22 İyul 2026 08:20
166
SİYASƏT
A- A+
"Sinxua" Agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

"Sinxua" Agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib


Çinin rəsmi "Sinxua" Agentliyi Qlobal Media Forumunda iştirak edən çinli jurnalist Liu Çuçenin Şuşa haqqında geniş oçerkini dərc edib.

AZƏRTAC xəbər verir ki, oçerkdə qeyd olunub: "Şuşada gəzinti zamanı tarixi məhəllələrin və mədəni abidələrin bərpasında Qarabağa xas olan ənənəvi şəhərsalma planına uyğun yerli tikinti materiallarından və memarlıq elementlərindən istifadə edilməsinin şahidi olduq. Müasir mühəndislik həlləri və enerjiyə qənaət edən texnologiyalarla birlikdə yeni binalarda yerli daş və ənənəvi memarlıq elementlərindən də geniş istifadə olunur. Bu yanaşma yeni tikililərlə tarixi şəhər mühiti arasında kəskin vizual təzadları aradan qaldırır".

Çinli jurnalist diqqətə çatdırır ki, bərpa işləri zamanı şəhərin ümumi inkişaf planının tələbləri yerinə yetirilir. Turizm infrastrukturu və ictimai binalar mövcud inkişafla ahəngdar şəkildə birləşir və onların hündürlüyü Şuşanın tarixi siluetini pozmur. Eyni zamanda binaların daxili məkanları rahatlıq və ictimai istifadə üçün müasir tələblərə cavab verir, tarixi görünüşün qorunmasının müasir həyatın ehtiyacları ilə birləşdirilməsinə imkan yaradır.

Müəllif qeyd edir ki, bu yanaşmanın daha bir nümunəsi "Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi"dir. Ziyarətçilər arxeoloqlar tərəfindən qazılmış qədim şəhərin qalıqlarını görə biləcəkləri hündür şüşə qalereyadan içəriyə daxil olurlar.

Oçerkdə bildirilir ki, bərpa olunmuş bir çox tarixi malikanələrə yeni həyat verilib. Bu gün orada muzeylər, etnoqrafik eksponatlar, görkəmli mədəniyyət xadimlərinə həsr olunmuş xatirə evləri və müntəzəm olaraq təşkil edilən muğam konsertləri, xalq sənəti sərgiləri və ziyarətçiləri Qarabağın zəngin mədəni irsi ilə tanış edən digər tədbirlərə evsahibliyi edən mədəniyyət mərkəzləri yerləşir.

Oçerkdə qeyd olunur: "Belə yerlərdən biri mərkəzi meydanda yerləşən tarixi - XIX əsrə aid Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarasıdır. Bərpadan sonra bina muzeyə çevrilib. "Sinxua" müxbirinin səfəri zamanı orada Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevə və Şuşaya həsr olunmuş fotosərgi keçirilirdi".

Jurnalist yazır ki, Şuşa üçün köhnə və yeni memarlığın vəhdəti təkcə şəhər və ya mədəni əhəmiyyətlə kifayətlənmir. Bu, silahlı münaqişə dövrünü yaşamış şəhər üçün həm də bərpa və dinc gələcəyin rəmzinə çevrilib.

Müəllif daha sonra qeyd edir: "Sonuncu Qarabağ xanının qızı və XIX əsrin görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın evinin şəklini çəkərkən girişdəki kiçik bir lövhə diqqətimi çəkdi: "Yoxlanılıb. Mina yoxdur". Bu qısa yazı Şuşanın yaxın vaxtlara qədər silahlı münaqişə zonasında olduğunu xatırlatdı. Qarabağın bir çox ərazisində mina təhlükəsi problemi yaşayış məntəqələrinin bərpası və dinc həyatın qaytarılması yolundakı əsas maneələrdən biri olaraq qalır".

Çinli jurnalist oçerkin sonunda diqqətə çatdırır ki, şəhərdə qalan xarabalıqlar keçmişin faciəvi səhifələrini xatırladır, yaxınlıqda tikilmiş yeni binalar isə sakinlərin şəhərə həyat vermək istəyinə dəlalət edir. Dağılmış divarların və müasir tikililərin belə bir təzad təşkil etməsi təkcə şəhərin bərpası prosesinin deyil, həm də uzunmüddətli sülhə ümidin təzahürüdür.

"Tarixi memarlıq keçmişin xatirəsini qoruyur, müasir binalar isə bu günün ehtiyaclarını ödəyir. Şuşanın təcrübəsi göstərir ki, mədəni irsin qorunması və şəhər infrastrukturunun inkişafı bir-biri ilə ziddiyyət təşkil etmir. Diqqətli və düşünülmüş yanaşma ilə onlar bir-birini tamamlaya, şəhərin tarixi kimliyini qorumasına və eyni zamanda gələcək nəsillər üçün rahat yaşayış mühiti yaratmasına imkan verə bilər".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransanın 27 departamentində yüksək yanğın təhlükəsi elan edilib

09:25
22 İyul

Judit Polgar ölkə prezidentliyinə namizəd olmaq istəmədi

09:20
22 İyul

Vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs təklif ediblər

09:15
22 İyul

Bakıda yaşıllaşdırma işləri davam etdirilir

09:10
22 İyul

Bakı-Berlin siyasi dialoqu yeni müstəviyə qədəm qoyur

09:05
22 İyul

Münasibətlər daha sistemli və çoxşaxəli xarakter alacaq

09:00
22 İyul

Ulu Öndər xilas missiyasına Naxçıvandan başladı

08:55
22 İyul

Müstəqilliyə gedən yolun strateji təməli

08:50
22 İyul

Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolu və müasir çağırışlar

08:45
22 İyul

Qələmi qırılan aydınlar

08:45
22 İyul

Mətbu söz zamanın salnaməsidir

08:40
22 İyul

Həqiqətin və dövlətçiliyin xidmətində

08:35
22 İyul

Azərbaycan milli mətbuatının inkişaf yolu və müasir media siyasəti

08:30
22 İyul

Yeni məşğulluq strategiyası əhalinin sosial güvənliyini daha etibarlı təmin edəcək

08:25
22 İyul

"Sinxua" Agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

08:20
22 İyul

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq dərinləşir

08:15
22 İyul

Azərbaycan mediası – beynəlxalq informasiya axınının fəal subyekti

08:10
22 İyul

"AZƏRBAYCAN"ın "Zəfər" imzası

08:05
22 İyul

AZƏRBAYCAN XALQI İLHAM ƏLİYEVİ NİYƏ SEVİR

08:00
22 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

02:20
22 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 mart tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanlara xidmət göstərilməsi Qaydası”nda və 2021-ci il 25 may tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti Qaydası”nda dəyişiklik edilməsi barədə

02:18
22 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!