02 İyul 2025 17:08
559
CƏMİYYƏT
A- A+
Rusiya Federal Vəkillər Palatasına qanunsuz saxlanılan azərbaycanlılara və onların ailə üzvlərinə hüquqi yardımın göstərilməsi ilə bağlı müraciət ediləcək  

Rusiya Federal Vəkillər Palatasına qanunsuz saxlanılan azərbaycanlılara və onların ailə üzvlərinə hüquqi yardımın göstərilməsi ilə bağlı müraciət ediləcək  

İyulun 2-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Kollegiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclası açan ARVK-nın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Anar Bağırov Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş vermiş zorakılıq hallarını və qanunsuz saxlamaları qəti şəkildə pisləyib, bu cür hadisələrin yolverilməz olduğunu ifadə edib. O, diqqətə çatdırıb ki, Rusiya Federal Vəkillər Palatasına qanunsuz saxlanılan azərbaycanlılara, eləcə də onların ailə üzvlərinə peşəkar səviyyədə hüquqi yardımın göstərilməsi ilə bağlı rəsmi qaydada müraciət ediləcək. Eyni zamanda, Yekaterinburq şəhərində vəkillərə qarşı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən qeydə alınan qeyri-insani rəftar və vəzifə səlahiyyətlərinin aşılması halları ilə əlaqədar beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət ünvanlanacağı bildirilib. Sədr ARVK-nın bu məsələni nəzarətdə saxladığını və hüquqi mexanizmlər çərçivəsində bütün zəruri addımların atılacağını bəyan edib:”Bu cür hərəkətlər cəmiyyətdə vəkillik peşəsinin nüfuzunu azaldır və qorxu hissi yaradır. Çünki vəkil olaraq başqasını müdafiə etməli olan şəxslər hazırda özləri müdafiəsiz şəkildə zorakılığa məruz qalırlar”.

Sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, habelə icbari təlim proqramını uğurla başa vuran vəkilliyə namizədin andiçmə mərasimi keçirilib. Namizəd vəkil etikası və peşə borcları ilə bağlı and içərək kollegiya sıralarına qəbul edilib.

Həmçinin iclasda Vəkillər Kollegiyası Akademiyasının adının dəyişdirilməsi məsələsi müzakirə olunub. Qeyd edilib ki, beynəlxalq təcrübədə vəkillik qurumlarının nəzdində müxtəlif tədris mərkəzləri, institutlar və akademiyalar fəaliyyət göstərir. Bu strukturların adından asılı olmayaraq, əsas məqsəd vəkillərin peşə bacarıqlarının inkişaf etdirilməsi və davamlı tədrisin təmin olunmasıdır. Müzakirələrdən sonra Rəyasət Heyəti Akademiyanın adının Vəkillər Kollegiyasının Tədris Mərkəzi olaraq dəyişdirilməsinə dair qərar qəbul edilib.

Bundan başqa, ARVK sədrinin müavinləri tərəfindən regionlarda fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillərlə bağlı keçirilmiş monitorinqlərin nəticələri müzakirə olunub. Bildirilib ki, aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb. Bu nöqsanların qısa müddətdə aradan qaldırılması tapşırılıb, eyni zamanda, monitorinq mexanizmlərinin gələcəkdə daha da gücləndirilməsi qərara alınıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 3 vəkilə xəbərdarlıq edilib, 3-nə töhmət verilib, 4-nə irad tutulub, 1-nin fəaliyyəti isə müəyyən müddətə dayandırılıb.

Sonda kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi

01:07
12 İyun

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

23:19
11 İyun

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

23:01
11 İyun

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

22:37
11 İyun

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

22:18
11 İyun

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq  

21:47
11 İyun

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

20:53
11 İyun

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

20:52
11 İyun

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

20:44
11 İyun

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında 

20:34
11 İyun

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub

20:21
11 İyun

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

20:16
11 İyun

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

20:13
11 İyun

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

20:03
11 İyun

Bakıda elm və innovasiyaların iqtisadi inkişafdakı rolu müzakirə olunub

19:51
11 İyun

“Şuşa KOB evi”ndə 5 ayda sahibkarlara 560-a yaxın xidmət göstərilib  

19:42
11 İyun

Tibbdə ilk: ürək, böyrək və maddələr mübadiləsi xəstəliklərinin bir-biri ilə əlaqəsi sübut olundu  

19:30
11 İyun

Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsalı üzrə yeni zavod tikiləcək

19:21
11 İyun

Kanada 16 yaşından kiçik uşaqlara sosial media qadağası qoyan yeni qanun layihəsini təqdim edib  

19:15
11 İyun

Quş əti və yumurta istehsalında artım hədəfləri açıqlanıb

19:08
11 İyun

Şimali İrlandiyada miqrant əleyhdarlarının iğtişaşları

18:56
11 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!