27 Aprel 2024 08:30
312
SİYASƏT
A- A+

"Nobel şousu" Vardanyanı xilas edə bilməz

 

"Cinayətkar Ruben Vardanyanın "qəhrəmanlaşdırılması" istiqamətində aparılan kampaniya heç bir nəticə verməyəcək. Nəzərə almaq lazımdır ki,  onun Azərbaycanda separatizmi dəstəkləməsi, terrorçu rejimdə təmsil olunması, ölkəmizə hədə-qorxu gəlməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Təkcə Qarabağda törətdiyi cinayətlərin sübutu bəs edir ki, ona onillərlə həbs cəzası verilsin".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Deputat bildirib ki, 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edərək Ermənistan vətəndaşı olan Vardanyanın əsas məqsədi separatçı rejimin rəhbəri olmaq, daha sonra Ermənistanda ali vəzifə tutmaq idi: "Bu çirkin məqsədi onu qondarma Dağlıq Qarabağ rejiminin "dövlət naziri" vəzifəsinə qədər gətirib çıxarmışdı. 2022-ci  ildə isə bu "vəzifə"sindən kənarlaşdırıldı. Ruben Vardanyan ötən ilin sentyabrın 27-də Azərbaycanın Laçın sərhəd-keçid məntəqəsində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Ruben Vardanyan Azərbaycan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunub. Onun cinayətkarlıq fəaliyyəti  sübut olunarsa, ən azı 30 ilədək həbs cəzası ala bilər".
Deputat qeyd edib ki, bu cinayətkar şəxs təkcə Azərbaycanda deyil, Ukraynada da separatizmə dəstək verib: "Ona görə Ukrayna tərəfindən sanksiyalara məruz qalıb. Ukraynalı deputatlar Vardanyanın "Nobel sülh mükafatı"na namizəd kimi göstərilməsi ilə bağlı Nobel Komitəsinə etiraz məktubu da göndəriblər. Ümumiyyətlə, Vardanyanın "Nobel sülh mükafatı"na namizəd göstərilməsi heç bir çərçivəyə sığmayan, absurd məsələdir. Separatizmə dəstək verən cinayətkar necə olur ki, siyasi məhbus kimi gündəmə gətirilir?! Hansı məntiqlə CNN kimi telekanallar Vardanyanı "qəhrəman" kimi təqdim edirlər?! Aydındır ki, bununla bağlı ortada "pul mübadiləsi" gedir, sifarişlər götürülür".
Arzu Nağıyev vurğulayıb ki, hələ Qarabağda olarkən özünün qəhrəman obrazını yaratmaq üçün kampaniya təşkil edən Vardanyan o dövrdə olduğu kimi, yenə də uğursuzluğa düçar olacaq. Onun guya aclıq aksiyasına başlaması, ailə üzvlərinin CNN kimi platformalarda danışdıqları çox keçmədən ifşa olunacaq. Ona görə də bu cinayətkarın müdafiəsinə qalxan ABŞ mediası və PR şirkətləri Vardanyanın düzüb-qoşduğu şounun qurbanı olmamaq üçün düşünməli və cinayətkara uyğun qərar verməlidirlər. Cinayətkar milyarderin puluna görə siyasi əqidəyə xəyanət etmək heç bir məntiqə sığmır".
Deputat sonda bildirib ki, Vardanyanın qəhrəmanlaşdırılması ilə bağlı aparılan təbliğatın sistemli və ardıcıl olması PR kampaniyasının konkret maraqlara xidmət etdiyini sübut edir. Vardanyanın çox uğursuz siyasətçi olduğunu nəzərə aldıqda isə məsələnin kökündə birbaşa pul faktorunun dayandığı bir daha aydınlaşır. Odur ki, gec və ya tez öz layiqli cəzasını alacaq bir cinayətkara görə, hansısa canfəşanlıq etməyə dəyməz. Ümid edək ki, ABŞ-nin şirkət və media qurumları bunu vaxtında başa düşəcək".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video