21 İyul 2026 08:05
295
SİYASƏT
A- A+
Azərbaycanın diplomatik coğrafiyası sərhəd tanımır

Azərbaycanın diplomatik coğrafiyası sərhəd tanımır


Hələ başa çatmasa da, indidən demək olar ki, iyul ayı Azərbaycanın xarici siyasətində mühüm diplomatik hadisələrlə yadda qaldı. Slovakiya Prezidenti Peter Pelleqrininin ölkəmizə rəsmi səfəri, Prezident 

İlham Əliyevin İrlandiya, Braziliya, Kamboca dövlətlərinin və Oman Sultanlığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul etməsi beynəlxalq əlaqələrimizin coğrafiyasının genişliyini nümayiş etdirir.

İlk baxışdan bunlar ayrı-ayrı diplomatik tədbirlər olsa da, əslində, vahid siyasi məntiqin - xarici siyasətin tərkib hissəsidir. Bu hadisələr Azərbaycanın artıq yalnız regionun deyil, müxtəlif qitələri və siyasi mərkəzləri birləşdirən etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir. Avropa İttifaqının üzvü olan Slovakiya və İrlandiya, Latın Amerikasının aparıcı dövləti Braziliya, Cənub-Şərqi Asiyanın perspektivli ölkəsi Kamboca və Körfəz regionunun nüfuzlu dövlətlərindən olan Omanla münasibətlərin  inkişaf etməsi Azərbaycanın çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursunun uğurunu təsdiqləyir.

Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində enerji ixracatçısı olmaqla yanaşı, həm də regional təhlükəsizliyin təmin edilməsinə töhfə verən, Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat qovşaqlarından biri, "yaşıl enerji" gündəliyinin fəal iştirakçısı və Qlobal Cənubla Qərb arasında etibarlı dialoq platforması kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin əsas xüsusiyyəti də məhz milli maraqların prioritet tutulması, ideoloji bloklaşmalardan uzaq dayanaraq bütün tərəfdaşlarla qarşılıqlı hörmət və faydaya əsaslanan münasibətlərin qurulmasıdır.


Şuşadan başlanan strateji tərəfdaşlıq


Son illər dünyada geosiyasi qarşıdurmaların dərinləşdiyi, yeni iqtisadi blokların formalaşdığı və beynəlxalq münasibətlər sisteminin dəyişdiyi bir dövrdə Azərbaycanın xarici siyasəti öz sabitliyi ilə seçilir. Azərbaycan nə Qərblə münasibətlərini zəiflədir, nə də Şərqlə əməkdaşlığını məhdudlaşdırır. Əksinə, ölkəmiz Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Mərkəzi Asiya ölkələri, Körfəz dövlətləri və Latın Amerikası ilə paralel şəkildə qarşılıqlı əlaqələri inkişaf etdirir. 

Bu siyasətin əsas məqsədi Azərbaycanın iqtisadi və siyasi maraqlarının beynəlxalq arenada maksimum təmin olunmasıdır. Son illər enerji diplomatiyasının nəqliyyat, logistika, rəqəmsal transformasiya, "yaşıl enerji", humanitar əməkdaşlıq və investisiya diplomatiyası ilə tamamlanması ölkəmizin beynəlxalq çəkisini daha da artırıb. Bu diplomatik fəallığın ən diqqətçəkən hadisələrindən biri Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri oldu. Səfərin Bakıda deyil, Şuşada başlaması təsadüfi seçim deyildi. Şuşa tarixi Zəfərimizin rəmzi, Azərbaycanın mədəniyyət paytaxtı, eyni zamanda ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş ölkəmizin yeni inkişaf mərhələsinin və Qarabağın dirçəlişinin əsas simvoludur. Xarici dövlət başçısının burada rəsmi qarşılanması Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinin növbəti nümunəsi idi.

Azərbaycan-Slovakiya münasibətləri hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır. Xüsusən son üç ildə bu münasibətlər sürətli inkişaf yolu keçib. 2024-cü ildə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması, 2025-ci ildə Prezident İlham Əliyevin Bratislavaya ilk rəsmi səfəri və nəhayət, Slovakiya Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin artıq tamamilə yeni mərhələyə yüksəldiyini göstərir.

Bakı-Bratislava əməkdaşlığı yalnız siyasi dialoqla məhdudlaşmır. Ölkələrimiz arasında energetika, müdafiə sənayesi, nəqliyyat, sənaye kooperasiyası, turizm, təhsil və investisiyalar üzrə geniş perspektivlər formalaşıb. Qarabağın bərpasında Slovakiyanın iştirak etməsi isə münasibətlərə xüsusi məna qazandırır - Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiyanın maliyyə dəstəyi ilə müasir məktəbin inşasına başlanılması iki ölkə arasında əməkdaşlığın humanitar ölçüsünü nümayiş etdirir. Bu layihə təhsil infrastrukturu olmaqla yanaşı, həm də iki xalq arasında uzunmüddətli dostluq münasibətlərinin formalaşmasına xidmət göstərir. 

Bu, həm də ona dəlalət edir ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycanın xarici siyasətində yeni əməkdaşlıq istiqaməti formalaşdırıb. Bu gün müxtəlif dövlətlər Qarabağda məktəblərin, xəstəxanaların, digər sosial obyektlərin tikintisində, enerji layihələrində və infrastrukturun yaradılmasında iştiraka maraq göstərirlər. Slovakiyanın Ağdamda məktəb tikməsi bunun ən uğurlu nümunələrindəndir. Bu cür layihələr göstərir ki, Qarabağın dirçəlişi artıq beynəlxalq əməkdaşlığın mühüm hissəsinə çevrilməkdədir. 

Azərbaycanla Slovakiyanın energetika istiqamətində əməkdaşlığı da strateji əhəmiyyət daşıyır. Slovakiya Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində ölkəmizi etibarlı tərəfdaş hesab edir. Azərbaycan qazının Slovakiyaya çatdırılması və gələcəkdə bu əməkdaşlığın genişləndirilməsi Avropanın enerji xəritəsində ölkəmizin rolunu daha da artırır.


İnnovasiya və yüksək texnologiyalar istiqaməti


Prezident İlham Əliyevin İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul etməsi protokol qaydası sayılsa da, Azərbaycanın Avropa siyasətinin müvafiq istiqamətlərindən biri kimi nəzərdən keçirilməlidir. İrlandiya Avropanın ən innovativ iqtisadiyyatlarından sayılır. Dünyanın aparıcı texnologiya şirkətlərinin Avropa qərargahlarının məhz bu ölkədə yerləşməsi təsadüfi deyil. İnformasiya texnologiyaları, rəqəmsal iqtisadiyyat, süni intellekt, təhsil və innovasiya sahələrində İrlandiyanın təcrübəsi dövlətimiz üçün xüsusi maraq doğurur.

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi strategiyası qeyri-neft sektorunun inkişafını prioritet hesab edir. Bu baxımdan İrlandiya ilə əməkdaşlıq yüksək texnologiyalar, startap ekosistemi, universitetlərarası əlaqələr və rəqəmsal transformasiya istiqamətlərində yeni imkanlar yarada bilər. Bundan başqa, İrlandiya Avropa İttifaqının nüfuzlu üzvlərindən biri kimi Azərbaycan-Avropa əlaqələrinin inkişafında da mühüm tərəfdaş hesab olunur.

Bu baxımdan Braziliyanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsinin qəbul edilməsi də Azərbaycanın digər coğrafiya - Latın Amerikası siyasətinin inkişaf etdiyini göstərir. Braziliya dünyanın böyük iqtisadiyyatlarından sayılır. BRICS-nin aparıcı üzvü olan bu ölkə həm iqtisadi potensialı, həm də beynəlxalq təşkilatlardakı nüfuzu ilə seçilir. Azərbaycanın son illərdə Qlobal Cənub ölkələri ilə əməkdaşlığı xarici siyasətin əsas istiqamətlərindən birinə çevrilib. Qoşulmama Hərəkatına uğurlu sədrliyi, COP29-a evsahibliyi etməsi və inkişaf etməkdə olan dövlətlərin maraqlarını beynəlxalq platformalarda müdafiə etməsi ölkəmizin bu istiqamətdə nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Braziliya ilə kənd təsərrüfatı, "yaşıl enerji", bioyanacaq texnologiyaları, ərzaq təhlükəsizliyi, sənaye və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur və hazırda bu imkanlardan istifadəyə yönəlmiş ardıcıl addımlar atılır. 

Prezident İlham Əliyev Kambocanın ölkəmizə yeni təyin olunmuş səfirinin də etimadnaməsini qəbul etdi. Bu fakt Azərbaycanın Asiya istiqamətində də diplomatik fəaliyyətinin uğurla davam etdiyini göstərir. Cənub-Şərqi Asiya regionu dünya iqtisadiyyatının sürətlə inkişaf edən regionlarındandır. ASEAN ölkələrinin iqtisadi potensialı və artan ticarət imkanları Azərbaycan üçün yeni bazarlar açır. Orta dəhlizin inkişafı fonunda Azərbaycan Cənub-Şərqi Asiya ilə Avropa arasında yükdaşımaların əsas logistika mərkəzlərindən birinə çevrilir. Kamboca ilə siyasi münasibətlərin inkişafı isə gələcək iqtisadi əməkdaşlığın möhkəm əsasını yaradır.

Oman Sultanlığı ilə münasibətlər də son illər dinamik inkişaf etməkdədir. Körfəz regionu dünyanın ən böyük investisiya mənbələrindən biri hesab olunur və Oman bu regionda sabit və balanslaşdırılmış xarici siyasəti ilə seçilir. Azərbaycan üçün Omanla əməkdaşlığın əsas istiqamətləri enerji, "yaşıl enerji" layihələri, liman infrastrukturu, logistika, turizm, kənd təsərrüfatı və investisiyalardır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və Orta dəhliz layihəsi Oman investorları üçün də cəlbedici imkanlar yaradır. 


Etibarlı siyasi tərəfdaşlıq, səmərəli iqtisadi əməkdaşlıq 


Müasir dövrdə diplomatiyanın əsas məqsədlərindən biri iqtisadi inkişaf üçün yeni imkanlar yaratmaqdır. Azərbaycan da məhz bu modeli tətbiq edir. Xarici siyasət artıq yalnız siyasi dialoqla məhdudlaşmır. Hər bir dövlət səfəri, hər bir yüksəksəviyyəli görüş və hər bir diplomatik əlaqə yeni investisiyalar, ticarət dövriyyəsinin artması, texnologiya transferi, sənaye əməkdaşlığı və yeni bazarlara çıxış fürsətləri deməkdir. Azərbaycanın enerji resursları ilə yanaşı, nəqliyyat imkanları, logistika infrastrukturu, rəqəmsal inkişaf proqramları və "yaşıl enerji" layihələri xarici tərəfdaşların ölkəmizə marağını artırır.

İyul ayına təsadüf edən diplomatik faktlar bir daha təsdiqləyir ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində artıq tamamilə yeni mövqeyə yüksəlib. Bu gün ölkəmiz Avropa ilə Asiyanı, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat qovşaqlarındandır. Enerji təhlükəsizliyi, "yaşıl enerji", logistika, rəqəmsal iqtisadiyyat və beynəlxalq dialoq sahələrində Azərbaycanın rolu ildən-ilə artır.

Slovakiya Prezidentinin Şuşadan başlayan səfəri, İrlandiya, Braziliya, Kamboca və Omanın yeni səfirlərinin etimadnamələrinin qəbul edilməsi eyni strateji xəttin tərkib hissələridir. Bu xətt Azərbaycanın dünyanın müxtəlif regionları ilə qarşılıqlı etimada əsaslanan, praqmatik və uzunmüddətli əməkdaşlıq siyasətini uğurla davam etdirdiyini göstərir.

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin nəticəsi olaraq Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi Avropa, Asiya, Yaxın Şərq və Latın Amerikasını əhatə edən geniş diplomatik coğrafiyada etibarlı tərəfdaşdır. Müxtəlif siyasi sistemlərə və iqtisadi modellərə malik dövlətlərlə eyni vaxtda səmərəli münasibətlər qurmaq bacarığı Azərbaycanın beynəlxalq nüfuzunun artmasının ən mühüm göstəricilərindən sayılmalıdır. Məhz buna görə Bakıda keçirilən hər bir yüksəksəviyyəli görüş, təqdim olunan hər bir etimadnamə və imzalanan hər bir sənəd diplomatik protokol hadisəsi olmaqdan çox, Azərbaycanın qlobal əməkdaşlıq şəbəkəsinin daha da genişlənməsinə xidmət edən mühüm siyasi hadisə mahiyyəti daşıyır.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir  

14:04
21 İyul

İstiqlal məfkurəsindən qlobal informasiya liderliyinə: Azərbaycan milli mətbuatının tarixi yolu və müasir strateji missiyası  

13:22
21 İyul

Azərbaycan mediası qlobal informasiya şəbəkəsində böyük nüfuza malikdir

13:01
21 İyul

Yarım ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 11,4 milyard kubmetr təbii qaz nəql edilib  

10:24
21 İyul

Qızılın qiyməti 4070 dollardır

10:23
21 İyul

Azərbaycan nefti 93 dollara satılır

10:23
21 İyul

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Zati-aliləri cənab Endi Börnhemə  

10:18
21 İyul

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlayıb  

10:03
21 İyul

Yayda qida zəhərlənməsindən necə qorunaq?

09:45
21 İyul

Yaxın Şərq böhranı tezliklə həll olunmasa...  

09:40
21 İyul

Heykəltaraşlığın Tokay səhifəsi

09:35
21 İyul

Zamanı və sərhədləri aşan söz ustadı

09:30
21 İyul

Qusarda keçirilən konfrans mediada dini mövzuların təqdimatına həsr olunmuşdu 

09:25
21 İyul

Daşkəsəndə Aqroturizm Festivalı keçirilib

09:20
21 İyul

Ağsaqqallar şuraları hesabat verirlər

09:15
21 İyul

Neftçalada aqrar sahənin inkişafına dair dövlət proqramının icrası müzakirə edilib

09:10
21 İyul

Azərbaycanın "yaşıl enerji"si sərhədləri aşacaq

09:05
21 İyul

Anastasiya LAVRİNA: "Azərbaycan yeni dünya nizamında mövqeyini daha da möhkəmləndirir"

09:00
21 İyul

Azərbaycan-Çin əlaqələri Orta dəhlizin inkişafına mühüm töhfələr verir

08:55
21 İyul

Səhiyyədə rəqəmsal transformasiya

08:50
21 İyul

Şuşadan ünvanlanan mesajlar Azərbaycanın yaratdığı yeni reallıqların konseptual təqdimatı oldu

08:45
21 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!