05 Avqust 2026 12:18
252
İDMAN
A- A+
Qusarda gənc şahmatçıların Şahmat Olimpiadası keçirilir

Qusarda gənc şahmatçıların Şahmat Olimpiadası keçirilir


Qusar Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasının açılış mərasimi keçirilib. Tədbir iştirakçıları öncə Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Sonra kompleksin həyətində sərgiyə baxış keçirilib. Sərgidə Qusarın tanınmış idmançıları və görkəmli şəxsiyyətləri haqqında məlumat lövhələri, idmançıların qazandığı diplom və mükafatlar, əl işləri, toxuculuq nümunələri sərgilənir. Ardınca  milli rəqs və musiqi nümunələri təqdim edilib, eləcə də “Kavkaz” Robototexnika Məktəbinin yetirmələrinin hazırladığı mini robotlar, eləcə də Şahdağ Turizm Mərkəzinin təqdimatında Qusarın turizm potensialı ilə bağlı tanıtım materialları nümayiş olunub.

Tədbir Qusar Olimpiya İdman Kompleksinin zalında davam edib. Çıxış edən rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov  bildirib ki, 9 gün ərzində Qusarda həqiqi idman bayramı yaşanacaq: “Son zamanlar Qusarda keçirilən genişmiqyaslı idman tədbirləri gənclərin bu sahəyə marağının artmasına və rayonun idman infrastrukturunun təbliğinə mühüm töhfə verir. Ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan idmançıları beynəlxalq arenalarda ölkəmizin bayrağını ucaldır. Belə yarışların rayonlarda keçirilməsi bölgələrdə idman ənənələrinin daha da möhkəmlənməsinə xidmət edir”.

Olimpiada A və B qrupları üzrə 11 turdan ibarətdir. A qrupunda 2010-2015-ci il təvəllüdlü, yəni 11-16 yaşlı şahmatçılar, B qrupunda 2016-cı il təvəllüdlü və daha kiçik, yəni 10 yaş və daha kiçik yaşlı şahmatçılar qüvvələrini sınayır. 


Akif ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Belçikaya səfərlə bağlı təhlükəsizlik xəbərdarlığının səviyyəsini artırıb

13:41
05 Avqust

Məhəmməd Salah “Trabzonspor”la müqavilə imzalamaq üçün Türkiyəyə gəlib

13:34
05 Avqust

Bakıda “Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçiriləcək

13:27
05 Avqust

Bu ilin birinci yarımilində Məhkəmə Eskpertizası Mərkəzi tərəfindən verilən rəylərin sayı açıqlanıb

12:59
05 Avqust

Xocavənd rayonuna növbəti köç karvanı yola salınıb

12:57
05 Avqust

QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi sahəsində vahid rəqəmsal ekosistem formalaşacaq

12:55
05 Avqust

Sabah Bakıda və Abşeron yarımadasında az yağış yağacağı gözlənilir

12:54
05 Avqust

Qusarda gənc şahmatçıların Şahmat Olimpiadası keçirilir

12:18
05 Avqust

Mamdani Nyu Yorkda biznes liderləri şurasını ləğv etdi

12:16
05 Avqust

İyirmiyə yaxın yeni hərbi infrastruktur Hava Hücumundan Müdafiə bölmələrinin istifadəsinə verilib 

12:15
05 Avqust

Azərbaycanın 2 boksçusu Qazaxıstanda beynəlxalq turnirə qatılacaq

12:10
05 Avqust

Azərbaycan və Qazaxıstan Orta Dəhlizin inkişafına dair müzakirələr aparıb

12:05
05 Avqust

“Ölümsüz qəhrəman” sənədli filmi nümayiş edilib

12:00
05 Avqust

Beynəlxalq konfransda Azərbaycanda dinlərarası dialoqun təşviqi ilə bağlı həyata keçirilən layihələrdən bəhs edilib 

11:55
05 Avqust

Xüsusi hazırlıq keçmiş sürücülər üçün test imtahanı təşkil olunacaq

11:50
05 Avqust

“SpaceX” raketinin bir parçası Ayın səthinə düşəcək

11:45
05 Avqust

Ruben Vardanyanın cinayətləri ilə əlaqədar Nyu-York Universitetinin professoruna açıq məktub

11:39
05 Avqust

Çempionlar Liqası: "Sabah" Danimarka, "Fənərbağça" Avstriya klubuna qarşı  

11:00
05 Avqust

Neft qiymətləri ucuzlaşır  

10:55
05 Avqust

Avqustun 5-i Hərbi Dəniz Qüvvələri Günüdür  

10:50
05 Avqust

İlon Mask “Starship” vasitəsilə ildə 10 milyon tona qədər yük daşınması planını açıqlayıb  

10:45
05 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!