28 Mart 2024 13:11
256
İQTİSADİYYAT
A- A+

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb  

 

Azərbaycana stikerli (yazılı izahlı-red.) məhsulların ixrac tədarükü üçün keçid müddəti 2024-cü il iyulun 1-dək uzadılıb.

AZƏRTAC Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadla xəbər verir ki, əgər məhsulun qablaşdırmasının ölçüsü məlumatların bir neçə dildə göstərilməsinə imkan vermirsə, həmin məhsulların üst qablaşdırmasının üzərinə tərcüməsi olan stikerlər yapışdırıla bilər.

“Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi keçid dövrünü 2024-cü il iyulun 1-dək uzadıb. Bu müddət ərzində Rusiyadan olan və etiketlərində Azərbaycan dilinə tərcüməsi olmayan məhsullar respublika ərazisinə daxil ola bilər”, - deyə departament qeyd edir.

Rusiya Süd Məhsulları İstehsalçılarının Milli İttifaqı (“Soyuzmoloko”) qeyd edib ki, Azərbaycan dilində stikerləri olan məhsulların Azərbaycana idxalı imkanının saxlanılması məsələsi süd sənayesinin bir çox iştirakçıları üçün son dərəcə vacib olaraq qalır, çünki qablaşdırmada Azərbaycan dilində əlavə etiketlərin yerləşdirilməsi həm texniki baxımdan çətindir, həm də əksər şirkətlər üçün iqtisadi cəhətdən sərfəli deyil.

Stiker tətbiq etmək imkanı bu problemləri həll etməyə imkan verir, eyni zamanda, istehlakçının məhsulun təhlükəsizliyi və keyfiyyəti barədə düzgün məlumatlandırılmasını təmin edir.

“Rosselxoznadzor” bildirib ki, Rusiyanın Moskva, Sverdlovsk, Ryazan, Kalininqrad, Kursk, Leninqrad vilayətlərində, habelə Krasnodar və Stavropol diyarlarında yerləşən heyvandarlıq məhsulları istehsalı üzrə daha 13 müəssisəsi Azərbaycana ixrac tədarükü hüququnu təsdiqləyib.

Qərar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin əyani və video formatda apardıqları yoxlamaların nəticələrinə əsasən qəbul edilib.

Hazırda Azərbaycan tərəfi əvvəllər öz mallarını respublikaya tədarük edən Rusiyanın 40-dan çox müəssisəsində videoyoxlamalar keçirməyi planlaşdırır.

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq, əvvəllər sertifikatlaşdırılmış müəssisələrdən məhsulların Azərbaycanın səlahiyyətli idarəsinin mütəxəssisləri tərəfindən ekspertizadan keçirilmədən ixracına 31 dekabr 2023-cü il tarixinədək icazə verilib”. Bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Eyni zamanda, yoxlamadan keçmiş, lakin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə müqavilə bağlamamış və ya onun şərtlərinə əməl etməyən müəssisələrin ixrac tədarükü müəyyən edilmiş tarixdən tez, bütün tələblər yerinə yetirilənə qədər məhdudlaşdırıla bilər.

Bundan əlavə, departamentin məlumatında qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, ödəniş ixracatçının özü və ya şirkətin Azərbaycana idxalçısı tərəfindən həyata keçirilə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video