08 İyul 2026 16:00
143
İDMAN
A- A+
Bakı Metropoliteni “Qarabağ”ın matçına görə gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Bakı Metropoliteni “Qarabağ”ın matçına görə gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək


UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ” Futbol Klubunun iyulun 9-da T.Bəhramov adına Respublika stadionunda “Vestri” (İslandiya) ilə keçirəcəyi ev oyununa görə “AZCON Holding” şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin iş rejimi dəyişdiriləcək.

QSC-dən AZƏRTAC-a bildirilib ki, oyun ərəfəsində yaxınlıqda yerləşən “Gənclik” stansiyası Bakı metrosunun kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Qarşılaşmaya maraq, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, stansiya əlavə nəzarət mexanizmləri ilə təmin olunacaq. Bu məqsədlə növbətçilik cədvəli tərtib edilməklə köməkçi işçi qüvvəsi cəlb olunacaq. Əsas diqqət sərnişinlərin, xüsusilə matçdan sonra, stansiyada hərəkət istiqamətini rahat müəyyən etməsinə yönəldiləcək, həmçinin, “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək.

Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəli əsasında hərəkət edəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Qarşılaşma başa çatandan sonra qatarların hərəkəti “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Urbanizasiya probleminin kökündə hansı səbəblər dayanır və həlli yolları nələrdir? 

16:45
08 İyul

SOCAR Zimbabve ilə enerji sektorunun müxtəlif istiqamətlərinə dair əməkdaşlıq imkanlarını dəyərləndirib

16:40
08 İyul

bp indiyədək Azərbaycandakı layihələrə 89 milyard dollardan çox sərmayə yatırıb

16:25
08 İyul

RF Dövlət Duması əmək miqrantları ilə bağlı tələbləri sərtləşdirən qanun qəbul edib

16:20
08 İyul

Peşə təhsili üzrə ixtisasların təsnifatı əmək bazarının dəyişən tələblərinə uyğun yenilənir

16:15
08 İyul

Böyük Qayıdış: Şuşanın Kiçik Qaladərəsi kəndinə ilk köç olub

16:05
08 İyul

Bakı Metropoliteni “Qarabağ”ın matçına görə gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

16:00
08 İyul

Rəqəmsal təhlükəsizlik dövlətin informasiya və milli təhlükəsizlik strategiyasının əsas elementinə çevrilir

15:45
08 İyul

Orta Dəhliz təkcə iki qitənin ticarət yolu funksiyasını yerinə yetirmir, onun qlobal xarakter daşıyan mühüm siyasi mahiyyəti var

15:40
08 İyul

Leysan yağışları Zaqatala və Balakəndə fəsadlar törədib: Aidiyyəti qurumlar hadisə yerinə cəlb olunub  

15:35
08 İyul

“Araz-Naxçıvan” futzal klubunun Çempionlar Liqasında rəqibləri müəyyənləşib

15:30
08 İyul

Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsasında Azərbaycanın milli maraqları dayanır

15:25
08 İyul

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsində növbəti inkişaf mərhələsi başlayıb

15:20
08 İyul

FHN və DSX birgə təlim keçirib 

15:15
08 İyul

Otuz altı mindən çox abituriyent I və IV ixtisas qrupları üzrə imtahan verəcək

15:10
08 İyul

HHQ və XTQ komandanları təltif olunublar

15:05
08 İyul

Qəbələdə “Açıq qapı” günündə istehlakçıların əsas hüquqları izah edilib

15:00
08 İyul

Britaniyada şirkət müştərilərin müqavilələri ləğv etməsinə mane olduğuna görə 28 milyon funt cərimələnib

14:55
08 İyul

Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın illik sessiyasında iştirak edib

14:50
08 İyul

Azərbaycanın MDB ölkələrindən məhsul idxalının dəyəri 48 faizdən çox azalıb

14:45
08 İyul

Ukrayna ordusu Rusiyanın neftayırma zavodlarını vurub

14:40
08 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!