15 İyul 2025 08:30
515
SİYASƏT
A- A+
Rusiya Jurnalistlər İttifaqının müraciəti qərəzlidir

Rusiya Jurnalistlər İttifaqının müraciəti qərəzlidir


"Sputnik Azərbaycan"ın saxlanılan əməkdaşları jurnalist kimi deyil, siyasi və kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olublar


Dünyada fəaliyyət göstərən bütün jurnalist təşkilatlarına bəllidir ki, Rusiyada uzun illərdir jurnalistika demokratik cəmiyyətlərdəki kimi azad və obyektiv rolunu yerinə yetirə bilmir. Dövlətin sərt nəzarəti, senzura, həbslər və informasiya məhdudiyyətləri müstəqil medianı tamamilə sıradan çıxarıb. Bu ölkə əhalisi üçün yeganə informasiya mənbələri dövlət nəzarətində olan onlayn media qurumları və televiziyalardır. Bu proses xüsusilə 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra daha da amansız hal alıb, hazırda bu ölkədə media qurumlarına və jurnalistlərə ciddi senzura tətbiq olunur. 

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Azxeber.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli qəzetimizə açıqlamasında bildirib ki, son 3 ildə müharibə ilə bağlı "yalan informasiya yaymaq" adı ilə çox sayda jurnalist cinayət məsuliyyətinə cəlb olunub, sosial mediada fəaliyyət göstərən bloqçular və müstəqil yazarlar həbs edilib. Bir çox müstəqil media subyekti isə ya fəaliyyətini dayandırıb, ya da ölkədən kənara köçüb. "Rusiyada təkcə media qurumlarında deyil, sosial şəbəkələrdə də tənqidi fikir yazmaq müşkül məsələyə çevrilib. Bir sözlə, Rusiyanın müstəqil mediadan, jurnalistikadan, obyektivlikdən və söz azadlığından danışmağa mənəvi haqqı yoxdur. Əminliklə deyə bilərik ki, bu ölkədə jurnalistika artıq informasiya yaymaq yox, rejimin ideoloji mövqeyini təbliğ etmək funksiyasını yerinə yetirir. Bu, təkcə media qurumlarına deyil, eyni zamanda "Teleqram", "Yutub" və "TikTok" kanallarına da aiddir. Bu ölkədə artıq media subyektləri deyil, sosial media platformaları, kanalları da öz fəaliyyətlərini hakimiyyətdən gələn tezislər üzərində qurublar", - deyə o əlavə edib.

Baş redaktor bildirib ki, "Novaya qazeta" kimi Nobel mükafatlı nəşrin fəaliyyətinə son qoyulması ölkədə medianın boğulmasının rəsmi simvolu kimi dəyərləndirilə bilər. İndi Rusiyada təbliğatçı yox, jurnalist olmaq istəyən şəxslər ya həbs edilir, ya da sürgün olunur. Rusiya televiziyaları və əsas xəbər portalları isə hakimiyyətin sifarişi ilə çalışan təbliğat maşınına çevrilib. Müharibəni "xüsusi əməliyyat" adlandırmaq məcburiyyəti, minlərlə insanın həyatını məhv edən faciələrin təhrif olunaraq verilməsi, jurnalistikanın əsas missiyasının - həqiqəti deməyin tam inkarıdır. Hazırda Rusiyada ən təhlükəli peşələrdən biri, bəlkə də birincisi jurnalistikadır. Son illərdə xeyli jurnalist ya qətlə yetirilib, ya həbs edilib, ya da sürgünə göndərilib. Dünyada Rusiya qədər jurnalistlərə basqı edən, təqibə məruz qoyan barmaqla sayılacaq qədər az ölkə var. Bu şəxslərin tək bir günahı onların jurnalist olmaqlarıdır. Onlar sərbəst araşdırmaları və yazılarına görə həyatlarını itirirlər. Bütün hallarda ya qətlin sifarişçisi tapılmayıb, ya da istintaq şübhəli dərəcədə qeyri-şəffaf aparılıb. Onların ölümləri Rusiyada jurnalistikanın nə qədər təhlükəli peşəyə çevrildiyinin göstəricisidir.

H.Heydərli qeyd edib ki, Rusiya Æurnalistlər İttifaqı isə bütün bu neqativ olaylara, jurnalistikanın boğulmasına, tanınmış jurnalistlərin qətllərinə səssiz qalıb və prinsipial mövqe nümayiş etdirməyib: "Onun fəaliyyəti formal, ehtiyatlı və çox zaman rejimlə uzlaşan bir xarakter daşıyıb. Bu səbəbdən Rusiya daxilində və xaricində yaşayan müstəqil jurnalistlər, beynəlxalq təşkilatlar Rusiya Æurnalistlər İttifaqını (RJİ) etibarlı müdafiə platforması və etibarlı jurnalist təşkilatı kimi görmürlər. RÆİ sadəcə hakimiyyətin dediyini edən təbliğatçı bir qurumdur. Maraqlı məqam isə odur ki, öz ölkəsində jurnalistikanın bu qədər boğulmasına, məhv edilməsinə səssiz qalan Rusiya Æurnalistlər İttifaqı rejimə yaxın media əməkdaşları - xüsusilə "Sputnik", "Russia Today", "Zvezda" kimi açıq şəkildə FSB və Müdafiə Nazirliyi ilə əlaqəli qurumlarda işləyən əməkdaşları xarici ölkələrdə həbs olunduqda dərhal "söz azadlığının boğulması" bəyanatlarını verir. Bu, onların ikiüzlülüyünün bariz nümunəsidir. Bu yanaşma Rusiya Æurnalistlər İttifaqının gerçəkdən jurnalist hüquqlarının müdafiəçisi deyil, informasiya müharibəsinin aləti olduğunu sübut edir".

Ekspert deyib ki, beynəlxalq jurnalist təşkilatları və insan haqları qurumları bu cür "jurnalist birlikləri"nin əsl funksiyasını araşdırmalı, onları müstəqil peşə qurumları kimi deyil, siyasi təsir və manipulyasiya vasitəsi kimi qiymətləndirməlidirlər. Onlar RÆİ-nin bu ikili standartlarını ifşa etməli, onu peşəkar dəyərləri təmsil etməyən bir qurum kimi rəsmi şəkildə tanımamalıdır. Rusiya Æurnalistlər İttifaqı "Sputnik Azərbaycan"ın saxlanılmış əməkdaşlarını "jurnalist" statusu ilə müdafiə etməyə cəhd göstərməklə, həm peşə etikasını pozur, həm də özünün uzun illər ərzində nümayiş etdirdiyi qeyri-obyektiv və siyasiyönümlü mövqeyini bir daha təsdiqləmiş olur. Beynəlxalq təşkilatlar bilməlidir ki, həmin şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq ediblər və jurnalist fəaliyyəti ilə bağlı olmayan tapşırıqları yerinə yetirmək məqsədilə Azərbaycanda olublar. "Mövcud məlumatlara görə, həmin şəxslər Azərbaycanda jurnalist fəaliyyətini həyata keçirməyib, əksinə, peşə fəaliyyətindən kənar, xüsusi xidmət orqanları tərəfindən verilən tapşırıqları yerinə yetirmək məqsədilə ölkədə olublar. Bu, onların adi jurnalist kimi deyil, siyasi və kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olmalarını ortaya qoyur. Belə hallarda həmin şəxslərin saxlanılması hüquqi baxımdan tam əsaslandırılmış və mövcud qanunvericiliyə uyğun addımdır. Beynəlxalq standartlara görə də əgər hər hansı şəxsin xarici xüsusi xidmət orqanları ilə əlaqəsi sübuta yetirilərsə, bu, onun ölkənin milli təhlükəsizliyinə təhlükə törətməsi kimi qiymətləndirilir və müvafiq tədbirlər görülür", - deyə H.Heydərli əlavə edib.

Onun sözlərinə görə, bu baxımdan Rusiya Æurnalistlər İttifaqının həmin şəxsləri sırf jurnalist kimi müdafiə etməsi yanlışdır və peşə etikasına ziddir. Hər bir jurnalist təşkilatı yalnız müstəqil, peşəkar və hüquq normalarına riayət edən jurnalistləri müdafiə etməli, siyasi məqsədli fəaliyyət göstərən şəxsləri qorumaqla yanlış siqnal verməməlidir. Beynəlxalq jurnalist təşkilatları və insan hüquqları institutları RÆİ-nin fəaliyyətinə obyektiv qiymət verməli, onu müstəqil jurnalistikanın təmsilçisi kimi deyil, rejimyönümlü informasiya vasitəsi kimi tanımalıdır. Bu cür qurumların peşəkar jurnalistləri təmsil etmək hüququ ciddi şəkildə sual altındadır və bu məsələ beynəlxalq müstəvidə açıq şəkildə müzakirə olunmalıdır. Beynəlxalq təşkilatlar bu məsələdə Azərbaycanın haqq səsinə dəstək verməli və RÆİ-yə əsl həqiqəti bir daha xatırlatmalıdırlar. Bu, jurnalistika prinsipləri baxımından ən obyektiv addım olar.


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı ilə MERCOSUR arasında azad ticarət sazişi imzalanıb  

23:41
17 Yanvar

Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub  

23:03
17 Yanvar

Ukrayna Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub  

20:16
17 Yanvar

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

Suriya ordusu Hələbin şərqindəki Deyr Hafir şəhərini nəzarətə alıb  

15:11
17 Yanvar

Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib

14:45
17 Yanvar

Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub  

14:38
17 Yanvar

WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib  

14:31
17 Yanvar

Mütəxəssis: Qarın yağması taxıl əkinləri üçün çox əhəmiyyətlidir  

13:42
17 Yanvar

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq - PROQNOZ  

13:25
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!