24 Yanvar 2026 09:20
845
DÜNYA
A- A+
Rusiya-Ukrayna: savaş masaya keçir?

Rusiya-Ukrayna: savaş masaya keçir?


ABŞ Prezidenti Donald Trampın nümayəndələri - xüsusi elçi Stiv Uitkoff, Ağ Evin baş müşaviri Coş Qrünbaum və Amerika liderinin kürəkəni Cared Kuşner  Kremldə qapalı qapılar arxasında Rusiya Prezidenti Vladimir Putinlə Ukraynada müharibəyə son qoymağın mümkün yolları ilə bağlı növbəti müzakirə üçün görüşüblər. Danışıqlar yanvarın 23-nə keçən gecə başa çatıb.

Kreml Mətbuat xidmətinin məlumatına görə, görüş üç saat yarımdan çox davam edib. Vladimir Putinin köməkçisi Yuri Uşakov, Rusiya Birbaşa İnvestisiya Fondunun (RBİF) xüsusi nümayəndəsi və baş direktoru Kirill Dmitriyevin iştirak etdikləri danışıqlardan sonra Y.Uşakov media üçün brifinq keçirib. Onun dediyinə görə, Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşner arasında keçirilən görüş olduqca məzmunlu, konstruktiv, son dərəcə səmimi və etibarlı olub. Y.Uşakov jurnalistlərə bildirib ki, görüş zamanı həm S.Uitkoff, həm də C. Kuşnerin şəxsən qatıldıqları ABŞ Prezidentinin Davosda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü ilə bağlı təəssüratlarını birbaşa bölüşüblər. "Ümumiyyətlə deyərdim ki, Rusiya Prezidentinin ABŞ nümayəndələri ilə görüşü xüsusilə Amerikanın ukraynalılar və avropalı tərəfdaşlarla təmasları haqqında məlumat əldə etməyə və birlikdə gələcək fəaliyyət üçün parametrləri müəyyən etməyə yönəlmişdir", - deyə Y.Uşakov izah edib. Tərəflər həmçinin Qəzza Sülh Şurası, Qrenlandiya və ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə ediblər və Ukrayna və digər məsələlər üzrə sıx əlaqələr saxlamaq barədə razılığa gəliblər. 

"Vladimir Putinin vurğuladığı kimi, biz Ukrayna böhranının siyasi və diplomatik yollarla həllində səmimi şəkildə maraqlıyıq. Lakin buna nail olana qədər  Rusiya strateji təşəbbüsü əlində saxladığı döyüş meydanında xüsusi hərbi əməliyyat üçün müəyyən edilmiş məqsədləri ardıcıl olaraq həyata keçirməyə davam edəcək", - deyə Kremlin Mətbuat xidməti Y.Uşakovun sözlərini sitat gətirib.

V.Putinin görüş ərəfəsində verdiyi açıqlamalara istinadən TASS-ın yaydığı məlumata görə, tərəflər digər məsələlərlə yanaşı, Rusiyanın D.Tramp tərəfindən Fələstin-İsrail və digər münaqişələrin həlli üçün yaradılan "Sülh Şurası"na dəvət edilməsini, eləcə də ABŞ-də dondurulmuş Rusiya aktivlərinin taleyini müzakirə etməyi planlaşdırıblar. Daha əvvəl -  yanvarın 21-də V. Putin Rusiyanın bu aktivlərdən 1 milyard dollarını "Sülh Şurası"na göndərə biləcəyini və qalan məbləği Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı zərərçəkmiş ərazilərin bərpası üçün istifadə edə biləcəyini bildirib. Prezident bunun Kiyevin nəzarətində olan və ya Rusiya tərəfindən işğal edilmiş ərazilərə aid olduğunu dəqiqləşdirməyib.

Yanvarın 23-də axşam Əbu-Dabidə  Rusiya-ABŞ-Ukrayna üçtərəfli təhlükəsizlik məsələləri üzrə İşçi qrupunun ilk iclası başlayıb. Uzun müddətdən sonra ilk dəfə olaraq Moskva və Kiyev nümayəndələri birbaşa görüşüblər. BƏƏ-də iki gün davam edəcək danışıqlarda ABŞ vasitəçi kimi çıxış edir.

Bu arada Prezident Volodimir Zelenski Əbu-Dabidə  Rusiya və Amerika tərəfləri ilə danışıqlarda iştirak edəcək Ukrayna nümayəndə heyətini genişləndirib. Heyətə Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski də daxil olunub. "Mən komandanı genişləndirmişəm. Əlbəttə ki, danışıqlarda nümayəndə heyətinin rəhbəri Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Prezident ofisinin rəhbəri Kirilo Budanov, hakim "Xalq xidmətçisi" Partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiya, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Andrey Qnatov,  Prezident ofisinin rəhbərinin birinci müavini Sergey Kislitsa və daha bir neçə nəfər iştirak edəcək", - deyə V.Zelenski Ukrayna mediasına bildirib. O həmçinin etiraf edib ki, həmişə avropalı tərəfdaşların danışıqlarda iştirak etməsini arzulayıb, lakin yanvarın 23-24-də keçiriləcək görüşlər üçtərəfli olacaq. V. Zelenski qeyd edib ki, ərazi məsələsi danışıqların əsas mövzusu olacaq və danışıqlardan sonra avropalı müttəfiqlərinə hesabat verəcək. 

Daha əvvəl İtaliyanın "Corriere della Sera" qəzeti mənbələrə istinadən Rusiya, ABŞ və Ukraynanın danışıqlar qruplarının Əbu-Dabidə keçiriləcək görüşündə sülh müqaviləsinin əsası olacaq gözlənilən dörd sənədin təqdim ediləcəyini bildirib.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanda sülhə doğru atılan addımlar revanşistləri narahat edir

09:05
04 Mart

Daşkəsəndə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində gənclərlə görüş keçirilmişdir

09:00
04 Mart

Naxçıvan: Qədim karvan yolundan müasir nəqliyyat qovşağına

08:55
04 Mart

Baharın və Böyük qayıdışın addım səsləri bir-birinə qarışıb

08:50
04 Mart

Şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılmışdır

08:45
04 Mart

Rəqəmsallaşma vahid mərkəzdən idarə olunacaq

08:40
04 Mart

907-ci düzəliş birdəfəlik ləğv edilməlidir

08:35
04 Mart

"Şimal-Cənub" beynəlxalq marşrut üzrə əməkdaşlıq məsələləri müzakirə olunub

08:30
04 Mart

Sənaye zonaları: regionların iqtisadi potensialının lokomotivi

08:25
04 Mart

Azərbaycan sabitliyin unikal məkanıdır

08:20
04 Mart

Sarsılmaz iradə, mütləq qələbə

08:17
04 Mart

Xocalıya dönüş - ədalətin qələbəsi

08:15
04 Mart

Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənməsi davam edir

08:10
04 Mart

Avropa mavi yanacaq və "yaşıl enerji" sahəsində Azərbaycanla əməkdaşlıqdan məmnundur

08:05
04 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
04 Mart

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!