30 Sentyabr 2022 00:41
2138
Mədəniyyət
A- A+
Niyə kitab oxumuruq?!

Niyə kitab oxumuruq?!

 

Mütəxəssislər bunu ciddi ədəbiyyatın yaranmaması, dil baryeri və texnoloji inkişafla əlaqələndirirlər

 

İlk kitab çapından beş əsrdən çox vaxt keçir. Yüzilliklər ərzində kitab çapı avadanlıqları, üsulları əsaslı dəyişiblər. İlk dəfə almaniyalı alim İohan Quttenberq tərəfindən 1445-ci il sentyabrın 30-da xristianlığın müqəddəs kitabı "Bibliya" metal lövhələrin köməyi ilə çap olunub. 
Təbii ki, kitab çapında əsas məqsəd insanları kitab oxumağa sövq etmək, bu yolla da kitab satışını həyata keçirmək idi. İlk vaxtlar bir kitabın ərsəyə gəlməsi böyük maliyyə vəsaiti, eyni zamanda uzun vaxt, əmək tələb edirdi. Zamanla texnologiyaların inkişafı sayəsində kitab çapı təkmilləşsə də, bu inkişaf kitab oxuyanların sayına əks təsir edirdi, desək yanılmarıq. Çünki texnoloji inkişaf insanları bir-biri ilə ünsiyyətdən, kitab oxumaqdan və bir çox məşğuliyyətlərdən uzaq salırdı. Hətta texnologiyalar sayəsində insanlar tənbəlləşir, bir çox vərdişləri - yazını, kitab oxumağı unudurdular. Bu isə yazı və nitq qabiliyyətinin zəifləməsində özünü göstərirdi.  

 

Azərbaycanda kitab oxucularının sayı niyə azalıb?

 

Araşdırmalar göstərir ki, kitab oxumaq yaddaşı gücləndirməklə yanaşı, diqqəti artırır, danışıq və yazı qabiliyyətini yaxşılaşdırır. Bəzən hətta kitab oxumağın stres atmağa, əsəb və gərginliyin azalmasına kömək etdiyi bildirilir. Ən əsası isə, kitablar sayəsində informasiya əldə edir, dünyagörüşümüz genişlənir və söz ehtiyatımız artır. 
Əbəs yerə deyil ki, səlis danışığı, sözlərdən yerli-yerində istifadəni məhz mütaliə ilə bağlayırlar. Doğrudur, müasir dövrdə texnologiyanın inkişafi nəticəsində insanlar kitab oxumağa az vaxt ayırır, daha çox internet vasitəsilə informasiya əldə etməyə çalışırlar. Hər iki vasitənin fərqi ondadır ki, kitab oxumaq insanı sakitləşdirir və beyni dincəldir. 
Zamanla oxuduğumuz kitabların elektron variantları da ortaya çıxdı və insanlar kompüterdə, mobil telefon, planşetdə kitabları PDF formatında oxumağa başladı. Böyük əksəriyyətin fikrincə, eyni kitab olmasına rəğmən elektron versiya əlimizdə vərəqləyərək oxuduğumuz kitabın yerini vermir.  Kompüterdə, telefonda kitab oxumaq gözləri yormaqla yanaşı, sanki insanın fikrini yayındırır. Bir müddət elektron kitablar  geniş yayılsa da, onlardan istifadə ənənəvi kitabın yerini vermədi və zamanla "e-book"lardan istifadə azaldı. 
Ümumilikdə, Azərbaycanda kitab oxucularının sayının azaldığı, gənclərin kitaba marağının olmadığı vurğulansa da, oxucu sayının azalması əsasən kitab qiymətləri ilə əlaqələndirilir və qiymətlərin heç də  qənaətbəxş olmadığı qeyd olunur. 
Kitab məhsullarının istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının üzərində olan əlavə dəyər vergisinin (ƏDV) kitab sənayesinə, qiymətlərə təsirsiz ötüşmədiyi bəlli idi. Amma mayın 13-də Nazirlər Kabineti "İdxalı və satışı əlavə dəyər vergisindən  azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı"nı təsdiqlədi. Qərara əsasən, rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı, müxtəlif ölçü və qramda olan yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton, kitabların cildlənməsi üçün tikilən kağız və karton üzlük, illüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlər, kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq kitabları, kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələr ƏDV-dən azad edildi. 
Bəs ƏDV-nin ləğvi kitab qiymətlərinə necə təsir edib? Ümumiyyətlə, bəhanə edilən qiymətlərin düşməsi insanları başını telefondan qaldırıb kitab oxumağa sövq edəcəkmi? 

 

"Fəlsəfi, mühakimə tərzini formalaşdıracaq ədəbiyyat yox səviyyəsindədir"

 

Millli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa qəzetimizə açıqlamasında deyib ki, ümumiyyətlə, kitab oxucuları ilə bağlı məsələni müəyyənləşdirmək ciddi sosioloji sorğu tələb edir. Deputat ümumilikdə mütaliə səviyyəsinin aşağı olduğunu deyir. O, çevrəmizdə olan insanların oxumağa münasibətini ümumiləşdirərək bu fikrə gəldiyini qeyd edir.  
Fazil Mustafa vurğulayır ki, dəqiq rəqəm demək, vəziyyəti izah etmək çətindir. Azərbaycanda mütaliənin azalmasının əsas səbəbi dil baryeri ilə bağlıdır. Çünki səviyyəli ədəbiyyatlar ingilis dilində, nisbətən köhnə ədəbiyyatlar isə rus dilindədir. Lakin tərcümə sahəsi son illərdə xeyli inkişaf edib, hətta yunan-latın dilini orijinaldan tərcümə edən Türkiyə nəşriyyatlarının buraxdığı kitablar da Azərbaycanda yayılmaqdadır. Bununla belə, ədəbiyyat bilgisi yetərli olmayanlar üç dildə normal mətnləri oxumaqda çətinlik çəkirlər. Ona görə də azərbaycandilli nəşrlərə üstünlük verilir. 
Deputat bildirir ki, son vaxtlar Azərbaycan nəşriyyatları müəyyən tərcümə ədəbiyyatını nəşr edib, bu sahədə xeyli işlər görüblər. Orijinaldan olmasa belə, əsasən Nobel mükafatı laureatlarının əsərləri tərcümə olunur. Bu da bütövlükdə məsələyə müsbət təsir göstərə bilmir, çünki kitab oxumaq vərdişi orta məktəbdən ənənəyə çevrilməlidir. Onun sözlərinə görə, məktəbdə bunu sistemli şəkildə təlqin edən mexanizm yoxdur. Bu da öz təsirini yuxarı yaş qruplarında göstərməyə başlayır. Digər tərəfdən telefon, planşet və digər vasitələrlə daha çevik, rahat informasiya almaq vərdişi insanları tamamilə öz əsarətinə alıb. Bu da kitaba marağı, dəyəri arxa plana keçirir. 
Fazil Mustafa bildirir ki, bəzən insanlar ziyalı və ya çox oxumuş olduğunu  göstərmək üçün bir neçə diplomlarının olduğunu deyirlər. Bununla da özlərinin inkişafını, ziyalılığını müəyyən edirlər. Bu da əslində diplomu olub mütaliə etməyənlərin çoxluğunu ortaya qoyur. Deputat düşünür ki, belə məsələlərdə hansı yazıçıya üstünlük verilməsi də zövqlə bağlıdır. Təbii ki, Azərbaycanda istər gənc, istərsə də yaşlı yazarlar arasında müəyyən  ədəbiyyat nümunələri yaranır, amma bu ədəbiyyat cəlbedici olmur. 
Fazil Mustafa vurğulayır ki, ədəbiyyatın tanıtımı da  önəmlidir: "Hansı üslubda  yazının daha çox diqqəti cəlb etdiyinə baxmaq lazımdır. Bir sıra yerlərdə daha çox detektiv janrın oxunması ilə fəxr edirlər. Əslində, bu janr çox da maraqlı düşüncə tərzi aşılamır". 
Müsahibimizin fikrincə, fəlsəfi, mühakimə tərzini formalaşdıracaq ədəbiyyat yox səviyyəsindədir. Bu da sonrakı mərhələdə düşünən insan obrazının yetişməyini əngəlləyir. Azərbaycanda düşünən insan qıtlığı kifayət qədər özünü hiss etdirməkdədir. Bütün bunlar müzakirə olunub müəyyənləşdirilməlidir ki, hansı çıxış yolu var və prosesi necə tənzimləyə bilərik. Həm də burada məşhurluq da müəyyən rol oynayır. Məsələn, Orxan Pamuk Nobel mükafatı almasaydı, bəlkə də digər ölkələrdə bu qədər məşhurlaşa bilməyəcəkdi. Elə yazıçılar var ki, onlar məhz digər ölkələrdə məşhurlaşandan sonra öz ölkəsində dəyərə malik olurlar. Ən acınacaqlı durum odur ki, bizim yazıçılar beynəlxalq arenada  hansısa  əsəri ilə təlatüm yarada biləcək bir potensial ortaya qoya bilmirlər. Ancaq daxili auditoriya, daxili mühit üçün nələrsə yazmaq hələ böyük yazıçı olmaq mənasına gəlmir. Görünür, daha çox xarici müəlliflərin əsərlərini oxumaq və dəyər vermək də buradan qaynaqlanır.

 

Hazırda daha çox satılan tərcümə kitablarıdır

 

 "Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli qeyd edir ki, Azərbaycan dilində kitablara marağın artması sevindirici haldır:  "Məsələn, əvvəllər rus dilində kitabların satışı 70 faiz təşkil edirdisə, indi bu dildə kitabların satışı azalıb, 40-60 faiz arasındadır. Azərbaycan dilində kitabların satışı isə artır". 
Kitab mağazaları şəbəkəsinin rəhbəri deyir ki, pandemiya dövründə dünyada kitab satışları artsa da, təəssüf ki, Azərbaycanda satışda böyük fərq yaranmadı. Əsasən kitaba aidiyyəti olmayan, asudə vaxt keçirmək üçün pazl, nömrələrlə rəngləmə və digər məhsulların satışı artıb. Qonşu Gürcüstanla müqayisədə Azərbaycanda kitab mağazalarının sayı azdır. Gürcüstanda kitab satışı həyata keçirən mağazaların sayı 300-ə yaxın olduğu halda, Azərbaycanda bu say 60-dan çox deyil. Nəzərə alaq ki, Gürcüstanın əhalisi də Azərbaycandan daha azdır.
 Nigar Köçərlinin sözlərinə görə, hazırda tərcümə kitabları daha çox satılır.  O qeyd edir ki, satışın 80, bəzən 90 faizini digər dillərdən tərcümə olunmuş kitablar təşkil edir. Yerli yazıçıların kitabları satışda üstünlük təşkil etmir. Qiymətlər də kitabın keyfiyyəti, üz qabığı kimi bir sıra amillərdən asılı olaraq 5-15 manat arasında dəyişir. 

 

Mədəni-mənəvi dirçəlişin tək yolu kitabdır

 

"Qanun" Nəşrlər Evinin redaktoru, yazıçı Şərif Ağayar qəzetimizin əməkdaşına açıqlamasında deyib ki, Azərbaycanda kitab oxucuları getdikcə artmaqdadır. O, ötən il təşkil edilmiş sərgilərdə bunun şahidi olduğunu deyir. 
Şərif Ağayar vurğulayır ki, xarici yazıçılar qədər olmasa da, yerli yazarlara da maraq var. Təbliğat və işi yaxşı qurmaqdan çox şey asılıdır. Həm də kitab elə bir dəyərdir ki, ona münasibətdə heç bir ayrı-seçkilik olmamalıdır. Hamı çəkici eyni zindana döyməlidir. Xüsusən mətbuat və daha çox televiziyalar bu cür tədbirlərdə aktiv olmalı, oxucunun lazımınca məlumatlandırılmasına və kitab üçün evdən çıxıb gəlməsinə stimul verməlidir. Lap kitab almayan belə, ailəsini, yaxınlarını götürüb heç olmasa bir dəfə sərgidə iştirak etməlidir. Adi günlərdə kitab mağazalarına və endirim kampaniyalarına getmək lazımdır.
Ş.Ağayar deyir ki, kitaba xüsusi həssaslıqla yanaşmalı, işğaldan azad edilmiş ərazilərdə, respublikanın digər bölgələrində sərgilər keçirməliyik: "Ən əsası, kitab yayım şəbəkəsi modern prinsiplər üzərində daha yaxşı qurulmalıdır. Müstəqil nəşriyyatların inkişafı üçün xüsusi layihələr olmalı, ölkənin hər yerində geniş, müasir mağazalar açılmalıdır. Əvvəl ziyanla işləsə belə, bunlar yaradılmalı, müvafiq instansiyalar bu işdə maraqlı olmalıdırlar. Kitabı həyatımızda vacib komponent kimi hiss etməliyik".
O qeyd edir ki, bəzi ali təhsilli şəxslər illərlə kitab oxumur. Bu, dəhşətlidir, insan mütaliənin əhəmiyyətini anlamalıdır. Ölkə kimi də, fərd kimi də mədəni-mənəvi dirçəlişimizin tək yolu kitabdır. 
Şərif Ağayar tədricən bölgələrdə də kitab sərgiləri keçirmək fikrində olduqlarını deyir. Bircə kağızın və digər vacib ləvazimatlarım qiymətində artım çox olmasın. Hər hansı böhran kitab sahəsinə çox tez təsir edir. 
Müşahidələr, eyni zamanda mütəxəssis rəyləri də göstərir ki, texnologiyaların inkişafı kitab oxumağa marağı azaldır. Kitab oxumaq uşaqlıqdan aşılanmalı və böyüdükcə insanda vərdiş halına çevrilməlidir. İndi isə əksər valideynlər uşaqlarının nəinki digər ədəbiyyata, heç dərsliklərə belə həvəsləri olmadığını, onları oxumağa məcbur etdiklərini deyirlər. Bəs bu yanlış gedişat necə durdurulmalıdır? Axı kitab oxumaq özünüinkişafın, mənəvi ruhun qidasıdır. Mütaliə bir çox bacarıqları inkişaf etdirir. Bəs kitaba dəyər verməyən, oxumağa vaxt ayırmayan gənclik mənəvi qidasını nə ilə ödəyir?..

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!