm imkanları, əsrarəngiz təbiəti, uca dağları, sıx meşələri, saysız-hesabsız bulaq və şəlalələri ilə seçilir. Lerikin təbii gözəllikləri ilin bütün fəsillərində fərqli çalarlarla ziyarətçiləri özünə cəlb edir.

Bu dəfə yolumuzu Lerikin füsunkar təbiəti qoynunda yerləşən Qələbin şəlaləsinə saldıq. AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası altında dərc olunan məqalədə bildirilir ki, şəlaləyə çatmaq üçün əvvəlcə İpək yolundan ayrılaraq Lerik istiqamətində təxminən 15 kilometr hərəkət edib, Piran kəndinə çatırıq. Buradan sonra yolun relyefi nəzərə alınaraq "Niva" markalı minik avtomobili ilə hərəkəti davam etdiririk.

Qələbin kəndinə aparan yol mürəkkəb relyefi ilə seçilir. Sıldırım eniş-yoxuşlar, kəskin döngələr və meşələrin arasından keçən dağ yolları səyahətə xüsusi həyəcan qatır. Təxminən 10 kilometrlik marşrutdan sonra avtomobil yolu başa çatır.

Bundan sonra qısa, lakin yaddaqalan piyada yürüşü başlayır. Təxminən 300 metr meşə cığırı ilə irəlilədikdən sonra ağacların arasından şəlalənin gur səsi eşidilir. Bir neçə dəqiqə sonra isə Qələbin şəlaləsi bütün əzəməti ilə qarşımızda canlanır.

Dəniz səviyyəsindən təxminən 1000 metr yüksəklikdə yerləşən şəlalə saf dağ bulaqlarından qidalanır. Qış aylarında suyun həcmi artır və gur axını ilə möhtəşəm mənzərə yaradır. Yayın ən isti günlərində belə qurumayan şəlalə qışın sərt şaxtalarında da tam donmur. Məhz bu xüsusiyyət Qələbin şəlaləsini ilin bütün fəsillərində cəlbedici edən əsas amillərdəndir.

Qələbin şəlaləsi son illərdə Lerikə gələn turistlərin ən çox ziyarət etdiyi təbiət məkanlarından birinə çevrilib. Fotoqraflar, təbiət həvəskarları və macəra sevən səyahətçilər üçün bu məkan əsl kəşfdir. Buraya gələn hər kəs möhtəşəm mənzərənin şahidi olmaqla yanaşı, təbiətin sakitliyi və gözəlliyi ilə baş-başa qalmaq imkanı əldə edir.

Lerikə səfər edənlər rayonun bu ecazkar təbiət incisini görmədən geri qayıtmırlar. Qələbin şəlaləsi öz gözəlliyi və yaratdığı unudulmaz təəssüratlarla ziyarətçiləri heyran edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub

11:28
31 İyul

ABŞ Prezidenti: HƏMAS-ın tərk-silahından sonra İsrail qüvvələri Qəzzadan çıxacaq

11:28
31 İyul

Azərbaycanlı alimin Əlişir Nəvai irsinə həsr olunmuş monoqrafiyası özbək dilində nəşr edilib

11:21
31 İyul

Qəbələdə möhtəşəm Vyetnam musiqi gecəsi

10:56
31 İyul

Bir qərarla iki qardaşı bir gündə güllələyiblər

10:49
31 İyul

37-nin qanlı salnaməsi: Əhməd Triniçin faciəvi taleyi

10:42
31 İyul

Macəra dolu yolun sonunda möhtəşəm mənzərə - Qələbin şəlaləsi

10:35
31 İyul

Goranboyda sənaye müəssisələri fəaliyyətlərini genişləndirməyi hədəfləyiblər 

10:29
31 İyul

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin möhkəm dayağıdır

10:22
31 İyul

Lənkəran Dövlət Universiteti aqrar kadrların hazırlanmasına diqqəti artırır

10:22
31 İyul

Şəmkirin yaşayış məntəqələrinin 98 faizi təbii qazla təmin olunur

10:14
31 İyul

Pambığı "ağ qızıl" edən günəş, su, bir də əməkdir

10:07
31 İyul

Azərbaycan Orta dəhlizdə yeni təşəbbüslər ünvanıdır

10:00
31 İyul

Dünya birjalarında neftin qiymətləri qalxır

09:53
31 İyul

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

09:46
31 İyul

Azərbaycanın xarici dövlət borcu 4,1 faiz azalıb

09:38
31 İyul

Çində kənd təsərrüfatı məhsullarımızın təqdimatı genişlənir

09:31
31 İyul

Qızılı qiymətli edən təkcə əyarı deyil

09:24
31 İyul

Xayotjon İBRAHİMOV: "Azərbaycanla inteqrasiya Mərkəzi Asiyada dayanıqlı iqtisadi məkan formalaşdırır"

09:17
31 İyul

Dövlət proqramı aqrar təhsil qarşısında yeni vəzifələr qoyur

09:10
31 İyul

Azərbaycan idmanının inkişaf trayektoriyası

09:03
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!