26 Sentyabr 2026 09:40
159
CƏMİYYƏT
A- A+
Neftçalada "yaşıl enerji" mövzusunda tədbir keçirilib

Neftçalada "yaşıl enerji" mövzusunda tədbir keçirilib


Neftçala şəhərində "Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı" İctimai Birliyinin (İB) təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və BP şirkətinin dəstəyi ilə həyata keçirilən "Neftçilər yeni dövrün "yaşıl enerji" mühəndisləri kimi" layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, layihə rəhbəri Həmid Xəlilov, layihənin  təlimçi-ekspertləri - Amin Məmmədov, Sadıq Həsənov, həmçinin Neftçala rayonunda neft sahəsində işləyən mütəxəssislər və  gənclər iştirak ediblər.

Tədbirin əsas məqsədi iqlim dəyişikliyi ilə mübarizə kontekstində yerli və regional səviyyədə maarifləndirmənin artırılması, həmçinin "yaşıl enerji" sistemlərinə keçid prosesinin təşviq edilməsidir.

Tədbir çərçivəsində layihənin təlimçi-ekspertləri tərəfindən müasir ekoloji çağırışlar və bərpaolunan enerji texnologiyalarına dair geniş təqdimatlar edilib. Son illər respublikamızda iqlim dəyişikliyinin fəsadlarının azaldılması və alternativ enerji mənbələrinin payının artırılması istiqamətində həyata keçirilən dövlət siyasəti və mühüm layihələr diqqətə çatdırılıb. İnteraktiv diskussiya formatında keçən yekun hissədə iştirakçıların sualları cavablandırılıb.

Tədbir zamanı aparılan müzakirələr və irəli sürülən təkliflər regionda ekoloji maarifləndirmənin davamlılığını təmin etməyə, eləcə də ölkəmizin "yaşıl enerji" ölkəsinə çevrilməsi istiqamətindəki milli hədəflərinə töhfə verməyə hədəflənib.


S.CAVADOV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəhərlərin abadlığı həyətlərin səliqəsindən və yaşıllığından başlayır

10:40
26 Sentyabr

Xahiş etdim, əməl olundu

10:35
26 Sentyabr

Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib

10:30
26 Sentyabr

"Abidələrimizdə yaşayan tariximiz"

10:25
26 Sentyabr

Şəhərin tıxacını yalnız dövlət qurumları yox, hamılıqla həll etməliyik

10:20
26 Sentyabr

Ailəmiz dövlət qayğısı ilə əhatə olunub

10:15
26 Sentyabr

Şəhidlər heç vaxt unudulmur

10:10
26 Sentyabr

Masallı rayon rəhbərliyi Bakıda şəhid məzarlarını ziyarət edib

10:05
26 Sentyabr

Milli Qəhrəman Fazil Mehdiyevin xatirəsi ehtiramla yad edildi

10:00
26 Sentyabr

Vətən müharibəsini simvolizə edən 44 rəsm əsəri nümayiş etdirilmişdir

09:55
26 Sentyabr

"Sən mənimlə həmişə fəxr edəcəksən"

09:50
26 Sentyabr

Azərbaycanın turizm coğrafiyası genişlənir

09:45
26 Sentyabr

Neftçalada "yaşıl enerji" mövzusunda tədbir keçirilib

09:40
26 Sentyabr

Cəlilabadda şəhid ailələri ziyarət edilib 

09:35
26 Sentyabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Anım Günü ilə əlaqədar tədbir keçirilib

09:30
26 Sentyabr

Qlobal investisiya məkanında etibarlı tərəfdaş 

09:25
26 Sentyabr

Ön cəbhədə savaş, arxa cəbhədə həyat: 44 günlük kənd hekayəsi

09:20
26 Sentyabr

Böyük Zəfərimizin əbədi qəhrəmanları

09:15
26 Sentyabr

Zəfərə gedən yolun siyasi təməli

09:10
26 Sentyabr

Tarix yaradan xalq

09:00
26 Sentyabr

Vətən tariximizin 27 sentyabr səhifəsi

08:50
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!