05 Avqust 2026 12:55
645
CƏMİYYƏT
A- A+
QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi sahəsində vahid rəqəmsal ekosistem formalaşacaq

QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi sahəsində vahid rəqəmsal ekosistem formalaşacaq


Avqustun 5-də Azərbaycan Milli QHT Forumunun (AMQF) təşkilatçılığı ilə “QHT sektorunda rəqəmsallaşma və innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli çıxışında rəqəmsallaşmanın artıq QHT-lər üçün seçim deyil, institusional inkişafın əvəzolunmaz tərkib hissəsinə çevrildiyini bildirib.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Türk Dövlətlərinə üzv ölkələrin QHT-lərinin Platformasının Baş katibi Azər Allahverənov qeyd edib ki, rəqəmsal texnologiyalardan və süni intellektin imkanlarından səmərəli istifadə edən QHT-lər daha çevik idarəetmə modelinə malik olur, cəmiyyətlə daha effektiv kommunikasiya qurur və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Fatimə Bayramlı bildirib ki, hazırda "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi' informasiya sisteminin yaradılması üzrə intensiv iş aparılır. Bu informasiya sistemi QHT-lərin dövlət dəstəyi ilə bağlı bütün müraciət, qiymətləndirmə, maliyyələşdirmə, icra, monitorinq və hesabatlılıq proseslərinin tam elektron mühitdə idarə olunmasını təmin edəcək. Beləliklə, qeyri-hökumət təşkilatlarının dövlət tərəfindən maliyyələşdirilməsi sahəsində vahid rəqəmsal ekosistem formalaşacaq: “Yaxın vaxtlarda bu Sistemin əsasnaməsinin də qəbul edilməsi gözlənilir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2025-ci il tarixli 560 nömrəli Fərmanı və Nazirlər Kabinetinin 22 iyun 2026-cı il tarixli 188 nömrəli Qərarı ilə təsdiq edilmiş Qayda dövlət büdcəsindən QHT-lərin maliyyələşdirilməsi üzrə “bir pəncərə” prinsipi əsasında mexanizmi müəyyən edib. “Bir pəncərə” prinsipi əsasında bütün proses rəqəmsal formada və süni intellektin imkanlarından geniş istifadə ilə təşkil olunacaq. QHT-lərlə qrant müqavilələri imzalandıqdan sonra müqavilələrin qeydiyyata alınması və qeydiyyata alınma haqqında bildirişlərin verilməsi prosesinin də “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sisteminə inteqrasiyası nəzərdə tutulur. Bu, qeydiyyata dair bildirişlər üzrə kağız sənəd dövriyyəsinin aradan qalxması deməkdir”.

Bundan başqa, QHT Agentliyinin nümayəndəsi bildirib ki, süni intellektin məhsulları olan plagiat proqramları, üztanıma tətbiqləri layihələrin ekspertiza prosesini xeyli sürətləndirib.

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə rəqəmsal medianın və yeni texnologiyaların vətəndaş cəmiyyəti üçün yaratdığı imkanlardan danışıb.

Azərbaycan Jurnalistlər Şəbəkəsinin sədri Ayaz Mirzəyev vurğulayıb ki, QHT-lərin innovativ idarəetmə alətlərindən istifadəsinin genişləndirilməsi, rəqəmsal bacarıqların inkişaf etdirilməsi və yeni texnologiyaların tətbiqi prioritet istiqamətlərdir.

Müzakirələr zamanı QHT-lərdə süni intellekt alətlərinin tətbiqi, rəqəmsal idarəetmə sistemləri, kibertəhlükəsizlik, məlumatların qorunması, sosial media strategiyaları, elektron iştirakçılıq mexanizmləri və innovativ layihə idarəetmə həlləri ilə bağlı fikir mübadiləsi aparılıb və bu istiqamətdə dövlət-QHT-özəl əməkdaşlığının daha da gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ümumi təhsil müəssisələrinin məzunlarına elektron attestatlar təqdim olunur

15:23
11 Avqust

Osman Kepenek: TRIPP Azərbaycanın və Türkiyənin Avrasiya nəqliyyat sistemində rolunu gücləndirəcək

15:21
11 Avqust

Luis Suares 39 yaşında Uruqvay millisinə qayıda bilər

15:06
11 Avqust

İkinci Dünya müharibəsi bombası Dunayda yoxa çıxıb

15:04
11 Avqust

Süni intellekt insanların oxu vərdişlərini anlayan yeni model yaradıb

15:03
11 Avqust

Aktiv ƏDV ödəyicilərinin sayı 5,8 faiz artıb

15:02
11 Avqust

“Ritm” rəqs qrupu Azərbaycanı Fransada beynəlxalq folklor festivalında təmsil edir  

15:00
11 Avqust

Bir həftəlik meditasiyanın beyinə təsiri müəyyən olunub

14:47
11 Avqust

“Nvidia” AI infrastrukturu üçün 500 milyard dollar investisiya cəlb edir

14:45
11 Avqust

Piylənmədən qoruyan nadir gen kəşf edilib

14:43
11 Avqust

Tənhalıq insan orqanizminə necə təsir edir?

14:40
11 Avqust

Okeanlarda rekord istiləşmə qeydə alınıb

14:37
11 Avqust

Avstraliya nadir quş növünü qorumaq üçün vaksinasiyaya başlayır 

14:35
11 Avqust

Tramp uşaq peyvəndlərinin sayını azaltmaqla bağlı sərəncam imzalayıb  

14:33
11 Avqust

Bakı Qara dəniz-Xəzər regionunda nəqliyyat dəhlizlərinin gələcəyinə dair beynəlxalq foruma evsahibliyi edəcək 

14:30
11 Avqust

Azərbaycan Prezidentinin irəli sürdüyü Zəngəzur dəhlizi təşəbbüsü geosiyasi baxımdan olduqca səmərəlidir

14:28
11 Avqust

Konqoda Ebola qızdırmasından ölənlərin sayı iki min nəfəri keçib

14:25
11 Avqust

Çempionlar Liqası: “Sabah” – “Orxus” oyununa bütün biletlər satılıb

14:23
11 Avqust

Kürdəmirdə sahibkarlar ölkədə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət ediliblər

14:20
11 Avqust

Ekspert: Təhsilhaqqının azaldılması həkim çatışmazlığını aradan qaldıra bilər 

14:17
11 Avqust

Britaniya son onilliklərin ən ciddi ərzaq təhlükəsizliyi böhranı ilə qarşı-qarşıyadır  

14:15
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!