Bizi kəmiyyət yox, keyfiyyət qane etmir
Qəzetimizin 5 mart 2024-cü il tarixli sayında "Doğrudanmı biz bu qədər kasıbıq?!" başlıqlı məqalə dərc olunmuşdu. Məqalənin məğzini, yəni nədən bəhs etdiyini elə həmin məqalədən gətirdiyimiz sitatla açıqlayaq:
"Torpaqlarımızı işğalçılardan təmizləyərək ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edərək mümkün olmayanı gerçəkliyə çevirmişik.
Amma ötən üç-dörd ildə bu möhtəşəm Zəfərin, qəhrəman sərkərdə və oğullarımızın şücaətini, igidliyini, qeyrət və mərdliyini əks etdirən bədii əsər, bədii film yaradıb ortaya qoymamışıq".
Sitatdan belə görünə bilər ki, müəllifin məqaləni yazmaqda məqsədi məlum, məramı aydındır - indiyəcən Qələbəmizə, onun müəlliflərinə aid, ən əsası möhtəşəm Zəfərə layiq yazılı və viziual bədii əsərlərin yaranmaması qəbuledilməzdir! Lakin məqaləni diqqətlə oxuyub mahiyyətinə varanda məlum olur ki, bu, heç də tam belə deyil. Yenə məqaləyə müraciət edək. Müəllif erməni işğalının 30 il ərzində ölkəmizə və xalqımıza yaşatdığı görünməmiş faciələri sadalayaraq sual edir: "Niyə bunları bədii əsərlərə və filmlərə çevirib dünyaya təqdim etmirik?" "Niyə real həyatda mövcud olan qəhrəmanlar kino lentlərində yoxdur?!" Bax sözügedən məqalənin əsl yazılma səbəbi, vermək istədiyi mesaj budur, daha Mədəniyyət Nazirliyinin imzasız-filansız redaksiyamızın elektron ünvanına göndərdiyi "cavab məktub"unda sadalanan və heç kəsin eşitmədiyi, görmədiyi, oxumadığı hesabat xarakterli siyahısı yox!
İndi keçək əsas mətləbə.
Biz yazanda ki, birinci və ikinci savaşlar da daxil olmaqla keçmiş Qarabağ münaqişəsi, onun yaranma səbəbləri, tarixi, faciələri və digər həqiqətləri barədə hələ də dəyərli əsərlər yaradılmayıb, heç də bu mövzuya aid statistikanı nəzərdə tutmuruq. Ola bilsin, say sarıdan bu mövzuya aid ermənilərin yazdıqlarından, çəkdiklərindən geri qalmırıq. Amma söhbət kəmiyyətdən getmir axı... Bizim istədiyimiz, gözlədiyimiz keyfiyyətdir, keyfiyyət! O keyfiyyət ki, onun hesabına dünya kitab sərgilərinə, nüfuzlu beynəlxalq kino festivallarına çıxa bilək, həm də təkcə çıxmayaq, mükafat alaq, yer tutaq.
Bəs əvəzində biz nə edirik?
Mədəniyyət Nazirliyinin həm də tarixsiz arayışından da göründüyü kimi, ayrılan vəsait yerdə qalmasın deyə, nə gəldi yazırıq, nə gəldi çəkirik. Daha dərk etmirik, yaxud dərk etmək istəmirik ki, indi "ura vətənpərvərlik" zamanı deyil, boş pafos qəbul olunmur, ən yaxşı halda bunlar daxili auditoriyada işləyir, o da səviyyəli yazılarsa, yaxud çəkilərsə! Bu gün həqiqəti dünyaya bəşəri ideyalar vasitəsilə çatdırmaq lazımdır. Bəşəri ideyalar isə heç bir insanı milliyyətinə, irqinə, dininə görə düşmən obrazında verməməyi tələb edir. Bax əsl sənət və əsər də odur ki, belə bir tələb çərçivəsində öz həqiqətlərini göstərə, təbliğ edə biləsən!
Təəssüf ki, Mədəniyyət Nazirliyinin siyahısındakı istər ədəbi əsərlər, istərsə də bədii və sənədli filmlər arasında belələri demirik, hətta beləsi yoxdur! Olsaydı, səsi çıxardı! Bu fakt bir daha göstərir ki, nazirlik bu sahəyə vəsait ayırarkən müəlliflərdən heç də keyfiyyət yox, kəmiyyət tələb edib.
Elə ona görə də çoxmilyonlu dünya ictimaiyyətinə haqq səsimizi sənət dili ilə çatdıra bilmirik. Yazdığımız, çəkdiyimiz keyfiyyətsizlik üzündən sərhədlərimizi keçmir, çox nadir hallarda keçəndə də kölgədə qalır. Ukraynanın Buça şəhərində törədilən faciə bizim Qarabağda ermənilərin xalqımıza qarşı etdikləri faciələrlə müqayisədə, necə deyərlər, toya getməlidir. Amma nə olsun?! Ukraynalıların çəkdikləri "Buça" adlı sənədli film bu yaxınlarda ABŞ-də "Oskar"ın televiziya ekvivalenti sayılan beynəlxalq "Emmi" mükafatı aldı. Halbuki Buça faciəsi təxminən 2 il əvvəl, yəni Xocalı soyqırımından 30 il sonra baş vermişdir. Bu, ukraynalıların 2 ilə ortaya qoyduqları, bu da bizim 30 ilə görə bilmədiyimiz iş. İndi gəl Mədəniyyət Nazirliyinin 2 səhifəyə sığmayan siyahısını oxuyub "afərin!" de görüm, necə deyirsən.
Bəlkə buna görədir təbliğat cəhətdən beynəlxalq səviyyədə uzun illər ermənilərə uduzmağımız?! Yaxşı ki, Prezident İlham Əliyev kimi liderimiz, Heydər Əliyevin adını daşıyan fondumuz var. Yoxsa, Mədəniyyət Nazirliyinin siyahısı ilə, xalq arasında deyildiyi kimi, Biləcəridən uzağa gedə bilməzdik. Ümumiyyətlə, özümüz deyib, özümüz eşitməyimiz bizim çoxdankı adətimiz və bəlkə də mərəzimizdir. Adıçəkilən məqalənin bir yazılma səbəbi də bizi bu mərəzdən sağaltmağa olunan cəhddir. Müəllif yazanda ki, erməni özünə yalançı tarix yazır, qondarma "soyqırım"lar düzəldir, hamını ona inandıra bilir, biz isə olanları, etdiklərimizi və bizə edilənləri ortaya çıxarmağı bacarmırıq, heç də daxili auditoriyanı nəzərdə tutmur. Xalqımızın əksəriyyətinin bu sarıdan heç bir məlumatsızlığı yoxdur. Uzaqbaşı şikayəti, narazılığı, məsələn, telekanallarda adını "sosial veriliş"lər qoyub şou xarakterli, ara müğənnilərin bayağı mahnıları ilə müşayiət olunan əttökən verilişlər əvəzinə lap elə Mədəniyyət Nazirliyinin siyahısındakı sənədli və bədii filmlərin, bədii qiraətlərin nümayiş etdirilməməsi ilə bağlı ola bilər. Əsas problemimiz təkrar olmasın, həqiqətlərimizi beynəlxalq səviyyəyə çıxara bilməməyimizdir ki, onun da səbəbini qeyd etdik.
Lakin qeyd etmədiklərimiz də var. O da bundan ibarətdir ki, gəlin "Azərbaycan" qəzetinin sözügedən məqaləsində qaldırılan, ictimaiyyətin diqqətini çəkməyə xidmət edən problemlərə başdansovdu arayış səviyyəsində yanaşmayaq. Mürəkkəb dünyada yaşayırıq, doğru yalana, haqq haqsızlığa, ədalət ədalətsizliyə qarışıb, ölkələrin, xalqların taleyini beynəlxalq qaydalar, qanunlar yox, güc həll edir. Belə bir vaxtda duruş gətirmək, haqlı olduğumuzu sübut etmək hesabat xarakterli siyahı qədər asan deyil. Gözümüzün qabağında separatçıları maliyyələşdirən, Azərbaycanın ərazi bütövlüyünə qəsd edən terrorçunu Nobel mükafatına namizəd irəli sürürlər, özümüzdən savayı dinən yoxdur. Əksinə, bu ədalətsiz, abırsız cəhdə hətta dünya miqyasında dəstək verən, qəhmər çıxanlar tapılır. Kimdir günahkar? Təkcə həqiqətə arxa çevirib yalana əl uzadan çoxsifətli həmin o ədalətsizlər və abırsızlarmı? Təbii ki, yox! Özümüzdə də günah var. Həqiqətimizi, haqlı olduğumuzu vaxtında dünya ictimaiyyətinə başa düşdüyü dildə, qəbul etdiyi səviyyədə çatdıra bilməmişik. Vətənşüvən şeirlərlə, özlüyündə guya erməniləri hədəfə alan şit gülüş doğuran səhnələrlə, Qarabağ hadisələrinə aid ən yaxşı halda bayağı hind döyüş kinoları səviyyəsində çəkilən filmlərlə özümüzü aldatmışıq. Daha fikirləşməmişik ki, bu cür "sənət əsərləri" ilə dünyaya çıxmaq, dünyanı inandırmaq mümkün deyil. Bu yerdə qeydlərimizi həmin məqalədən növbəti sitatla yekunlaşdırmaq istərdik:
"Belə çıxır ki, bu barədə də göstərişi yalnız Prezident verməlidir?
Bəs bizim vətəndaş mövqeyimiz?
Bəs bizim vətənpərvərliyimiz?
Bəs bizim vəzifə borcumuz, məmur məsuliyyətimiz?"
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"TEMİRLİ QRUP" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
09 May
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Age...
09 May
İsmail Serageldinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqın...
09 May
Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
09 May
Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlled...
09 May
Ankarada Azərbaycan-Türkiyə biznes-forumu
09 May
Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın...
09 May
Bolqarıstan Prezidenti Rumen Radev ilə Milli Məclisdə görüş
09 May
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə gö...
09 May
Ali qonağın şərəfinə
09 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!