08 İyul 2026 15:45
425
CƏMİYYƏT
A- A+
Rəqəmsal təhlükəsizlik dövlətin informasiya və milli təhlükəsizlik strategiyasının əsas elementinə çevrilir

Rəqəmsal təhlükəsizlik dövlətin informasiya və milli təhlükəsizlik strategiyasının əsas elementinə çevrilir


İnformasiya texnologiyalarının və sosial şəbəkələrin sürətli inkişafı XXI əsrin ən mühüm sosial transformasiyalarından birini formalaşdırıb. Sosial media artıq təkcə ünsiyyət vasitəsi deyil. Bu platformalar informasiya dövriyyəsinin, ictimai rəyin, təhsil prosesinin, iqtisadi münasibətlərin, mədəniyyətin və hətta siyasi proseslərin ayrılmaz hissəsinə çevrilib. Bununla yanaşı, rəqəmsal platformaların geniş yayılması xüsusilə uşaqlar üçün psixoloji, mənəvi və sosial inkişafı baxımından yeni risklər yaradıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, son on ildə aparılan beynəlxalq tədqiqatlar göstərir ki, nəzarətsiz sosial media istifadəsi uşaqlarda depressiya, təşviş pozuntuları, aqressiv davranış, kibertəqib, internet asılılığı, özünəinamın zəifləməsi, yuxu pozuntuları, təhlükəli çağırışlara qoşulma və müxtəlif manipulyativ informasiya təsirlərinə məruz qalma hallarını əhəmiyyətli dərəcədə artırır. Məhz buna görə dünyanın əksər inkişaf etmiş dövlətlərində əsas müzakirə artıq sosial şəbəkələrin qadağan edilməsi deyil, uşaqların həmin platformalarda təhlükəsizliyinin təmin olunması üzərində qurulur. Azərbaycan Milli Məclisinin üçüncü oxunuşda qəbul etdiyi qanunvericilik dəyişiklikləri də məhz bu beynəlxalq tendensiyanın davamıdır. Yeni hüquqi mexanizmə əsasən, 16 yaşına qədər uşaqların müəyyən ediləcək sosial şəbəkə platformalarında fərdi hesab yaratmasına yol verilməyəcək, 16-18 yaş arasında olan yeniyetmələr isə yalnız valideyn və ya qanuni nümayəndənin razılığı əsasında qeydiyyatdan keçə biləcəklər.

Deputat qeyd edib ki, yeni hüquqi tənzimləmənin mahiyyətini düzgün təqdim etmək mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, söhbət uşaqların sosial həyata çıxışının məhdudlaşdırılmasından getmir: “Əsas məqsəd sosial şəbəkələrdə qeydiyyat zamanı yaşın təsdiqlənməsi mexanizminin yaradılmasıdır. Bu yanaşma hüquqi baxımdan tamamilə fərqli anlayışdır. Necə ki, uşaqlara alkoqollu içkilərin, tütün məmulatlarının satışı, avtomobil idarə etmək, müəyyən yaşa qədər əmək fəaliyyətinin bəzi növləri qanunvericiliklə məhdudlaşdırılırsa, sosial media platformalarında yaş yoxlanılması da eyni hüquqi məntiqə əsaslanır. Məqsəd hüququ məhdudlaşdırmaq deyil, hüququn təhlükəsiz həyata keçirilməsini təmin etməkdir”.

E. Mirzəbəyli bildirib ki, son illərdə süni intellektin, deepfake texnologiyaların, kibercinayətkarlığın, radikal çağırışların, onlayn manipulyasiya və dezinformasiya kampaniyalarının artması göstərir ki, uşaqlar rəqəmsal mühitdə əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb risklərlə üzləşirlər: “Bu səbəbdən uşaqların rəqəmsal təhlükəsizliyi artıq yalnız ailə və məktəb məsələsi deyil. Bu, dövlətin sosial siyasətinin, informasiya təhlükəsizliyinin və milli təhlükəsizlik strategiyasının ayrılmaz elementinə çevrilir. Azərbaycanın qəbul etdiyi hüquqi model dünyada formalaşan ümumi tendensiya ilə tam uzlaşır. Hazırda müxtəlif ölkələr yaş yoxlanılması və valideyn razılığı mexanizmlərini tətbiq edir və ya bunun üzərində işləyirlər. Bununla yanaşı, beynəlxalq praktikada əlavə mühüm nümunələr də mövcuddur.

Avstraliyada fəaliyyət göstərən “eSafety Commissioner” modeli uşaqların onlayn zorakılıq, kibertəqib və zərərli məzmunlardan qorunması üçün dünyanın ən uğurlu institusional mexanizmlərindən biri hesab olunur.

Böyük Britaniyada “Ofcom” yaşın təsdiqlənməsi ("age assurance") standartlarını tətbiq edir və platformaların uşaqlar üçün risk qiymətləndirməsini məcburi edir. Avropa İttifaqı çərçivəsində “Better Internet for Kids” proqramı, həmçinin “Digital Services Act” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin formalaşdırılmasını prioritet istiqamətlərdən biri kimi müəyyən edir. UNICEF dəfələrlə bəyan edib ki, uşaqların rəqəmsal hüquqlarının təmin olunması onların rəqəmsal risklərdən qorunması ilə birlikdə həyata keçirilməlidir. OECD isə rəqəmsal rifah konsepsiyasında yaşa uyğun müdafiə mexanizmlərini dövlət siyasətinin vacib elementi kimi qiymətləndirir. Beləliklə, Azərbaycanın qəbul etdiyi model beynəlxalq hüquqi tendensiyalardan kənarda deyil, əksinə, həmin proseslərin məntiqi davamı kimi çıxış edir.

Beləliklə, hüquqi norma yalnız inzibati tələb kimi deyil, tam fəaliyyət göstərən rəqəmsal təhlükəsizlik sistemi kimi formalaşdırılacaq. Müasir dövrdə uşaqların müdafiəsi artıq yalnız fiziki təhlükələrdən qorunmaq anlamına gəlmir. Rəqəmsal mühitdə yaranan risklər ənənəvi təhlükələr qədər ciddi xarakter daşıyır və dövlətlərin hüquqi siyasəti də bu reallığa uyğun yenilənir. Bu baxımdan, qəbul edilmiş dəyişikliklər Azərbaycan qanunvericiliyinin beynəlxalq rəqəmsal təhlükəsizlik standartlarına inteqrasiyasının, uşaq hüquqlarının müasir dövrün çağırışlarına uyğun müdafiəsinin və gələcək nəslin sağlam inkişafına yönəlmiş uzunmüddətli dövlət strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilə bilər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşa şəhəri növbəti Vaqif Poeziya Günlərinə ev sahibliyi edir YENİLƏNİB

19:47
17 İyul

Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir

19:15
17 İyul

Ceyhun Bayramov: Azərbaycanla Ermənistan arasında sülh de-fakto mövcuddur

17:52
17 İyul

ƏƏSMN-in təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub

17:46
17 İyul

Dağ-mədən sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığı genişlənir

17:37
17 İyul

Fərəh Əliyeva: Güclü lider ictimai məsuliyyət hissi daşımalıdır

17:18
17 İyul

Sergey Lavrov: Rəşt-Astara dəmir yolu hissəsində praktik işlərin başlamasına şərait yaradılıb

17:00
17 İyul

Azərbaycanın və Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər YENİLƏNİB

15:37
17 İyul

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılıb

15:18
17 İyul

İstanbulda COP31 çərçivəsində D-8 ölkələri nazirlərinin görüşü keçirilir

14:31
17 İyul

ADSEA sədri Füzuli şəhərində vətəndaşlarla görüşüb

13:58
17 İyul

Nazirlər Kabinetində əhalinin siyahıyaalınması ilə bağlı məsələlər müzakirə olunub YENİLƏNİB

13:19
17 İyul

Mədəniyyət naziri Şuşa şəhərində vətəndaşların müraciətlərini dinləyib

12:55
17 İyul

Rəşad Nəbiyev: "Mygov" platforması üzərindən onlayn özünü siyahıyaalınma təklif olunur

12:53
17 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

12:33
17 İyul

Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  

12:25
17 İyul

Prezident İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  

12:24
17 İyul

Altı ayda ölkədə 13,3 milyon ton neft, 25,4 milyard kubmetr təbii qaz hasil edilib

12:23
17 İyul

Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  

12:22
17 İyul

Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 

12:21
17 İyul

Masallıda Tovuz döyüşləri şəhidi mayor Anar Novruzovun anım günü qeyd olunub  

12:18
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!