26 Noyabr 2021 00:36
2042
Qanunlar
A- A+
“Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

“Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Konstitusiya Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:

“Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 69; 2016, № 10, maddə 1600; 2018, № 7 (I kitab), maddə 1396, № 12 (I kitab), maddə 2513; 2019, № 5, maddə 809; 2020, № 4, maddə 384) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 1.0.8-1-ci maddə əlavə edilsin:

“1.0.8-1. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (bundan sonra - toplu) - qəbul edilmiş Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının dərc edildiyi aylıq rəsmi toplu;”.

2. 12.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“12.2. Normativ-hüquqi aktların kolliziyasına yol verməmək məqsədilə qanun layihələri ilə yanaşı, onların qəbul olunması ilə əlaqədar ləğv, dəyişikliklər edilməli və hazırlanmalı olan qanun layihələri də eyni zamanda təqdim edilməlidir. Azərbaycan Respublikasının Prezidentinə təqdim olunan qanun və Azərbaycan Respublikası Prezidentinin fərmanlarının layihələri ilə yanaşı, onların qəbul edilməsi ilə əlaqədar ləğv və dəyişikliklər edilməli və hazırlanmalı olan Azərbaycan Respublikası Prezidentinin aktlarının layihələri də eyni zamanda təqdim olunmalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının (onların struktur elementlərinin) siyahısı müəyyən edilməlidir.”.

3. 19-cu maddə üzrə:

3.1. 19.1-ci maddədə “və onların icrası” sözləri “, Azərbaycan Respublikası Konstitusiyasının, referendum aktının, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının icrasını təmin etmək” sözləri ilə əvəz edilsin;

3.2. 19.4-cü maddədə “həmin aktın icrası” sözləri “bu Konstitusiya Qanununun 19.1-ci maddəsində göstərilən aktların icrasını təmin etmək” sözləri ilə əvəz edilsin.

4. 20-ci maddə üzrə:

4.1. 20.1-ci maddədə “aktları ilə nəzərdə tutulmuş hallarda və hədlərdə” sözləri “aktına, habelə Azərbaycan Respublikası Konstitusiyasından, referendum aktından, Azərbaycan Respublikası qanunlarından və Azərbaycan Respublikası Prezidentinin aktlarından irəli gəldiyi halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktına əsasən” sözləri ilə əvəz edilsin;

4.2. 20.4-cü maddədə “istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin aktı göstərilməli və həmin aktın icrası” sözləri “qəbulu üçün bu Konstitusiya Qanununun 20.1-ci maddəsinə uyğun olaraq əsas olmuş akt göstərilməli və həmin aktın icrasını təmin etmək” sözləri ilə əvəz edilsin.

5. 48-ci maddə üzrə:

5.1. 48.2.1-ci maddəyə “müşayiət məktubu” sözlərindən sonra “, normativ-hüquqi aktın layihəsinin uyğunluğunun təmini haqqında arayış (müvafiq layihələr əlavə olunmaqla (olduğu halda))” sözləri əlavə edilsin;

5.2. 48.3.4-cü maddədə “normativ-hüquqi aktların” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının və mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının” sözləri ilə əvəz edilsin.

6. Aşağıdakı məzmunda 75.3-cü, 76.4-cü və 76.5-ci maddələr əlavə edilsin:

“75.3. Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarında dəyişiklik edilən zaman dəyişikliyi nəzərdə tutan normativ-hüquqi aktın mətnində mötərizədə,  dəyişiklik edilən normativ-hüquqi aktın dərc edildiyi, habelə ona əvvəllər edilmiş dəyişiklikləri əks etdirən topluların (külliyyatların) illəri, nömrələri (kitabları) və maddələri ardıcıllıqla göstərilir.”;

“76.4. Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ləğv edilən zaman onların ləğv edilməsinə dair normativ-hüquqi aktın mətnində mötərizədə ləğv edilən normativ-hüquqi aktın dərc edildiyi, ona əvvəllər edilmiş dəyişiklikləri əks etdirən topluların  (külliyyatların) illəri, nömrələri (kitabları) və maddələri ardıcıllıqla göstərilməklə verilir.

76.5. Bu Konstitusiya Qanununun 76.4-cü maddəsinə uyğun olaraq ləğv edilən normativ-hüquqi aktla yanaşı, onun ləğv edilməsinə dair normativ-hüquqi aktın mətnində göstərilən toplulara (külliyyatlara) uyğun olaraq ona əvvəllər edilmiş dəyişiklikləri nəzərdə tutan normativ-hüquqi akt və ya onun müvafiq struktur elementi də ləğv edilmiş hesab edilir. Bu qayda bir neçə normativ-hüquqi akta dəyişikliyi nəzərdə tutan normativ-hüquqi aktlara münasibətdə də tətbiq edilir. Bu zaman onların adında və mətnində həmin dəyişikliyə dair müddəalar ləğv edilmiş hesab edilir.”.

7. 77-ci maddə ləğv edilsin.

8. 82.2-ci maddə üzrə:

8.1. birinci cümləyə ikinci halda “dərc edilməsi” sözlərindən sonra “, rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi” sözləri əlavə edilsin;

8.2. ikinci cümləyə “edilməsini” sözündən sonra “və rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsini” sözləri əlavə edilsin.

9. 89-cu maddə üzrə:

9.1. “89.0.”, “89.0.1.”, “89.0.2.” və “89.0.3.” rəqəmləri müvafiq olaraq “89.1.”, “89.1.1.”, “89.1.2.” və  “89.1.3.” rəqəmləri ilə əvəz edilsin;

9.2. 89.1.2-ci maddəyə “Konstitusiyası” sözündən sonra “, bu Konstitusiya Qanunu” sözləri əlavə edilsin;

9.3. aşağıdakı məzmunda 89.2-ci maddə əlavə edilsin:

“89.2. Bu Konstitusiya Qanununun 89.1.3-cü maddəsinə uyğun olaraq normativ-hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə qüvvədən düşmüş hesab edildikdə həmin normativ-hüquqi akt (onun struktur elementi) onu qəbul etmiş normayaratma orqanı tərəfindən ləğv edilir.”.

10. Bu Konstitusiya Qanununa 1 nömrəli Əlavə - “Normativ-hüquqi aktın layihəsinin, qanunun məcburi hüquqi ekspertizası rəyinin strukturu”nun 13-cü və 14-cü maddələrində “normativ-hüquqi aktların” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2021-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi

01:07
12 İyun

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

23:19
11 İyun

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

23:01
11 İyun

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

22:37
11 İyun

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

22:18
11 İyun

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq  

21:47
11 İyun

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

20:53
11 İyun

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

20:52
11 İyun

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

20:44
11 İyun

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında 

20:34
11 İyun

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub

20:21
11 İyun

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

20:16
11 İyun

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

20:13
11 İyun

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

20:03
11 İyun

Bakıda elm və innovasiyaların iqtisadi inkişafdakı rolu müzakirə olunub

19:51
11 İyun

“Şuşa KOB evi”ndə 5 ayda sahibkarlara 560-a yaxın xidmət göstərilib  

19:42
11 İyun

Tibbdə ilk: ürək, böyrək və maddələr mübadiləsi xəstəliklərinin bir-biri ilə əlaqəsi sübut olundu  

19:30
11 İyun

Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsalı üzrə yeni zavod tikiləcək

19:21
11 İyun

Kanada 16 yaşından kiçik uşaqlara sosial media qadağası qoyan yeni qanun layihəsini təqdim edib  

19:15
11 İyun

Quş əti və yumurta istehsalında artım hədəfləri açıqlanıb

19:08
11 İyun

Şimali İrlandiyada miqrant əleyhdarlarının iğtişaşları

18:56
11 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!