08 İyun 2026 18:59
523
CƏMİYYƏT
A- A+
Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir  

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir  

İyunun 8-də Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Vyetnamın Baş prokuroru Nquyen Tiyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Konstitusiya Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan Konstitusiya Məhkəməsinin sədri Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib, dövlətlərarası münasibətlərin inkişafında hüquqi əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin xüsusi rol oynadığını bildirib.

Görüş zamanı ölkəmizdə hüququn aliliyinin təmin olunması, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən islahatlar, konstitusiya nəzarətinin həyata keçirilməsi mexanizmləri barədə geniş məlumat verən Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyət istiqamətlərindən, həmçinin qərar qəbuletmə proseduru və bu sahədə görülən işlərdən ətraflı bəhs edib.

Baş prokuror Nquyen Tiyen səmimi qəbula görə təşəkkürünü bildirərək, Azərbaycan ilə Vyetnam arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, məhkəmə və prokurorluq sahələrində münasibətlərin genişləndirilməsinin qarşılıqlı maraqlara uyğunluğunu vurğulayaraq, gələcəkdə təcrübə mübadiləsinin və birgə təşəbbüslərin hər iki ölkənin hüquq sahəsi üçün faydalı olacağını diqqətə çatdırıb.

Eyni zamanda, tərəflər arasında konstitusiya ədalət mühakiməsinin inkişafı, məhkəmə-hüquq sahəsində beynəlxalq əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş qarşılıqlı hədiyyələrin təqdim olunması ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransada deputat hökuməti “dövlət qalmaqalı”nda ittiham edir

13:33
28 İyul

Düzgün istiqamətləndirmə ilə süni intellekt güclü təhsil tərəfdaşına çevrilə bilər 

13:26
28 İyul

Rusiya səmasında gecə saatlarında 356 Ukrayna dronu vurulub

13:23
28 İyul

Səyyar ASAN xidmət Laçında

13:21
28 İyul

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

13:18
28 İyul

Prezidentin Mətbuat Xidmətinin məlumatı

13:13
28 İyul

Səidə Ömər: Zəfər xəbərini Türkiyə efirində ilk təqdim edənlərdən olmaq böyük qürur idi

13:06
28 İyul

Geosiyasi qeyri-müəyyənlik neft-qaz qiymətlərinə təsirsiz ötüşmür  

12:59
28 İyul

Antonio Quterreş Kiprin türk və yunan dövlətlərinin liderləri ilə danışıqlar aparacaq

12:52
28 İyul

İyulun 29-da Bakıda 36, bəzi bölgələrdə isə 40 dərəcə isti olacaq

12:45
28 İyul

Tovuzlu fermerlər yeni dövlət proqramını əlavə stimul kimi qəbul edirlər

12:20
28 İyul

XİN: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır

12:05
28 İyul

Yaponiyanın cənub-qərbində 7,1 bal gücündə zəlzələ olub

12:00
28 İyul

İnformasiya Texnologiyaları İnstitutu və Hesablama Palatası birgə layihələr reallaşdıracaq

11:54
28 İyul

Bu ilin altı ayında 867 milyon manatdan çox sığorta haqqı yığılıb

11:53
28 İyul

Orta Dəhliz Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə mühüm təsir göstərir

11:51
28 İyul

Azərbaycan Avrasiyanın ən mühüm tranzit qovşaqlarından birini formalaşdırıb

11:33
28 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

11:32
28 İyul

Türkiyə mediası azərbaycanlı tələbələrin Londonda memarlıq üzrə beynəlxalq təcrübəni öyrənməsi barədə yazıb

11:25
28 İyul

Dünya çempionatı: Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mübarizəyə qoşulur

11:24
28 İyul

Berlin görüşləri: Azərbaycanın artan geosiyasi çəkisinə Avropanın baxışı

11:23
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!