23 İyun 2023 10:31
1025
Mədəniyyət
A- A+
Orijinal yaradıcılığı ilə sevilən sənətkar

Orijinal yaradıcılığı ilə sevilən sənətkar

Bu il xalq artisti Əli Qurbanovun anadan olmasının 125 illiyidir

 

Azərbaycan teatrı orijinal yaradıcılığı ilə sevilən sənətkarlarla daim fəxr edir. Onlar arasında xalqın böyük hörmət və ehtiram bəslədiyi görkəmli səhnə ustası Əli Mirzə oğlu Qurbanovun özunəməxsus yeri var. O, səhnədə saysız-hesabsız obrazlar canlandırmışdır, hamısı da tamaşaçı məhəbbəti qazanmışdır.

Əli Qurbanov 1898-ci ildə Tbilisi şəhərində dünyaya gəlmişdir. Uşaqlıq və gənclik illəri çox ağır keçmişdir. Əlinin atası fəhlə olmasına baxmayaraq, mutərəqqi fikirli adam idi. Onun ən böyük arzusu Əlini savadlı bir ziyalı kimi görmək idi. Lakin bu arzu onlar üçün çətin bir problem idi. Əli bir müddət məktəbdə oxuduqdan sonra atası ailəni dolandırmaq üçün oğlunu da özu ilə muxtəlif iş yerlərində fəhləlik etməyə aparır. Lakin Əlinin çalıb oxumağını, muğənnilik istedadını və dərslərdə fərqlənməsini görən məktəbin mudiriyyəti ona işləyə-işləyə təhsilini davam etdirməyə icazə verir. Bu işdə ona məktəbin muəllimi görkəmli dövlət xadimi Nəriman Nərimanovun qohumu Əli Mirzə Nərimanov kömək edir.

Əli Qurbanov birinci dəfə Möhsün Sənaninin təkidi ilə Həvəskarların "Gaveyi-Ahəngar" tamaşasında yalnız bircə kəlmə ("Gedək") sözü ilə səhnəyə çıxır. Bu ildən sonra 1915-ci ildə M.Sənaninin təşəbbüsü ilə hazırlanmış "Məşədi İbad" tamaşasında Rüstəm bəy rolunu oynayır. 1917-ci ildə Tbilisidə "İttihad" adlanan teatr truppası təşkil olunur. Bu truppaya İbrahim İsfahanlı, Kəsən Səbri, Möhsün Sənani, Xəlilov, Naxçıvanlı, Tağızadə, Əhməd Salahlı və b. daxil idi. Həmin ilin axırında truppaya Əli Qurbanov da dəvət edilir. Xalqımızın mutərəqqi fikirli ziyalılarından olan Mirseyfəddin Kirmanşahlı, M. Zamanov və Naxçıvanlı Əlinin təbiətindəki sadəlik, çeviklik, cəldlik, musiqiyə olan meylini görərək, onun inkişafına hər cür kömək edirlər.

Əli Qurbanovun səhnə fəaliyyətinin məhsuldar dövrü 1925-ci ildən sonraya təsadüf edir. 1925-ci ilin axırlarında Azərbaycan Xalq Maarif Komissarlığının sərəncamı ilə Tbilisi teatrının bir sıra tanınmış aktyorları ilə birlikdə Əli Qurbanov da Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət olunur. 50 ilə yaxın bir muddətdə Ə.Qurbanov Niyaz rolunun yeganə ifaçısı olduğu "Pəri Cadu"nun muxtəlif quruluşlarında bu rolu dəfələrlə oynamışdır. 1930, 1957 və 1959-cu illərdə Moskvada keçirilən milli teatrlara Ümumittifaq baxışlarında paytaxt tamaşaçıları Əli Qurbanovun Yanardağ, Məmmədəlibəy, Əsgərbəy ("Hacı Qara"), Mor Amurim ("Zaqmut"), Lord Mounten ("Gülən Adam"), Hacı Əhməd və s. rollarda dəfələrlə görmuşlər. O zamanın mətbuat orqanlarında aktyorun böyük ifaçılıq məharəti, obrazları aça bilmək bacarığı xüsusi qeyd olunur, Əli Qurbanovun təqdirəlayiq bir sənətkar olduğu vurğulanır.

Görkəmli sənətkar 50 ildən artıq böyük səhnədə olmuşdur. Bu muddətdə 200-ə yaxın muxtəlif rollarda çıxış etmiş, bəzi rolları yüz dəfələrlə oynamışdır. Məsələn, Vidadi rolunu 700, Əzizbəyov və Hacı Əhməd rollarını 350 dəfədən artıq ifa etmişdir. Aktyor 40 ildən artıq C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının filmlərində də çəkilmişdir. İlk dəfə 1928-ci ildə "Hacı Qara" filmində Aşıq roluna çəkilmiş Əli Qurbanov, sonralar "Kəndlilər", "Almaz" (Aftil), "Yeni Horizont", "Səbuhi" (Ağalarov), "Bəxtiyar" (Qurban), "Doğma Xalqıma" (buruq ustası), "Mahnı Belə Yaranır" (Kor aşıq), "Qızmar Günəş Altında" (Əli dayı), "Qara Daşlar" (Usta Ramazan), "Ögey Ana" (çoban), "Bir Qalanın Sirri" (Kamran baba) və s. filmlərdə çıxış edərək yaddaqalan, yüksək səviyyəli obrazlar yaratmışdır. Xalqımız və dövlətimiz Əli Qurbanovun xidmətlərini nəzərə alaraq ona 1938-ci ildə Azərbaycan SSR əməkdar artisti, 1940-cı ildə isə Azərbaycan SSR xalq artisti adı vermişdir. O, "Şərəf Nişanı", "Qırmızı Əmək Bayrağı" ordenlərinə və bir neçə medallara layiq görülmüşdür. 1951-ci ildə Lenin ordeni ilə təltif olunmuşdur.

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"AzInTelecom” Milli Kibertəhlükəsizlik Forumunda rəqəmsal həllərini təqdim edib

20:29
08 İyun

Aİ İtaliyanın 23 milyard avroluq “yaşıl enerji” dəstəyi proqramını təsdiqləyib

20:23
08 İyun

“Startap” şəhadətnaməsi alan KOB subyektlərinin sayı 282-yə çatıb

20:17
08 İyun

Anomal istilər səyahət vərdişlərini necə dəyişir?

20:08
08 İyun

Uşaqlıqdakı yuxu problemləri yeniyetməlikdə depressiya riskini ikiqat artırır

19:57
08 İyun

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları ilə bağlı səyyar görüşlər keçirilib  

19:53
08 İyun

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,5 milyard dolları ötüb

19:49
08 İyun

Okeanların istiləşməsi rekord həddə çatdı

19:38
08 İyun

Serbiyanın idman naziri Azərbaycana gəlib

19:31
08 İyun

Filippində güclü zəlzələ baş verib

19:26
08 İyun

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir 

19:24
08 İyun

Laboratoriyada yaradılan süni göz modeli korluğun müalicəsində yeni səhifə açır

19:09
08 İyun

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir  

18:59
08 İyun

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik  

18:47
08 İyun

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub  

18:43
08 İyun

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

18:32
08 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB

18:28
08 İyun

Qızıl investisiya cəlbediciliyini qismən itirir

18:23
08 İyun

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq  

18:21
08 İyun

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir  

18:17
08 İyun

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

18:08
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!