26 Sentyabr 2026 10:00
100
CƏMİYYƏT
A- A+
Milli Qəhrəman Fazil Mehdiyevin xatirəsi ehtiramla yad edildi

Milli Qəhrəman Fazil Mehdiyevin xatirəsi ehtiramla yad edildi


Ağdam Muğam Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Fazil Mehdiyevin anım günü qeyd edilib. Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Milli Qəhrəmanın ailə üzvləri, şəhid ailələri, qazilər hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. 

Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Abidə Kompleksində şəhidlərin xatirəsinə ucaldılmış lövhənin önünə gül dəstələri düzərək onları yad etmiş, ruhlarına dualar oxunmuşdur. Ağdam Muğam Mərkəzində  davam edən mərasim Dövlət himninin səsləndirilməsi ilə başlamış, Ümummilli Lider Heydər Əliyevin, Milli Qəhrəman Fazil Mehdiyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Milli Qəhrəmana həsr olunmuş sənədli film tədbir iştirakçılarına nümayiş etdirilmişdir. 

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov I Qarabağ müharibəsində  şücaət göstərmiş Milli Qəhrəman Fazil Mehdiyevin keçdiyi şərəfli döyüş yolundan, Vətən qarşısında göstərdiyi misilsiz xidmətlərdən bəhs etmiş, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə, qazilərə və Milli Qəhrəmanların ailə üzvlərinə göstərilən dövlət qayğısından söz açmış, Milli Qəhrəman Fazil Mehdiyevin xatirəsinin Ağdam ictimaiyyəti tərəfindən daim ehtiramla yad ediləcəyini qeyd etmişdir. 

Digər çıxış edən natiqlər Milli Qəhrəman Fazil Mehdiyevin Vətən qarşısındakı xidmətlərindən bəhs edərək onun qəhrəmanlığının Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirmişlər. Qeyd edilmişdir ki, şəhidlərin və Milli Qəhrəmanların həyat və döyüş yolunun təbliği gənc nəslin milli-mənəvi dəyərlərə və Vətənə bağlı ruhda formalaşmasında mühüm əhəmiyyət kəsb edir. 

Sonda Milli Qəhrəmanın qardaşı Azər Mehdiyev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəhərlərin abadlığı həyətlərin səliqəsindən və yaşıllığından başlayır

10:40
26 Sentyabr

Xahiş etdim, əməl olundu

10:35
26 Sentyabr

Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib

10:30
26 Sentyabr

"Abidələrimizdə yaşayan tariximiz"

10:25
26 Sentyabr

Şəhərin tıxacını yalnız dövlət qurumları yox, hamılıqla həll etməliyik

10:20
26 Sentyabr

Ailəmiz dövlət qayğısı ilə əhatə olunub

10:15
26 Sentyabr

Şəhidlər heç vaxt unudulmur

10:10
26 Sentyabr

Masallı rayon rəhbərliyi Bakıda şəhid məzarlarını ziyarət edib

10:05
26 Sentyabr

Milli Qəhrəman Fazil Mehdiyevin xatirəsi ehtiramla yad edildi

10:00
26 Sentyabr

Vətən müharibəsini simvolizə edən 44 rəsm əsəri nümayiş etdirilmişdir

09:55
26 Sentyabr

"Sən mənimlə həmişə fəxr edəcəksən"

09:50
26 Sentyabr

Azərbaycanın turizm coğrafiyası genişlənir

09:45
26 Sentyabr

Neftçalada "yaşıl enerji" mövzusunda tədbir keçirilib

09:40
26 Sentyabr

Cəlilabadda şəhid ailələri ziyarət edilib 

09:35
26 Sentyabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Anım Günü ilə əlaqədar tədbir keçirilib

09:30
26 Sentyabr

Qlobal investisiya məkanında etibarlı tərəfdaş 

09:25
26 Sentyabr

Ön cəbhədə savaş, arxa cəbhədə həyat: 44 günlük kənd hekayəsi

09:20
26 Sentyabr

Böyük Zəfərimizin əbədi qəhrəmanları

09:15
26 Sentyabr

Zəfərə gedən yolun siyasi təməli

09:10
26 Sentyabr

Tarix yaradan xalq

09:00
26 Sentyabr

Vətən tariximizin 27 sentyabr səhifəsi

08:50
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!