11 İyun 2026 20:21
491
CƏMİYYƏT
A- A+
Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub


İyunun 11-də Milli Məclisdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə çıxış edən Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Ulu Öndər Heydər Əliyevin ölkəmizdə kənd təsərrüfatının inkişafında xüsusi rolunu vurğulayıb. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mühüm dövlət proqramları, layihələr, imzalanan fərman və sərəncamlar, xüsusilə regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən tədbirlər aqrar sektorun daha da inkişaf etdirilməsinə zəmin yaradıb. Bildirilib ki, dövlətimizin başçısı bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bu barədə ətraflı söz açaraq, əldə olunan uğurlara, həmçinin çatışmazlıqlara, qarşıda duran vəzifələrə münasibətini bildirib. Prezidentin çıxışında səsləndirilən fikirlərin və qəbul edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın aqrar sektorun inkişafı üçün aydın yol xəritəsi olduğu vurğulanıb.

Sonra kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış edib. O, kənd təsərrüfatının Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi yer tutan strateji sahələrdən biri olduğunu qeyd edib. Nazir Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatının inkişafına həsr olunmuş müşavirədə yeni proqramın hazırlanmasının zəruriliyinin vurğulandığını söyləyib. Eyni zamanda, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, idxalın azaldılması, yerli istehsalın artırılması, infrastrukturun inkişafı və investorların bu sahəyə cəlbi ilə bağlı tapşırıqların verildiyini bildirib.

Məcnun Məmmədov Dövlət Proqramının önəmindən danışaraq, sənədə əsasən, müasir çağırışlara uyğun hüquqi bazanın formalaşdırılmasının, qarşıdakı dövrdə kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində normativ-hüquqi təşəbbüslərin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib.

Aqrar sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülməli işlərdən bəhs edən nazir kənd təsərrüfatı fəaliyyəti, məhsulu və istehsalçısı kimi əsas anlayışların təsbitinin, aqrar xidmətlər və dövlət dəstəyi mexanizmlərinin hüquqi əsaslarının formalaşdırılmasının, habelə aqrar terminologiyanın unifikasiyasının, iqlim dəyişikliklərinin, kənd yerlərinin inkişafı və dayanıqlı istehsal kimi müasir yanaşmaların qanunvericilikdə əks olunmasının vacibliyini diqqətə çatdırıb. O, həmçinin balıqçılıq və akvakultura sahəsində qanunvericiliyin yenilənməsinin, bu sahədə rəqəmsallaşmanın genişləndirilməsinin, qeydiyyat və uçotun sadələşdirilməsinin, elektron xidmətlərin tətbiqinin və idarəetmənin təkmilləşdirilməsinin təmin edilməsinin nəzərdə tutulduğunu bildirib. Bununla yanaşı, bitkiçilik sektorunda toxumçuluq sahəsində islahatların aparılacağını söyləyib.

Sonra tədbirdə Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov çıxış edərək, sözügedən Dövlət Proqramını slaydlar vasitəsilə təqdim edib. O, son 10 il ərzində ölkədə kənd təsərrüfatının müxtəlif istiqamətlərində məhsulların istehsalında müşahidə edilən artım, infrastruktur və resurs bazası üzrə əldə edilən nailiyyətlər barədə məlumat verib. Bununla yanaşı, resurs və ətraf mühit təsirləri, torpaqların inkişafı, iqlim dəyişiklikləri, habelə struktur və iqtisadi təsirlər, müasir texnologiyaların tətbiqi, ixrac potensialı, urbanizasiya, kadr potensialı, xarici təsirlər ilə bağlı qarşıda duran çağırışlardan danışıb.

Sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, İntizam komissiyasının sədri Eldar İbrahimov çıxış ediblər.

Məsələ ilə bağlı müzakirələrdə çıxış edənlər aqrar sahədə qarşıya qoyulan vəzifələrin, həyata keçiriləcək tədbirlərin vacibliyindən bəhs ediblər, bəzi qeyd və təkliflərini səsləndiriblər.

Sonra kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışlarda qaldırılan məsələlərə münasibət bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qızıl və gümüş ucuzlaşıb

10:34
28 İyul

Dünya birjalarında neft ucuzlaşıb

10:34
28 İyul

Zelenski ABŞ-də səfərdədir

10:32
28 İyul

Azərbaycan nefti 95 dollara satılır

10:31
28 İyul

Pentaqon: İranla münaqişədə 624 hərbçi yaralanıb, 18 nəfər həlak olub

10:30
28 İyul

“Apple” yenidən dünyanın ən dəyərli şirkəti olub

10:29
28 İyul

CNN: ABŞ Ukrayna münaqişəsinə son qoymağın vaxtının çatdığını düşünür

10:28
28 İyul

Tramp: ABŞ olmadan İsrail mövcud ola bilməzdi

10:27
28 İyul

 Azərbaycan idmançısı Dünya Kubokunun qalibi olub

10:26
28 İyul

Yay mövsümündə gigiyena qaydalarına xüsusi diqqət yetirilməlidir

09:35
28 İyul

Sietl qida festivalında atışma: ölənlər və yaralananlar var

09:30
28 İyul

Parisdə insanlar hücuma məruz qalıblar

09:25
28 İyul

Olimp dağı, Normandiya çimərlikləri, İranın Əlamut qalası... 

09:20
28 İyul

Ürəyi ilə yaradan rəssam

09:15
28 İyul

Xəzərin qoruduğu Bayıl qalası

09:10
28 İyul

Qusar: yerli fermer və sahibkarların təklifləri nəzərə alınacaq

09:05
28 İyul

Göygöldə keçirilən V Milli Yaylaq Festivalı iştirakçılara xoş anlar yaşatdı

09:00
28 İyul

Hədəf bəlli, məqsəd aydındır

08:55
28 İyul

Azərbaycan dialoqu təşviq edən bir ölkə kimi mövqeyini möhkəmləndirib

08:50
28 İyul

Azərbaycan-Böyük Britaniya əlaqələri dinamik inkişaf edir

08:45
28 İyul

Ermənipərəst konqresmenlər sülhü hədəf alıb

08:40
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!