26 Sentyabr 2026 09:15
155
CƏMİYYƏT
A- A+
Böyük Zəfərimizin əbədi qəhrəmanları

Böyük Zəfərimizin əbədi qəhrəmanları


"Oğul düşmən çəpəridir" deyib ulularımız. Odur ki, yalnız bir evə deyil, bir elə dayaq oğullar böyüdüblər. Onları ən ağır işlərə, zəhmətə alışdırıblar. Oğullar dinc vaxtlarda yurdu abad etdilər, bolluq, firavanlıq üçün əllərindən gələni əsirgəmədilər. Vətənin dar günündə isə silaha sarıldılar, yağılara gözdağı oldular.

2020-ci ilin payızında da mərd Azərbaycan oğulları üçün Vətən bütün doğmalardan daha doğma, candan şirin oldu...

 

Qələbələrə doğru...

 

Ermənistan otuz ilə yaxın idi ki, Qarabağ və Şərqi Zəngəzurda işğalı davam etdirirdi. Həmin yerlərin əzəli sakinləri yurdlarından qovulmuş, məcburi köçkün kimi Azərbaycanın ayrı-ayrı bölgələrində yaşamaq məcburiyyətində qalmışdılar. Qarabağı və Şərqi Zəngəzuru işğalçılar xarabalığa çevirmişdilər. Ermənistan 1994-cü il mayın 12-də atəşkəs sazişi imzalasa da, Azərbaycana qarşı təxribatlarına son qoymurdular. İşğal altında saxladığı bölgələrimizdə Ermənistan silahlı qüvvələri səngərlər qazır, istehkamlar qurur, Azərbaycan Ordusunun mövqelərini və sakinlərimizin yaşayış yerlərini intensiv olaraq iriçaplı silahlardan atəşə tuturdular. Hərbçilərimiz və mülki vətəndaşlarımız şəhid olurdular.

2020-ci il sentyabrın 27-də müharibənin başlamasına təcavüzkar Ermənistanın silahlı qüvvələrinin növbəti təxribatı səbəb oldu. Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev həmin gün xalqa müraciətində bildirdi: "Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur".

Prezident, Ali Baş Komandan düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilərin, yaralananların olduğunu dedi, xalqı əmin etdi ki, onların qanı yerdə qalmayacaq.

Həmin gün Ali Baş Komandan qismən səfərbərlik elan etdi. Ölkəmizin bütün ərazilərindən gənclər işğal altında qalmış torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmək üçün hərbi komissarlıqlara müraciət etdilər.

 

Xalqımızın qürur günü

 

Vətən müharibəsinin ilk günündən Azərbaycan Ordusunun hər bir əsgər və zabiti böyük Zəfəri qazanmaq üçün əzmlə döyüşdü. 44 gün davam edən müharibənin hər günü onların şücaəti, igidliyi sayəsində tariximizə qələbələrlə yazıldı. Azərbaycan Ordusu düşmənin keçilməz saydığı istehkamları, səngərləri keçərək kəndlərimizi, qəsəbələrimizi, şəhərlərimizi azad etdi. Şiddətli döyüşlərin gedişində Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusu qarşısında zəifliyi, acizliyi göründü. İşğalçı ölkənin əsgər və zabitləri arasında qaçmağı döyüşməkdən üstün tutanlar az olmadı.

Azərbaycan Ordusunun igid əsgər və zabitləri isə ağır döyüşlərdə Vətənin hər qarış torpağı uğrunda qəhrəmancasına vuruşurdular. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər ərazilərimizi düşmənin işğalından azad edirdilər.

44 gün davam edən Vətən müharibəsində sərt iqlim şəraitində, dağlıq ərazilərdə aparılan əməliyyatlar dünya hərb tarixində yeni səhifə açdı. Şuşa uğrunda gedən döyüşlər müzəffər Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinin zirvəsi kimi tarixə yazıldı. Sıldırım qayaları aşan igidlərimiz  əlbəyaxa döyüşlərlə Şuşanı azad etdilər. Onların qəhrəmanlığı sayəsində 8 Noyabr - Zəfər Günü xalqımızın qürur gününə çevrildi.

 

Xalqın gələcəyinə, Vətənin sabahına işıq olan igidlər

 

Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzurun böyük hissəsi işğaldan azad edildi. Ermənistan kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. 2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük antiterror əməliyyatı nəticəsində isə Azərbaycanın ərazi bütövlüyünün tam bərpasına nail olundu.

Qarabağ və Şərqi Zəngəzur düşmən əsarətindən qurtuldu. Bu tarixi qələbələr Azərbaycanın Vətəni öz canlarından üstün tutan minlərlə igid oğlunun canı, qanı bahasına qazanıldı. Onlar bir ailənin oğlu, valideynlərinin ümidi idilər. Ata ocağının çırağını yandıracaqdılar. Amma Vətənin dar günündə düşmən güllələrinə sinələrini sipər etdilər. Xalqın gələcəyinə, Vətənin sabahına işıq saçdılar.

Şəhidlərimizin hər birinin öz həyat hekayəsi olduğu kimi, öz qəhrəmanlıq  dastanı var. O səhifələri vərəqlədikcə mərd, igid oğulların şücaətinə, cəsarətinə və Vətən sevgisinə heyran qalırsan. Kimisi son gülləsinədək vuruşdu, kimisi silahdaşlarını xilas edərkən canından keçdi, kimisi yaralı olsa da, döyüş meydanından çəkilmədi... Gənc idilər. Yollarına göz dikənləri vardı. Arzuları çox idi. Ancaq onlar ömürlərini Vətənin varlığına, azadlığına, suverenliyinə qurban verdilər. Şəhidlik zirvəsinə ucaldılar. Qəhrəmanlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayır. Adları küçələrə, məktəblərə verilir, xatirə lövhələri vurulur, abidələri ucaldılır.

Onların arzuları çiçək açır. Müstəqil, suveren Azərbaycanın hər bir guşəsində üçrəngli müqəddəs bayrağımız dalğalanır.

 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Masallı rayon rəhbərliyi Bakıda şəhid məzarlarını ziyarət edib

10:05
26 Sentyabr

Milli Qəhrəman Fazil Mehdiyevin xatirəsi ehtiramla yad edildi

10:00
26 Sentyabr

Vətən müharibəsini simvolizə edən 44 rəsm əsəri nümayiş etdirilmişdir

09:55
26 Sentyabr

"Sən mənimlə həmişə fəxr edəcəksən"

09:50
26 Sentyabr

Azərbaycanın turizm coğrafiyası genişlənir

09:45
26 Sentyabr

Neftçalada "yaşıl enerji" mövzusunda tədbir keçirilib

09:40
26 Sentyabr

Cəlilabadda şəhid ailələri ziyarət edilib 

09:35
26 Sentyabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Anım Günü ilə əlaqədar tədbir keçirilib

09:30
26 Sentyabr

Qlobal investisiya məkanında etibarlı tərəfdaş 

09:25
26 Sentyabr

Ön cəbhədə savaş, arxa cəbhədə həyat: 44 günlük kənd hekayəsi

09:20
26 Sentyabr

Böyük Zəfərimizin əbədi qəhrəmanları

09:15
26 Sentyabr

Zəfərə gedən yolun siyasi təməli

09:10
26 Sentyabr

Tarix yaradan xalq

09:00
26 Sentyabr

Vətən tariximizin 27 sentyabr səhifəsi

08:50
26 Sentyabr

Vətən müharibəsinin qalibiyyət formulu: siyasi qətiyyət, güclü ordu və milli həmrəylik

08:40
26 Sentyabr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən “dəyirmi masa”

08:30
26 Sentyabr

Daxili işlər naziri Vilayət Eyvazov Türkiyənin Emniyet Genel Müdiri ilə görüşüb

08:20
26 Sentyabr

Anım Günü - Zəfər tariximizin yaddaşı

08:10
26 Sentyabr

MÖCÜZƏNİN BAŞLANĞICI 

08:00
26 Sentyabr

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında

03:03
26 Sentyabr

A.İ.İsmayılova "general-leytenant" ali hərbi rütbəsinin verilməsi haqqında

03:01
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!