26 Sentyabr 2026 09:25
155
SİYASƏT
A- A+
Qlobal investisiya məkanında etibarlı tərəfdaş 

Qlobal investisiya məkanında etibarlı tərəfdaş 


2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizə beynəlxalq etimadın göstəricisi olmaqla yanaşı, yeni iqtisadi imkanlar deməkdir 


Azərbaycan növbəti dəfə beynəlxalq səviyyəli dialoq və iqtisadi müzakirələrin mərkəzi rolunda çıxış edir. 

Prezident İlham Əliyevin himayəsi altında sentyabrın 25-də Bakıda öz işinə başlayan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin beynəlxalq nüfuzunun artmasının, etibarlı tərəfdaş imicinin və qlobal investisiya xəritəsində tutduğu mövqeyin daha da möhkəmlənməsinin bariz göstəricisidir. 

Bu mühüm forum ölkəmizin investisiya cəlbediciliyini artırmaqla yanaşı, Cənubi Qafqazda sabitlik, bağlantı və etimadın bərpası istiqamətində vacib töhfələr verir. Tədbirin yeni investisiya istiqamətlərinin təşviqinə, regional iqtisadi əlaqələrin möhkəmlənməsinə və perspektivli layihələrin reallaşdırılmasına əhəmiyyətli təsir göstərəcəyi gözlənilir. Ümumiyyətlə, 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya potensialını beynəlxalq auditoriyaya tanıdan, qlobal marağı konkret layihələrə çevirən mühüm platforma missiyasını yerinə yetirir.

Dünyada mürəkkəb iqtisadi proseslərin cərəyan etdiyi indiki dövrdə investorlar ilk növbədə sabitlik, proqnozlaşdırıla bilən siyasət və etibarlı tərəfdaşlar axtarırlar. Qlobal iqtisadiyyatın gərginliklər, təchizat zəncirlərinin yenidən qurulması və geosiyasi qeyri-müəyyənliklərlə qarşılaşdığı bir şəraitdə Azərbaycana olan yüksək maraq ölkəmizin etibarlı və sabit tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir. Ölkəmiz ardıcıl iqtisadi siyasəti, əlverişli biznes mühiti və beynəlxalq əməkdaşlığa açıq mövqeyi ilə bu etimadı möhkəmləndirir. 

Forumun miqyası və coğrafiyası da tədbirin qlobal əhəmiyyətini nümayiş etdirir. Tədbirdə 3000-dən çox iştirakçı qeydiyyatdan keçib, 70 ölkədən xarici nümayəndələr iştirak edirlər. Forum hökumət rəsmilərini, qlobal investorları, biznes liderlərini, maliyyə institutlarını və aparıcı beyin mərkəzlərinin nümayəndələrini bir araya gətirərək çoxşaxəli dialoq mühiti formalaşdırıb. Əsas məqsəd qazanılmış beynəlxalq etimadı uzunmüddətli iqtisadi tərəfdaşlıqlara və konkret investisiya qərarlarına çevirməkdir. 

Forum real iqtisadi nəticələr verən əməli platformadır. Təcrübə göstərir ki, ötən il keçirilən birinci forumda ümumi dəyəri 10 milyard ABŞ dollarından çox investisiya sazişləri imzalanmışdır ki, onların 7 milyard dollarından çoxu qeyri-neft-qaz sektoruna aid idi. Bu da forumun iqtisadiyyatın şaxələndirilməsi siyasətinə real töhfə verdiyini tam təsdiqləyir. 

Bu il isə forumun əməkdaşlıq gündəliyi daha da genişlənir. İmzalanması nəzərdə tutulan sənədlər sənaye, maliyyə, tikinti, süni intellekt, bərpaolunan enerji, kənd təsərrüfatı, su resursları və idman kimi strateji sahələri əhatə edir. Burada əsas məqam yalnız sazişlərin həcmi deyil, investisiya mənbələrinin və istiqamətlərinin şaxələnməsidir. Azərbaycan ənənəvi enerji üstünlükləri ilə yanaşı, qeyri-neft-qaz sahələrində də xarici investorlar üçün cəlbedici məkana çevrilir. 

Prezident İlham Əliyev forum iştirakçılarına ünvanladığı müraciətdə Azərbaycanda yaradılmış əlverişli investisiya mühitini xüsusi vurğulayaraq bildirib: "Ölkəmizdə təmin edilmiş makroiqtisadi sabitlik, investisiyaların qorunması və əlverişli sahibkarlıq mühiti investorların uzunmüddətli etimadı üçün möhkəm zəmin yaradır. Azərbaycanın strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, iqtisadi zonalarda yaradılmış müasir infrastruktur, vergi və gömrük güzəştləri, habelə dövlət-özəl tərəfdaşlığı mexanizmləri və tərəfdaş ölkələrlə təsis edilmiş birgə investisiya fondları investorlara dayanıqlı layihələrdə iştirak etmək və bütün regiona texnologiya, kapital və təcrübə gətirən tərəfdaşlıqlar qurmaq üçün geniş imkanlar açır". 

Dövlətimizin başçısının da qeyd etdiyi kimi, regionda sülh gündəliyi, Orta dəhliz və yeni nəqliyyat-energetika marşrutları Azərbaycanın beynəlxalq rolunu əhəmiyyətli dərəcədə genişləndirir. Ölkəmiz sadəcə tranzit məntəqəsi olmaqdan çıxaraq istehsal, logistika və regional dəyər zəncirləri üçün baza funksiyasını yerinə yetirir. Azərbaycana gələn investor yalnız daxili bazara deyil, eyni zamanda Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa istiqamətində geniş coğrafiyaya çıxış əldə edir.

Forum çərçivəsində keçirilən sessiyalarda qlobal iqtisadi proseslərin investisiyalara təsiri, Azərbaycanın strateji mövqeyi və regional əməkdaşlıq perspektivləri hərtərəfli müzakirə olunur, ölkənin iqtisadi potensialı vahid platformada təqdim edilir. Tədbirin əhəmiyyəti yalnız investisiya sazişləri ilə məhdudlaşmır. Burada iqtisadiyyat və maliyyə ilə yanaşı, kənd təsərrüfatı, enerji, ekologiya və "yaşıl inkişaf", sosial siyasət, əmək bazarı, şəhərsalma və beynəlxalq əməkdaşlıq kimi istiqamətlər üzrə də geniş fikir mübadiləsi aparılır. Bu kompleks yanaşma Azərbaycanın şaxələndirilmiş potensialını beynəlxalq auditoriyaya təqdim etməyə imkan yaradır və ölkəmizi dayanıqlı inkişaf perspektivləri olan dövlət kimi tanıdır. 

Tədbirin mühüm xüsusiyyətlərindən biri də aparıcı beynəlxalq beyin mərkəzlərinin, xüsusən "The European House - Ambrosetti"nin strateji tərəfdaş qismində iştirakıdır. Bu amil tədbiri yalnız biznes və investisiya dialoqu platformasından çıxararaq, qlobal iqtisadi və geosiyasi proseslərin müzakirə olunduğu analitik məkana çevirir. Ekspert baxışlarının səslənməsi yeni investisiya trendlərinin, regional bağlantıların və gələcək inkişaf istiqamətlərinin daha dərin təhlilinə şərait yaradır. Eyni zamanda Azərbaycanın mövqeyini və iqtisadi potensialını beynəlxalq dairələrin diqqətinə çatdırır. Yekun olaraq vurğulamaq olar ki, Bakıda təşkil olunan bu mötəbər forum Azərbaycanın qlobal iqtisadi inteqrasiyadakı liderlik rolunu bir daha təsdiq edir və ölkəmizə yeni investisiya axınını genişləndirir.


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəhərlərin abadlığı həyətlərin səliqəsindən və yaşıllığından başlayır

10:40
26 Sentyabr

Xahiş etdim, əməl olundu

10:35
26 Sentyabr

Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib

10:30
26 Sentyabr

"Abidələrimizdə yaşayan tariximiz"

10:25
26 Sentyabr

Şəhərin tıxacını yalnız dövlət qurumları yox, hamılıqla həll etməliyik

10:20
26 Sentyabr

Ailəmiz dövlət qayğısı ilə əhatə olunub

10:15
26 Sentyabr

Şəhidlər heç vaxt unudulmur

10:10
26 Sentyabr

Masallı rayon rəhbərliyi Bakıda şəhid məzarlarını ziyarət edib

10:05
26 Sentyabr

Milli Qəhrəman Fazil Mehdiyevin xatirəsi ehtiramla yad edildi

10:00
26 Sentyabr

Vətən müharibəsini simvolizə edən 44 rəsm əsəri nümayiş etdirilmişdir

09:55
26 Sentyabr

"Sən mənimlə həmişə fəxr edəcəksən"

09:50
26 Sentyabr

Azərbaycanın turizm coğrafiyası genişlənir

09:45
26 Sentyabr

Neftçalada "yaşıl enerji" mövzusunda tədbir keçirilib

09:40
26 Sentyabr

Cəlilabadda şəhid ailələri ziyarət edilib 

09:35
26 Sentyabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Anım Günü ilə əlaqədar tədbir keçirilib

09:30
26 Sentyabr

Qlobal investisiya məkanında etibarlı tərəfdaş 

09:25
26 Sentyabr

Ön cəbhədə savaş, arxa cəbhədə həyat: 44 günlük kənd hekayəsi

09:20
26 Sentyabr

Böyük Zəfərimizin əbədi qəhrəmanları

09:15
26 Sentyabr

Zəfərə gedən yolun siyasi təməli

09:10
26 Sentyabr

Tarix yaradan xalq

09:00
26 Sentyabr

Vətən tariximizin 27 sentyabr səhifəsi

08:50
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!