22 İyul 2026 10:14
132
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin Berlinə rəsmi səfəri Almaniya və dünya mediasının diqqət mərkəzindədir

Prezident İlham Əliyevin Berlinə rəsmi səfəri Almaniya və dünya mediasının diqqət mərkəzindədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri təkcə bu ölkənin dövlət, teleradio və regional mətbuatında deyil, eyni zamanda, qlobal xəbər nəşrlərinin, maliyyə-birja portallarının və nüfuzlu təhlil mərkəzlərinin diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, beynəlxalq informasiya məkanında dərc olunan materialların həcmi və məzmun dinamikası Berlin görüşlərinin regional çərçivədən çıxaraq Avropanın enerji arxitekturasına və qlobal geostrateji balansa bilavasitə təsir edən mühüm siyasi hadisə kimi qiymətləndirildiyini göstərir. Səfərlə əlaqədar Almaniyanın və dünyanın 70-dən çox aparıcı media resursunda dərc edilən analitik məqalələrin, xəbərlərin və rəsmi bəyanatların məzmunu bir neçə konseptual istiqamətdə dəyərləndirilib və ətraflı təhlil edilib. Almaniya mediasında səfərin dinamikası əsasən enerji təhlükəsizliyi, iqtisadi institusionallaşma və ikitərəfli gündəlik əsasında təqdim olunub. Bu ölkənin dövlət qurumlarının resursları, milli teleradio yayımları, maliyyə xəbərləri portalları və regional mətbuatı Azərbaycan Prezidentinin səfərini, ilk növbədə, rəsmi Berlinin enerji təchizatının şaxələndirilməsi və iki ölkə arasında iqtisadi əlaqələrin yeni institusional müstəviyə qaldırılması kontekstində işıqlandırıblar.

Ali siyasi təmaslar və strateji dialoq

Almaniya Hökumətinin rəsmi portalı (Bundesregierung.de) və Federal Prezidentin dəftərxanası (Bundespraesident.de) dövlətimizin başçısının Berlindəki görüşləri barədə operativ məlumatlar yayıblar. Məlumatlarda Almaniya Kansleri Fridrix Merts və Prezident Frank-Valter Ştaynmayerin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərində ikitərəfli siyasi dialoqun dinamikası, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərinin ətraflı müzakirə olunduğu diqqətə çatdırılıb. Almaniyanın əsas informasiya agentliyi olan DPA (Deutsche Presse-Agentur) ilə yanaşı, geniş oxucu auditoriyasına malik “Stern”, “News.de”, “Klamm.de”, “Deutsche Welle” kimi media orqanları da rəsmi protokollara və müzakirə olunan əsas mövzulara geniş yer ayırıblar.

Enerji təchizatının şaxələndirilməsi: Təbii qaz və neft idxalının artırılması

Dövlətimizin başçısının rəsmi səfəri ilə bağlı Almaniya mediasında ən böyük maraq doğuran istiqamətlərdən biri enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi olub. Almaniyanın “N-TV”, “Stern”, “Deutschlandfunk” (DLF) və “Zeit”, “Deutsche Welle” (DW), “Berliner Zeitung”, “Ostdeutsche Allgemeine”, “Epoch Times” və “Energy News Magazine” kimi nüfuzlu media qurumlarının məlumatlarında Almaniyanın ənənəvi enerji mənbələrindən asılılığını azaltmaq strategiyasında Azərbaycanın həlledici rol oynadığı, Kansler Fridrix Mertsin mətbuat konfransında səsləndirdiyi fikirlərə istinadla Almaniyanın Azərbaycandan təbii qaz və neft idxalını artırmaq niyyətində olması barədə xəbərlər yayıblar. Həmçinin materiallarda Kansler Fridrix Mertsin öz bəyanatında Azərbaycanın Almaniyanın enerji təchizatının təmin edilməsində maraqlı tərəfdaş olduğunu vurğulaması xüsusi qeyd olunub. Həmin nəşrlərdə yayımlanan məqalələrdə, eləcə də maliyyə sahəsində fəaliyyət göstərən “Marketscreener”, “Onvista”, “Business-Panorama” portallarının materiallarında Azərbaycan qazının Mərkəzi Avropa bazarlarına nəqli imkanları xüsusi qeyd olunub, Prezident İlham Əliyevin Avropaya enerji nəqlini genişləndirmək üçün hasilat və tranzit infrastrukturuna Avropa İttifaqı tərəfindən adekvat maliyyə və investisiya dəstəyinin göstərilməsi ilə bağlı prinsipial mövqeyi işıqlandırılıb.

İqtisadi əməkdaşlığın institutlaşdırılması: Azərbaycan-Almaniya
Biznes Şurasının təsis olunması

Almaniyanın birja və biznes mediası səfərin praktiki-iqtisadi əhəmiyyətinə və nəticələrinə xüsusi diqqət ayırıb. Ölkənin regional xəbər şəbəkələri – “Presse Augsburg”, “Regionalheute”, “Pfalz-Express”, “Hasepost”, “Regiojournal Saarland”, “Foerde.news” və “Klamm.de” kimi portallar səfər çərçivəsində Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və onun fəaliyyətinə dair Birgə Bəyannamənin imzalanmasına geniş yer verib. Eyni zamanda, “Deutsche Börse” (Almaniya Birjası) və “Yahoo Finance” saytlarında Azərbaycan ilə enerji və sənaye sahəsində əldə olunan razılaşmaların Avropanın kapital bazarlarındakı müsbət əks-sədası təhlil edilib.

Siyasi-analitik yayımlar həyata keçirən nüfuzlu media orqanları – “Welt”, “Handelsblatt”, “Deutsche Börse”, “Neue Westfälische” və “Upday” nəşrləri isə Prezident İlham Əliyevin və Kansler Fridrix Mertsin yerli jurnalistin sualına cavab olaraq alman siyasətçilərin Bakıda keçirdikləri iddia olunan qapalı təmaslar barədə fikirlərinə yer verib.

Dünya mediasının baxışı

Beynəlxalq media resursları da Prezident İlham Əliyevin Berlinə rəsmi səfərini və keçirilən mətbuat konfransını diqqətdə saxlayıblar. Aİ mediasında səfərin hüquqi tərəflərinə diqqət yetirilib. İtaliyanın “Agenzia Nova” agentliyi səfərin hüquqi bazasına, strateji çərçivənin genişlənməsinə xüsusi həssaslıqla yanaşıb. Nəşr Prezident İlham Əliyevin və Kansler Fridrix Mertsin imzaladıqları ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin hüquqi və siyasi mahiyyətinə geniş yer ayıraraq, həmin sənədin Bakı ilə Berlin arasında ikitərəfli əlaqələri keyfiyyətcə daha yüksək, institusional müstəviyə qaldırdığını vurğulayıb.

Eləcə də beynəlxalq xəbər agentlikləri və aparıcı xarici nəşrlər - “Reuters”, “Bloomberg”, “US News”, “Kyiv Post”, “Meduza”, “Nau.ch”, həmçinin Rusiyanın “TASS”, “Kommersant”, “RBC.ru”, “Lenta.ru”, “The Moscow Times” və “Forbes Russia” resursları əsas diqqəti mətbuat konfransına yönəldiblər. Həmin nəşrlər mətbuat konfransında səsləndirilən fikirlərə istinadla Almaniyanın və Rusiyanın sabiq rəsmilərinin Bakıda keçirdikləri qeyri-rəsmi təmaslar barədə məlumatlar yayımlayıblar.

Beləliklə, Almaniya və dünya mediasının marağı Prezident İlham Əliyevin Berlinə səfərinin beynəlxalq ictimaiyyət tərəfindən təkcə ikitərəfli təmaslar kimi deyil, Cənubi Qafqazın, Avropanın enerji təhlükəsizliyinin təmin olunması və nəqliyyat imkanlarının genişləndirilməsinə təsir edən vacib geostrateji hadisə kimi dəyərləndirildiyini göstərir. Aparıcı nəşrlərin səfərlə bağlı təhlilləri bir daha təsdiqləyir ki, Azərbaycan bir tərəfdən Avropanın enerji təchizatında və iqtisadi tərəfdaşlığın institusionallaşmasında vacib strateji mövqeyini möhkəmləndirir, digər tərəfdən müstəqil xarici siyasət kursu yürütməklə qlobal geostrateji müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunur. Bu isə rəsmi Bakının orta güc mərkəzi olmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində qərarların qəbul edilməsinə və qlobal sabitliyin təmin olunmasına təsir göstərən əsas amillərdən biri olduğunu bir daha göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin Almaniyaya səfəri Türkiyə mediasının diqqət mərkəzindədir

10:55
22 İyul

Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır

10:53
22 İyul

Qızıl 4137 dollardan baha satılır

10:34
22 İyul

Azərbaycan neftinin qiyməti 99 dollara çatır

10:23
22 İyul

Prezident İlham Əliyevin Berlinə rəsmi səfəri Almaniya və dünya mediasının diqqət mərkəzindədir

10:14
22 İyul

Fransanın 27 departamentində yüksək yanğın təhlükəsi elan edilib

09:25
22 İyul

Judit Polgar ölkə prezidentliyinə namizəd olmaq istəmədi

09:20
22 İyul

Vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs təklif ediblər

09:15
22 İyul

Media: İranla münaqişədə 500-dən çox ABŞ hərbçisi yaralanıb

09:10
22 İyul

Bakıda yaşıllaşdırma işləri davam etdirilir

09:10
22 İyul

Bakı-Berlin siyasi dialoqu yeni müstəviyə qədəm qoyur

09:05
22 İyul

Münasibətlər daha sistemli və çoxşaxəli xarakter alacaq

09:00
22 İyul

Ulu Öndər xilas missiyasına Naxçıvandan başladı

08:55
22 İyul

Müstəqilliyə gedən yolun strateji təməli

08:50
22 İyul

Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolu və müasir çağırışlar

08:45
22 İyul

Qələmi qırılan aydınlar

08:45
22 İyul

Mətbu söz zamanın salnaməsidir

08:40
22 İyul

Həqiqətin və dövlətçiliyin xidmətində

08:35
22 İyul

Azərbaycan milli mətbuatının inkişaf yolu və müasir media siyasəti

08:30
22 İyul

Yeni məşğulluq strategiyası əhalinin sosial güvənliyini daha etibarlı təmin edəcək

08:25
22 İyul

"Sinxua" Agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

08:20
22 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!