21 Fevral 2024 09:26
84632
Oxucu məktubları
A- A+
Bir oğlu şəhid, iki oğlu müharibə veteranı olan ana

Bir oğlu şəhid, iki oğlu müharibə veteranı olan ana

 

Hazırda Lənkəran Dövlət Universitetində tələbə olan Simuzər xanım magistr təhsilini Qarabağ Universitetində almaq istəyir

 

Şəhid Cəmil Həşimli - indi bu ad bütün Azərbaycanda fəxrlə çəkilir. Kürdəmirdə dünyaya göz açan, 44 günlük haqq savaşımızda 25 yaşında canını Vətənə fəda edən Azərbaycan Ordusunun giziri Cəmil Həşimli Füzuli döyüşlərində, sözün əsl mənasında, tarix yazıb. Elə orada da şəhidlik zirvəsinə ucalıb. 
Ürəklərdə əbədi yurd-yuva quran, ölümsüzlüyə qovuşan qəhrəman dövlət tərəfindən "Vətən uğrunda", "Cəsur döyüşçü", Xocavəndin, Füzulinin, Şuşanın azadlığına görə medallarına və III dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.
Cəmil kimi mərd, igid və vətənpərvər oğul böyüdən 52 yaşlı Simuzər ana orta məktəbi bitirdikdən 35 il sonra Lənkəran Dövlət Universitetinə qəbul olub. Hazırda Lənkəran Dövlət Universitetinin 1-ci kurs tələbəsi olan Simuzər xanım uzun illər orta ixtisas təhsili üzrə rayon xəstəxanasında tibb bacısı kimi yüzlərlə, minlərlə insana öz şəfalı əlləri ilə ikinci həyat bəxş edib. Bununla kifayətlənməyən Simuzər ana Vətəninə, xalqına daha çox gərək olmaq məqsədilə ötən il fərdi qaydada hazırlaşaraq imtahanlara qatılıb. Keçid balını toplayaraq Lənkəran Dövlət Universitetinin tələbəsi olub. Ötən ilin ikinci sevincinə isə nənə adını qazanmaqla qovuşub.
Tələbə Simuzər ana deyir: “3 oğlum İkinci Qarabağ müharibəsində düşmənə qarşı qəhrəmanlıqla döyüşüb. Böyük və kiçik övladlarım müharibədən sağ-salamat qayıdıblar. Gizir oğlum Cəmil Həşimli şəhidlik zirvəsinə ucalıb. İndi onun adı bütün Vətən üçün əzizdir.  Oğul itkisi ağırdır. Qaldı ki, Cəmilin Vətən sevgisi məni sınmağa qoymadı. Hər dəfə onun adı şirin dillərdə qəhrəmanlıq nəğməsinə dönəndə xətrinə həyata sevgim artıb. Və nəticədə çoxdankı istəyimə çatdım. Çalışıram müqəddəs şəhidlik zirvəsindən boylanan oğlumun ruhu həmişə şad olsun. Bir də mən şəhid anasıyam, dərsimi oxumaya bilmərəm deyə bir şey yoxdur. Əksinə, şəhid anası olduğum üçün dərslərimə daha yaxşı hazırlaşıram. Hələ bundan sonra arzum var ki, magistraturanı Qarabağ Universitetində oxuyum”.

Zəfər ORUCOĞLU

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Meksikada narkokartelin 19 üzvü öldürüldü

14:40
23 Oktyabr

ABŞ və Yaponiya genişmiqyaslı təlimlərə başladı

14:39
23 Oktyabr

Qurban Qurbanov: "Ayaks"la matçda çəkinmədən mübarizə aparacağıq

14:36
23 Oktyabr

Pərviz Şahbazov çinli və iranlı həmkarları ilə enerji əməkdaşlığını müzakirə edib

14:35
23 Oktyabr

BRICS-in tərəfdaşları siyahısına 13 dövlət daxil olub

14:34
23 Oktyabr

Türkiyə Prezidenti BRICS sammitində iştirak etmək üçün Kazana yola düşüb

14:32
23 Oktyabr

Azərbaycan dəmir yollarında üztanıma ilə ödənişlərə başlanılacaq

14:31
23 Oktyabr

Azərbaycan ilə Qırğızıstanın Müdafiə nazirlikləri arasında 2025-ci il üçün hərbi əməkdaşlıq planı imzalanıb

14:22
23 Oktyabr

Almaniya səfiri Rusiya XİN-ə çağırıldı

14:21
23 Oktyabr

Kvaratsxeliya mövsümə 6 milyon avro qazanacaq

14:13
23 Oktyabr

Ukraynanın baş prokuroru istefa verdi

14:06
23 Oktyabr

Xavi "Mançester Yunayted"də?

13:57
23 Oktyabr

Böyük Britaniya və Almaniya arasında saziş imzalanacaq

13:47
23 Oktyabr

Oktyabrın 24-də ölkə ərazisində hava əsasən yağmursuz olacaq

13:42
23 Oktyabr

Emin Mahmudov: "Açıq deyim ki, fiziki baxımdan çox zəifik”  

13:31
23 Oktyabr

BMT-nin baş katibi BRİCS sammitinə getdi 

13:22
23 Oktyabr

Paşinyan BRİKS sammitində iştirak edəcək

13:16
23 Oktyabr

Baydendən hərbi xərclərlə bağlı açıqlama

13:04
23 Oktyabr

Braziliyada qırıcı qəzaya uğradı

13:02
23 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi ilə görüşü olub YENİLƏNƏCƏK

13:01
23 Oktyabr

DİN “ASAN xidmət” mərkəzlərində göstərdiyi xidmətlər üzrə vəzifələrə müsabiqə elan edir  

12:57
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!