Ölkəmiz sürətlə Çin bazarına daxil olur
ÇXR-də Azərbaycanın 5 Ticarət Evi artıq fəaliyyət göstərir
Xəbər verildiyi kimi, Çinin Sıçuan vilayətinin paytaxtı Çendu şəhərində "Azərbaycan Ticarət Evi" fəaliyyətə başlayıb. Ticarət evinin açılış mərasimində çıxış edən Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov, Siçuan şəhəri Çinbaycian rayonunun xalq hökuməti sədrinin müavini Ley Tin, "Azərbaycan Ticarət Evi"nin rəhbəri Huan Çao iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafından danışıblar.
Bildirilib ki, Ticarət Evi dadı və keyfiyyəti ilə seçilən Azərbaycan məhsullarının Çində təşviqi ilə yanaşı, iki xalq arasında mədəni əlaqələrin dərinləşməsində də rol oynayacaq.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanda istehsal edilən məhsulların "Made in Azerbaijan" brendi ilə xaricdə tanıdılması üçün müxtəlif ölkələrdə ticarət evlərinin açılması prosesi 2017-ci ildən start götürüb. İlk ticarət evi həmin il Rusiyanın Arxangelsk vilayətində açılıb. Sonrakı illərdə Belarus, Ukrayna, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Latviya, Çin, Qazaxıstan, Qətərdə belə evlər fəaliyyətə başlayıb. Həmin ölkələrdəki ticarət evləri Azərbaycanın ticarət imkanlarının artırılması, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və ölkəmizə xarici investisiyanın cəlb edilməsi baxımından əhəmiyyətli olub. Azərbaycanın xarici ticarət tərəfdaşlarının da ölkəmizin bu sahədə böyük ixrac potensialının olduğunu etiraf etmələrinin bir səbəbi də budur.
İlk zamandan xaricdə ticarət evlərinin açılmasında qarşıya məqsəd qoyulmuşdu ki, qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlar üçün xarici ölkələrə çıxmaq imkanı yaradılsın. Bu məqsəd yerinə yetirilərsə, sahibkarlar həmin ölkələrin fərqli sektorlarında vəziyyəti öyrənəcək və bazarlarda marketinq araşdırmalarının aparılmasını təmin edəcəklər. Nəticədə Azərbaycan məhsulları tanıdılacaq, birgə layihələr həyata keçiriləcək və sərmayə qoyuluşları reallaşacaq. Belə də oldu. Bu gün Azərbaycandan kənarda fəaliyyət göstərən 15 Ticarət Evi "Made in Azerbaijan" brendini tanıtmaqla yanaşı, ölkələr arasında iqtisadi əlaqələrin qurulmasına da töhfə verir. Ticarət evlərinin fəaliyyət göstərdiyi Avropa və Asiyadakı ölkələr genişhəcmli bazarlara malikdirlər, iqtisadiyyatları inkişaf edib, əhalinin alıcılıq qabiliyyəti yüksəkdir. Ona görə də məhz bu ölkələrin bazarlarında mövqe qazanmaq və məhsulları reallaşdırmaq Azərbaycana fayda verir.
Onu da deyək ki, ticarət evləri fəaliyyət göstərdiyi ölkələrin elə bir ərazisində yaradılır ki, həm obyekt geniş sahəni əhatə etsin, həm də əhalinin gediş-gəlişi, alış-verişi üçün rahat məkan olsun. Bu məsələdə İqtisadiyyat Nazirliyinin rolu böyükdür. Nazirliyin dəstəyi ilə Ticarət evlərində təkcə alış-veriş yox, həm də Azərbaycanın zəngin mədəni irsinə, turizm potensialına, iqtisadi imkanlarına, eləcə də sərmayə mühitinə aid materiallar nümayiş etdirilir.
Çində açılan Ticarət Evi də bu baxımdan istisna deyil. Çendu şəhərindən Orta dəhliz vasitəsilə Avropaya göndərilən yük qatarları məhz bu azad zonadakı beynəlxalq dəmir yolu limanından yola salınır. Liman ərazisindəki ölkə pavilyonları şəhərciyində yerləşən Azərbaycan Ticarət Evinin sahəsi təxminən 600 kvadratmetrdir. Hazırda bu şəhərcikdə Türkiyə, Yunanıstan, Almaniya, İtaliya, İspaniya, Niderland, Belçika və Yeni Zelandiya da daxil olmaqla 34 ölkənin pavilyonu fəaliyyət göstərir. Azərbaycn Ticarət Evi ən böyüklərdən biridir. Ticarət evinin operatoru olan "Sichuan Rongda Juxin International Trade" şirkəti Azərbaycan məhsullarının idxalçısı və bir neçə Ticarət Evinin operatoru olan "Sino-foreign Economic Cooperation (Peking) Science and Trade" şirkəti vasitəsilə Azərbaycan məhsullarının alışını həyata keçirir. Şirkət geniş işgüzar əlaqələri vasitəsilə gələcəkdə Azərbaycan məhsullarının Çendu şəhərində satışını genişləndirməyi hədəfə alıb.
Qeyd edək ki, bu, Azərbaycanın Çində sayca 5-ci Ticarət Evidir. Digər 4 Ticarət Evi Çindao, Canciaciye, Sian və paytaxt Pekində fəaliyyət göstərir. Əhalisinin sayına görə dünyanın nəhəng dövlətlərindən olan Çində 5 Ticarət Evinin açılması müsbət haldır. Sonuncu Ticarət Evinin yerləşdiyi Çendunun 21 milyon əhalisi var, ölkənin ən iri 4-cü şəhəridir. Çinin əsas iqtisadi, maliyyə, ticarət, nəqliyyat, kommunikasiya və tədqiqat mərkəzlərindən biridir. Şəhərin ümumi daxili məhsulunun dəyəri 310 milyard dolları ötür. Çində Pekin və Şanxaydan sonra ərazisində 2 beynəlxalq hava limanı olan 3 şəhərdən biridir. Ölkənin əsas dəmir yolu qovşaqlarından biri olan Çendudan Avropa da daxil, dünyanın 61 şəhərinə qatarlarla yüklər daşınır. Çendu dünyada elmi-texnoloji tədqiqatların həcminə görə 25 əsas şəhər siyahısındadır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"TEMİRLİ QRUP" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
09 May
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Age...
09 May
İsmail Serageldinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqın...
09 May
Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
09 May
Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlled...
09 May
Ankarada Azərbaycan-Türkiyə biznes-forumu
09 May
Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın...
09 May
Bolqarıstan Prezidenti Rumen Radev ilə Milli Məclisdə görüş
09 May
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə gö...
09 May
Ali qonağın şərəfinə
09 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!