08 İyul 2026 16:20
133
DÜNYA
A- A+
RF Dövlət Duması əmək miqrantları ilə bağlı tələbləri sərtləşdirən qanun qəbul edib

RF Dövlət Duması əmək miqrantları ilə bağlı tələbləri sərtləşdirən qanun qəbul edib


Rusiya Dövlət Dumasının plenar iclasında hökumətin təqdim etdiyi əmək miqrantları və onların ailə üzvləri üçün tələbləri sərtləşdirən qanun layihəsi ikinci və üçüncü, son oxunuşlarda qəbul edilib.

AZƏRTAC xəbər verir ki, sənəddə əmək miqrantlarının müəyyən edilmiş əmsal nəzərə alınmaqla özlərini və himayələrində olan ailə üzvlərini regional yaşayış minimumundan aşağı olmayan səviyyədə təmin etmələri nəzərdə tutulur. Əks halda, onların patentləri və ya iş icazələri yenilənməyəcək, habelə bundan sonra bu şəxslər yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə 15 gün ərzində Rusiyanı tərk etməlidirlər.

Qanun, həmçinin xarici vətəndaşların yetkinlik yaşına çatmayan uşaqlarının müvəqqəti qalma müddətinin yalnız valideynlərinin patentinin müddəti ərzində uzadıldığını müəyyən edir. Belə ki, əmək miqrantlarının 18 yaşına çatan uşaqları ya 30 gün ərzində Rusiyanı tərk etməli, ya da öz patentlərini almalıdırlar.

Qanun müvəqqəti yaşayış icazəsinin və daimi yaşayış hüququnun ləğvi üçün əsasları genişləndirir. Xüsusən, miqrant bir il ərzində müəyyən edilmiş standartdan az işləyibsə və ya ailə üzvünə düşən gəliri regional yaşayış minimumundan aşağıdırsa, ona qarşı bu cür tədbirlər tətbiq oluna bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nevropsixiatr internet istifadəsi normalarını müəyyənləşdirməyin ən yaxşı metodunu açıqlayıb

17:10
08 İyul

“Sosial media” dərs vəsaiti çapdan çıxıb

17:05
08 İyul

Siyasi şərhçi: Prezident İlham Əliyevə yüksək ictimai etimad Azərbaycanın əldə etdiyi tarixi uğurların məntiqi nəticəsidir

17:00
08 İyul

Urbanizasiya probleminin kökündə hansı səbəblər dayanır və həlli yolları nələrdir? 

16:45
08 İyul

SOCAR Zimbabve ilə enerji sektorunun müxtəlif istiqamətlərinə dair əməkdaşlıq imkanlarını dəyərləndirib

16:40
08 İyul

bp indiyədək Azərbaycandakı layihələrə 89 milyard dollardan çox sərmayə yatırıb

16:25
08 İyul

RF Dövlət Duması əmək miqrantları ilə bağlı tələbləri sərtləşdirən qanun qəbul edib

16:20
08 İyul

Peşə təhsili üzrə ixtisasların təsnifatı əmək bazarının dəyişən tələblərinə uyğun yenilənir

16:15
08 İyul

Böyük Qayıdış: Şuşanın Kiçik Qaladərəsi kəndinə ilk köç olub

16:05
08 İyul

Bakı Metropoliteni “Qarabağ”ın matçına görə gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

16:00
08 İyul

Rəqəmsal təhlükəsizlik dövlətin informasiya və milli təhlükəsizlik strategiyasının əsas elementinə çevrilir

15:45
08 İyul

Orta Dəhliz təkcə iki qitənin ticarət yolu funksiyasını yerinə yetirmir, onun qlobal xarakter daşıyan mühüm siyasi mahiyyəti var

15:40
08 İyul

Leysan yağışları Zaqatala və Balakəndə fəsadlar törədib: Aidiyyəti qurumlar hadisə yerinə cəlb olunub  

15:35
08 İyul

“Araz-Naxçıvan” futzal klubunun Çempionlar Liqasında rəqibləri müəyyənləşib

15:30
08 İyul

Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsasında Azərbaycanın milli maraqları dayanır

15:25
08 İyul

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsində növbəti inkişaf mərhələsi başlayıb

15:20
08 İyul

FHN və DSX birgə təlim keçirib 

15:15
08 İyul

Otuz altı mindən çox abituriyent I və IV ixtisas qrupları üzrə imtahan verəcək

15:10
08 İyul

HHQ və XTQ komandanları təltif olunublar

15:05
08 İyul

Qəbələdə “Açıq qapı” günündə istehlakçıların əsas hüquqları izah edilib

15:00
08 İyul

Britaniyada şirkət müştərilərin müqavilələri ləğv etməsinə mane olduğuna görə 28 milyon funt cərimələnib

14:55
08 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!