16 Yanvar 2026 00:55
152
Qanunlar
A- A+
Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında

Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında


Azərbaycan Respublikasının Qanunu


Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 13-cü və 23-cü bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində nəqliyyat-ekspedisiya fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının (qurumlarının), habelə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin (bundan sonra - hüquqi şəxslər) və fərdi sahibkarların fəaliyyətini, həmçinin onlar arasında yaranan münasibətləri tənzimləyir.

1-ci fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. daşıyıcı – yük daşınması müqaviləsi əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar;

1.1.2. ekspeditor – nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müəyyənləşdirilən nəqliyyat-ekspedisiya xidmətlərini müştərinin tapşırığı və vəsaiti hesabına göstərən və ya üçüncü şəxslər vasitəsilə göstərilməsini təşkil edən hüquqi şəxs və ya fərdi sahibkar;

1.1.3. ekspeditora verilən muzd – nəqliyyat-ekspedisiya müqaviləsinin yerinə yetirilməsi üçün müştərinin ekspeditorun bank hesabına köçürülməklə ödədiyi pul;

1.1.4. müştəri – nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müəyyənləşdirilən nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi və ya üçüncü şəxslər vasitəsilə göstərilməsinin təşkil edilməsi üçün şəxsən və ya nümayəndəsi vasitəsilə tapşırıq verən və nəqliyyat-ekspedisiya xidmətlərinin istifadəçisi olan hüquqi və ya fiziki şəxs;

1.1.5. nəqliyyat-ekspedisiya fəaliyyəti – yüklərin daşınması ilə bağlı nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi üzrə ekspeditor tərəfindən həyata keçirilən sahibkarlıq fəaliyyəti;

1.1.6. nəqliyyat-ekspedisiya fəaliyyətinin iştirakçıları – müştərilər, ekspeditorlar, daşıyıcılar və nəqliyyat-ekspedisiya fəaliyyətinin həyata keçirilməsində iştirak edən digər hüquqi və fiziki şəxslər;

1.1.7. nəqliyyat-ekspedisiya xidmətləri – nəqliyyat-ekspedisiya müqaviləsi əsasında yüklərin bir və ya bir neçə nəqliyyat növü ilə daşınmasının təşkili və (və ya) həyata keçirilməsi ilə bağlı olan, ekspeditorlar tərəfindən göstərilən xidmətlər;

1.1.8. yük – daşınma məqsədilə təqdim edilmiş əmtəə və ya qeyri-əmtəə təyinatlı mal;

1.1.9. yük-nəqliyyat sənədi – müştəri və ya ekspeditor tərəfindən verilən, yükün müştəri tərəfindən təhvil verilməsini, eləcə də ekspeditor tərəfindən qəbul edilməsini, anbarda saxlanılmasını və təhvil verilməsini təsdiq edən sənəd.

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

Maddə 2. Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsindən, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan və bu sahəni tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

2.2. Ələt azad iqtisadi zonasında nəqliyyat-ekspedisiya fəaliyyəti sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Maddə 3. Bu Qanunun tətbiq dairəsi

3.1. Bu Qanun yüklərin ölkədaxili və beynəlxalq daşımaları ilə bağlı nəqliyyat-ekspedisiya fəaliyyətinin həyata keçirilməsi zamanı həmin fəaliyyətin iştirakçıları arasında yaranan münasibətlərə şamil olunur.

3.2. Bu Qanunun müddəaları aşağıdakılara şamil edilmir:

3.2.1. boru kəmərləri və elektrik şəbəkəsi vasitəsilə yüklərin daşınması;

3.2.2. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulan daşımalar;

3.2.3. Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 3.2-ci maddəsində nəzərdə tutulan yüklərin daşınması;

3.2.4. şəxsi istehlak məqsədilə onlayn platformalar vasitəsilə alınan yüklərin daşınması;

3.2.5. xüsusi təyinatlı poçt rabitəsi vasitəsilə poçt göndərişlərinin daşınması.

2-ci fəsil

NƏQLİYYAT-EKSPEDİSİYA FƏALİYYƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ

Maddə 4. Nəqliyyat-ekspedisiya fəaliyyətini həyata keçirmək üçün hüquqi əsaslar

4.1. Nəqliyyat-ekspedisiya xidmətləri müştəri və ekspeditor arasında bağlanılmış nəqliyyat-ekspedisiya müqaviləsi əsasında həyata keçirilir.

4.2. Hüquqi şəxslər və fərdi sahibkarlar nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı fəaliyyətin həyata keçirilməsi üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu halda zəruri lisenziyanı və icazəni almalı, habelə bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş müvafiq müqavilələri bağlamalıdırlar.

Maddə 5. Nəqliyyat-ekspedisiya fəaliyyətinin həyata keçirilməsinin əsas prinsipləri

5.1. Nəqliyyat-ekspedisiya fəaliyyətinin həyata keçirilməsinin əsas prinsipləri aşağıdakılardır:

5.1.1. nəqliyyat-ekspedisiya fəaliyyəti iştirakçılarının hüquq bərabərliyi;

5.1.2. nəqliyyat-ekspedisiya fəaliyyəti iştirakçılarının iradə sərbəstliyi;

5.1.3. nəqliyyat-ekspedisiya fəaliyyətinin bütün iştirakçılarının maraqlarının nəzərə alınması və qorunmasının təmin edilməsi;

5.1.4. nəqliyyat-ekspedisiya fəaliyyəti iştirakçılarının pozulmuş hüquqlarının bərpasının təmin edilməsi və məhkəmə müdafiəsi.

Maddə 6. Nəqliyyat-ekspedisiya xidmətləri

6.1. Nəqliyyat-ekspedisiya xidmətlərinə ekspeditor tərəfindən aşağıdakıların təşkili və (və ya) həyata keçirilməsi daxildir:

6.1.1. daşınma üçün yüklərin hazırlanması ilə bağlı xidmətlər: yükün yığılması, yükün tərkib hissələrinə ayrılması (mümkün olduğu halda), çəkisinin müəyyən olunması, taralanması və (və ya) qablaşdırılması, yenidən etiketlənməsi, markalanması, bərkidilməsi və çeşidləndirilməsi;

6.1.2. yüklərin yüklənməsi və boşaldılması ilə əlaqədar xidmətlər: yükləmə-boşaltma və yenidən yüklənmə, bağlama və saxlama, o cümlədən bir neçə nəqliyyat növündən istifadə edilməklə yerinə yetirilən yük daşımaları (qarışıq daşımalar) zamanı yükün yerinin dəyişdirilməsi, yerləşdirilməsi, bərkidilməsi;

6.1.3. yüklərin olduğu yerdə qəbulu, müxtəlif nəqliyyat növü ilə təyinat məntəqəsinə daşınması və təhvil verilməsi (o cümlədən yükün “qapıdan-qapıya” çatdırılması prinsipi ilə);

6.1.4. nəqliyyat vasitələrinin cəlb edilməsi, yüklərin vaxtında göndərilməsi üçün limanlara, dəmiryol stansiyalarına, anbarlara, terminallara və ya digər obyektlərə çatdırılması və daşınma üçün təqdim edilməsi;

6.1.5. müştərilərin mallarının daşınması üçün lazım olan avadanlıq, vaqon və konteynerlərlə təmin edilməsi (istifadəyə verilməsi), o cümlədən müştərilərə və daşıyıcıya (ekspeditorun daşıyıcı qismində çıxış etdiyi hal istisna olmaqla) kilidləmə və möhürləmə qurğularının verilməsi;

6.1.6. yüklərin kəmiyyətinin, eləcə də “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən keyfiyyətinin və texniki reqlamentlərin tələblərinə uyğunluğunun yoxlanılması ilə bağlı işlərin təşkili;

6.1.7. limanlarda, dəmiryol stansiyalarında, anbarlarda, terminallarda və ya digər obyektlərdə yüklərin gəlişinin və gedişinin qeydiyyatının aparılması;

6.1.8. yüklərin daşınması ilə bağlı daşıyıcıya sifarişlər verilməsi;

6.1.9. yük yerlərinin sayının, yüklərin çəkisinin və vəziyyətinin yoxlanılması, həmçinin itirilmiş yüklərin axtarışının təşkili;

6.1.10. nəqliyyat-ekspedisiya xidmətlərinin həyata keçirilməsi üzrə digər ekspeditorların xidmət növləri, tarifləri və iş rejimləri barədə məlumatların verilməsi;

6.1.11. xərclərin azaldılması məqsədilə nəqliyyat-ekspedisiya müqaviləsinin şərtlərinə uyğun olaraq, həmçinin bir neçə nəqliyyat növündən istifadə edilməklə yerinə yetirilən yük daşımaları zamanı (qarışıq daşımalar) yüklərin daşınması üçün optimal sxemin (marşrutun, ardıcıllığın) seçilməsi;

6.1.12. yüklərin daşınması üçün nəqliyyat-ekspedisiya müqaviləsinin, habelə Azərbaycan Respublikasının normativ hüquqi aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri ilə müəyyən edilən digər nəqliyyat sənədlərinin tərtib olunması (rəsmiləşdirilməsi);

6.1.13. müvafiq nəqliyyat növünə uyğun olaraq nəqliyyat vasitələrinin və yüklərin hazırlanması və əlavə təchizatı;

6.1.14. yüklərin gömrük, fitosanitar, karantin, qida təhlükəsizliyi, sərhəd təhlükəsizliyi, sanitar-gigiyena sahəsində normativ hüquqi aktların, o cümlədən müvafiq texniki reqlamentlərin tələblərinə uyğun olaraq daşınması;

6.1.15. yüklərin daşınma prosesində müşayiət edilməsi, mühafizəsi və yüklərin daşınmasına nəzarət olunması, habelə yüklərin daşınma prosesi ilə bağlı müştəriyə mütəmadi məlumat verilməsi;

6.1.16. gömrük orqanlarına bəyannamələrin, yüklərin və müşayiətedici sənədlərin təqdim edilməsi, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün tədbirlərin görülməsi;

6.1.17. nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi zamanı vergilərin, dövlət rüsumlarının, gömrük rüsumlarının və gömrük yığımlarının, habelə digər icbari ödənişlərin ödənilməsinin həyata keçirilməsi;

6.1.18. nəqliyyat-ekspedisiya xidmətlərinin həyata keçirilməsi ilə bağlı aidiyyəti hüquqi və fiziki şəxslərlə hesablaşmaların aparılması.

6.2. Nəqliyyat-ekspedisiya xidmətləri bu Qanunun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə və nəqliyyat-ekspedisiya müqaviləsinin şərtlərinə uyğun göstərilməlidir.

6.3. Ekspeditor yüklərin daşınması ilə bağlı nəqliyyat-ekspedisiya müqaviləsində nəzərdə tutulmuş və Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə zidd olmayan digər xidmətlər göstərə bilər.

 3-cü fəsil

NƏQLİYYAT-EKSPEDİSİYA FƏALİYYƏTİ SAHƏSİNDƏ DÖVLƏT TƏNZİMLƏMƏSİ

Maddə 7. Nəqliyyat-ekspedisiya fəaliyyəti sahəsində dövlət tənzimləməsinin əsas məqsədləri və dövlətin vəzifələri

7.1. Nəqliyyat-ekspedisiya fəaliyyəti sahəsində dövlət tənzimləməsinin əsas məqsədləri nəqliyyat-ekspedisiya xidmətləri bazarının formalaşması, inkişafı və Azərbaycan Respublikasının, həmçinin hüquqi şəxslərin və fərdi sahibkarın iqtisadi maraqlarının qorunmasıdır.

7.2. Nəqliyyat-ekspedisiya fəaliyyəti sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:

7.2.1. vahid dövlət siyasətinin formalaşdırılması, o cümlədən dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların və bu kimi digər sənədlərin (bundan sonra – dövlət proqramları) hazırlanması və həyata keçirilməsi;

7.2.2. Azərbaycan Respublikasının normativ hüquqi aktlarının qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması;

7.2.3. nəqliyyat-ekspedisiya fəaliyyətinin həyata keçirilməsi zamanı ətraf mühitin mühafizəsi;

7.2.4. inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətin qarşısının alınması, azad və sağlam rəqabət mühitinin təmin olunması, eləcə də müştəri və ekspeditorun hüquqlarının qorunması üçün tədbirlərin görülməsi;

7.2.5. investisiya mühitinin yaxşılaşdırılması, habelə yerli və xarici investisiyaların cəlb edilməsi üçün tədbirlərin görülməsi;

7.2.6. normativ hüquqi aktların tələblərinə riayət olunmasının təmin edilməsi və pozulmasının qarşısının alınması.

Maddə 8. Nəqliyyat-ekspedisiya fəaliyyətinə dövlət dəstəyi

8.1. Nəqliyyat-ekspedisiya fəaliyyətinə dövlət dəstəyi nəqliyyat sahəsində və digər iqtisadi sahələrdə inkişafın təmin edilməsi ilə bağlı qəbul edilən dövlət proqramlarına uyğun olaraq müəyyənləşdirilir və həyata keçirilir.

8.2. Nəqliyyat-ekspedisiya fəaliyyətinə dövlət dəstəyi aşağıdakıları əhatə edir:

8.2.1. nəqliyyat-ekspedisiya xidmətlərinin həcminin artırılması;

8.2.2. nəqliyyat-ekspedisiya fəaliyyəti ilə bağlı normativ hüquqi aktların hazırlanmasında ekspeditorların ictimai birliklərinin iştirakının təmin edilməsi;

8.2.3. ekspeditorların nəqliyyat-ekspedisiya fəaliyyəti sahəsində maarifləndirilməsi üçün informasiya-məsləhət xidmətinin təşkili;

8.2.4. ixtisaslaşmış müəssisələr cəlb edilməklə nəqliyyat-ekspedisiya fəaliyyəti sahəsində çalışan şəxslərin peşə hazırlığının və ixtisaslarının artırılması üçün ödənişli təlimlərin təşkil edilməsi;

8.2.5. ekspeditorların ictimai birliklərinin yaradılmasının və fəaliyyətinin dəstəklənməsi;

8.2.6. ekspeditorların ictimai birliklərinin nəqliyyat-ekspedisiya fəaliyyəti sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlığının təşviq və inkişaf etdirilməsi;

8.2.7. Azərbaycan Respublikası ekspeditorlarının beynəlxalq bazarda rəqabət qabiliyyətinin artırılması.

4-cü fəsil

NƏQLİYYAT-EKSPEDİSİYA MÜQAVİLƏSİ

Maddə 9. Nəqliyyat-ekspedisiya müqaviləsinin mahiyyəti

9.1. Nəqliyyat-ekspedisiya müqaviləsinə əsasən, bir tərəf (ekspeditor) ona veriləcək muzd müqabilində digər tərəfin (müştəri) tapşırığı əsasında və vəsaiti hesabına müqavilədə nəzərdə tutulan nəqliyyat-ekspedisiya xidmətlərinin təşkilini və göstərilməsini həyata keçirir.

9.2. Nəqliyyat-ekspedisiya xidmətləri mütəmadi həyata keçirildikdə müştəri ilə ekspeditor arasında uzunmüddətli nəqliyyat-ekspedisiya müqavilələri bağlanıla bilər.

Maddə 10. Nəqliyyat-ekspedisiya müqaviləsi

10.1. Nəqliyyat-ekspedisiya müqaviləsi yazılı formada (kağız daşıyıcıda və ya elektron sənəd formasında) bağlanılır.

10.2. Nəqliyyat-ekspedisiya müqaviləsinin bağlanılması məqsədilə ekspeditor müştəriyə aşağıdakı məlumatları və sənədləri təqdim edir:

10.2.1. hüquqi şəxs üçün – adı, faktiki və hüquqi ünvanı, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və vergi uçotuna alınması haqqında şəhadətnamənin surətləri;

10.2.2. fərdi sahibkar üçün – soyadı, adı və atasının adı, eləcə də qeydiyyat ünvanı, vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti;

10.2.3. ekspeditor tərəfindən göstərilən nəqliyyat-ekspedisiya xidmətlərinin siyahısı və muzdun məbləği;

10.2.4. nəqliyyat-ekspedisiya xidmətləri üzrə muzdun və nəqliyyat-ekspedisiya müqaviləsinin icrası üzrə çəkilən xərclərin həyata keçirilmə forması və hesablaşma qaydası;

10.2.5. müxtəlif nəqliyyat növləri ilə yüklərin daşınması tarifləri, belə daşımaların müddəti (o cümlədən çatdırılma müddəti), qaydaları və şərtləri haqqında məlumat;

10.2.6. müştərinin sorğu etdiyi digər məlumatlar (əldə edilməsi qanunla məhdudlaşdırılan məlumatlar həmin məlumatlardan istifadəni tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğun olaraq ekspeditor tərəfindən verilir).

10.3. Nəqliyyat-ekspedisiya müqaviləsində aşağıdakı şərtlər və məlumatlar qeyd edilir:

10.3.1. müqavilənin tərəfləri haqqında məlumatlar:

10.3.1.1. hüquqi şəxslər üçün – adı, hüquqi ünvanı, təşkilati-hüquqi forması və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

10.3.1.2. fərdi sahibkarlar üçün – soyadı, adı, atasının adı, qeydiyyat ünvanı və fərdi identifikasiya nömrəsi, habelə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

10.3.1.3. əcnəbilər və vətəndaşlığı olmayan fərdi sahibkarlar üçün – soyadı və adı (adları), Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda qeydiyyat ünvanı, eləcə də fərdi identifikasiya nömrəsi (olduqda);

10.3.2. nəqliyyat-ekspedisiya xidmətinin növü;

10.3.3. yükün adı, növü, çəkisi və həcmi;

10.3.4. xidmətin göstərilmə, o cümlədən yükün daşınma müddəti;

10.3.5. yükün olduğu yer (çıxış yeri) və təyinat yeri;

10.3.6. tərəflərin hüquqları və vəzifələri;

10.3.7. müştərinin tapşırıqları;

10.3.8. tariflərdə, hərəkət sxemində (marşrutunda), daşınma şərtlərində, nəqliyyat növündə, nəqliyyat vasitələrində, yükün çatdırılma üsulunda, daşınma qaydasında (ardıcıllığında) və müştərinin tapşırıqlarında ediləcək dəyişikliklərin razılaşdırılması qaydası;

10.3.9. ekspeditora ödənilən muzdun məbləği;

10.3.10. müqavilənin müddəti;

10.3.11. tərəflərin məsuliyyəti (o cümlədən tərəflərin iradəsindən asılı olmayan səbəblərdən dəymiş ziyana görə);

10.3.12. müqavilənin ləğvi əsasları və qaydası;

10.3.13. müqavilə ilə müəyyən edilən yüklərin, nəqliyyat vasitələrinin, risklərin sığortası, vurulan zərərə görə mülki məsuliyyətin sığortası və müqavilənin ləğvi nəticəsində tərəflərə dəyən zərərin ödənilməsi şərtləri və qaydası;

10.3.14. mübahisələrin həlli qaydası;

10.3.15. bu Qanunun 27.9-cu maddəsinə uyğun olaraq pretenziya vermək hüququnun başqasına verilməsi halı və təsdiqi qaydası;

10.3.16. hesablaşma qaydası;

10.3.17. tərəflərin məxfi hesab etdiyi məlumatlar;

10.3.18. tərəflərin bank rekvizitləri.

10.4. Müqavilənin digər şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

10.5. Müştəri və ekspeditor qarşılıqlı razılıq əsasında Azərbaycan Respublikasının normativ hüquqi aktlarına zidd olmaması şərtilə, bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlardan əlavə şərtlər müəyyən edə bilərlər.

10.6. Ekspeditor tərəfindən göstəriləcək nəqliyyat-ekspedisiya xidmətlərinin növlərindən asılı olaraq daşıma, tapşırıq, podrat, komissiya və nəqliyyat-ekspedisiya müqavilələrini əhatə edən qarışıq müqavilələr bağlanıla bilər.

10.7. Ekspeditor tərəfindən müştəriyə göstərilən, o cümlədən Azərbaycan Respublikasının və ya digər dövlətlərin ərazisində yüklərin ixrac, idxal, tranzit, eləcə də ölkədaxili daşınması ilə bağlı olan nəqliyyat-ekspedisiya xidmətlərinin dairəsi nəqliyyat-ekspedisiya müqaviləsində tərəflərin razılığı ilə müəyyən olunur. 

Maddə 11. Nəqliyyat-ekspedisiya müqaviləsi üzrə ekspeditorun hüquqi statusu

11.1. Nəqliyyat-ekspedisiya müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, nəqliyyat-ekspedisiya müqaviləsinin icrası zamanı ekspeditor öz adından və ya müştərilərinin adından üçüncü şəxslərlə müqavilələr bağlamaq hüququna malikdir.

11.2. Üçüncü şəxslərə münasibətdə ekspeditor bu Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, öz adından hərəkət edir. Ekspeditorun öz adından bağladığı müqavilələr üzrə hüquq və vəzifələr ekspeditora aiddir.

11.3. Nəqliyyat-ekspedisiya müqaviləsi ilə nəzərdə tutulan hallarda, eləcə də müqavilədə ekspeditora belə hüquq verilmədikdə müştəri tərəfindən verilən etibarnamə əsasında ekspeditor üçüncü şəxslərlə münasibətlərdə müştərinin adından hərəkət edir. Bu zaman ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müştərinin adından bağladığı bütün müqavilələrin əslini 5 (beş) gün ərzində müştəriyə təqdim etməlidir.

11.4. Ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsində nəzərdə tutulmuş öhdəliklərinin icrası üçün başqa ekspeditor cəlb etdikdə müştərinin razılığı ilə əlavə nəqliyyat-ekspedisiya müqaviləsi bağlamalıdır. Bu halda digər ekspeditoru cəlb edən ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsinə əsasən müştərinin hüquq və vəzifələrini əldə edir.

Maddə 12. Nəqliyyat-ekspedisiya fəaliyyəti həyata keçirilərkən sənədlərin rəsmiləşdirilməsi

12.1. Nəqliyyat-ekspedisiya müqaviləsi çərçivəsində xidmətlər göstərilərkən yükü müşayiət edən sənədlər, eləcə də aşağıdakı yük-nəqliyyat sənədləri tərtib olunur:

12.1.1. ekspeditora tapşırıq – müştəri tərəfindən tərtib edilir;

12.1.2. ekspeditorun qeydi – ekspeditor tərəfindən tərtib edilir;

12.1.3. anbar qeydi – ekspeditor tərəfindən tərtib edilir;

12.1.4. bu Qanunun 2.1-ci maddəsində qeyd edilən normativ hüquqi aktlarla nəzərdə tutulan digər yük-nəqliyyat sənədləri – həmin normativ hüquqi aktlarla müəyyən edilən qaydada və şəxslər tərəfindən tərtib edilir.

12.2. Yük-nəqliyyat sənədləri rəsmiləşdirilməmiş nəqliyyat-ekspedisiya xidmətləri həyata keçirilə bilməz. Ekspeditora tapşırığın rəsmiləşdirilməsi bu Qanunun 13-cü maddəsi ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

12.3. Ekspeditorun qeydində və yük anbarda saxlanılmağa qəbul edilərkən tərtib edilən anbar qeydində aşağıdakı məlumatlar göstərilir:

12.3.1. nəqliyyat-ekspedisiya xidmətlərinin başlanılması və yekunlaşdırılması tarixləri;

12.3.2. yükün qəbul edilməsi;

12.3.3. yükün adı, növü, çəkisi və həcmi;

12.3.4. yükün görünüşü və vəziyyəti;

12.3.5. qablaşdırmanın növü və vəziyyəti;

12.3.6. yükün olduğu yer (çıxış yeri) və təyinat yeri, eləcə də yük yerləri;

12.3.7. yükün dəyəri (müştəri tərəfindən yükün dəyəri elan edildiyi təqdirdə qeyd olunur);

12.3.8. yükün daşınma və ya anbarda saxlanma müddəti;

12.3.9. xüsusi təhlükəli və potensial təhlükəli yük olduqda – təhlükənin konkret növü, rəftar qaydası və belə hallarda yerinə yetirilməli ehtiyat tədbirləri;

12.3.10. nəqliyyat-ekspedisiya xidmətlərinin şərtləri barəsində müştərinin xüsusi göstərişləri;

12.3.11. yüklə birlikdə verilmiş sənədlərin siyahısı;

12.3.12. qeydin tərtib edildiyi yer və tarix;

12.3.13. qeydi tərtib edən şəxsin vəzifəsi, soyadı, adı və atasının adı.

12.4. Ekspeditor qeydinin və anbar qeydinin 1 (bir) nüsxəsi 2 (iki) gün ərzində ekspeditor tərəfindən müştəriyə (yük alana) təqdim edilir.

12.5. Nəqliyyat-ekspedisiya müqaviləsinin tərəfləri bu Qanunun 12.3-cü, 13.1-ci və 13.3-cü maddələrində nəzərdə tutulanlara əlavə olaraq zəruri hesab etdikləri digər məlumatları yük-nəqliyyat sənədlərinə daxil edə bilərlər.

12.6. Beynəlxalq yük daşımaları ilə bağlı nəqliyyat-ekspedisiya xidmətləri həyata keçirilərkən Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulan sənədlərin, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən bu sahədə tövsiyə olunan sənədlərin nümunələrindən istifadə olunur.

12.7. Nəqliyyat-ekspedisiya müqaviləsinə əsasən ekspeditor bir yük-nəqliyyat sənədi (ekspeditorun qeydi və ya anbar qeydi) əsasında bir neçə müştərinin yüklərinin daşınmasını həmin müştərilərin hamısının adından yükgöndərən və ya yükalan qismində çıxış etməsi şərtilə təşkil edə bilər.

12.8. Əgər bir neçə müştərinin yükünün aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq daşınmasını təşkil edə bilər.

12.9. Azərbaycan Respublikasının ərazisində daxili daşınan yüklər dövlət dilində, digər ölkələrə daşınan yüklər isə xarici dildə tərtib edilən yük-nəqliyyat sənədləri ilə müşayiət olunur.

12.10. Nəqliyyat-ekspedisiya müqaviləsi ilə başqa hal nəzərdə tutulmadıqda, ekspeditor yükün təyinat yerində daşıyıcıdan təhvil alınması zamanı müvafiq rəsmiləşdirmələrin aparılmasında iştirak edir.

Maddə 13. Ekspeditora tapşırığın verilməsi və icrasına başlanılması

13.1. Müştəri nəqliyyat-ekspedisiya müqaviləsinə uyğun olaraq nəqliyyat-ekspedisiya xidmətlərinin təşkili və göstərilməsi üçün ekspeditora tapşırıq (müştəri, ekspeditor və tapşırığın məzmunu haqqında məlumatların qeyd edildiyi ekspeditora tapşırıq sənədi üzrə) verir. Müştəri ilə bağlanılmış nəqliyyat-ekspedisiya müqaviləsi əsasında verilmiş tapşırıq bu Qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmadıqda, yaxud müqavilənin şərtlərinə zidd deyilsə ekspeditor tərəfindən dərhal icra edilmək üçün qəbul olunur.

13.2. Nəqliyyat-ekspedisiya müqaviləsinin şərtlərindən kənara çıxdığı hallarda müştəri tərəfindən verilən tapşırığın icra edilməsi üçün ekspeditorun yazılı razılığı (kağız daşıyıcıda və ya elektron sənəd formasında) tələb olunur. Müştəri tərəfindən ekspeditordan həmin razılıq alındıqda yeni nəqliyyat-ekspedisiya müqaviləsi bağlanılır.

13.3. Müştəri tərəfindən ekspeditora tapşırıq sənədi doldurulduqdan və imzalandıqdan (o cümlədən elektron qaydada doldurulduqdan və elektron imza ilə imzalandıqdan) sonra nəqliyyat-ekspedisiya müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, ekspeditora kağız daşıyıcıda və ya bu Qanunun 13.6-cı maddəsində göstərilən üsullarla təqdim edilir. Həmin sənəddə tapşırığın düzgün icrası üçün lazım olan bütün məlumatlar, o cümlədən yükün xüsusiyyətləri (xarakteri), markalanması, çəkisi, həcmi və yük yerləri barədə tam və etibarlı məlumatlar qeyd edilməlidir.

13.4. Ekspeditor ekspeditora tapşırıq sənədinə nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş müddətdə, müqavilədə müddət müəyyən edilmədikdə isə 3 (üç) iş günü ərzində baxdıqdan sonra həmin sənəd üzərində tapşırığı qəbul etməsi və ya imtina səbəbi əsaslandırılmaqla, tapşırığı rədd etməsi barədə qeydi müştəriyə təqdim edir.

13.5. Ekspeditora tapşırıq sənədinin icrasına həmin tapşırığın qəbul edilməsi barədə ekspeditorun yazılı razılığının (kağız daşıyıcıda və ya elektron sənəd formasında) müştəriyə çatdığı gündən başlanılır.

13.6. Faksimil və digər elektron vasitələrlə ekspeditora tapşırığın verilməsi və ya verilən tapşırığın dəyişdirilməsi və ya geri götürülməsi qaydası və şərtləri tərəflər arasında bağlanılmış nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilir.

Maddə 14. Nəqliyyat-ekspedisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı muzdun ödənilməsi

14.1. Ekspeditora ödənilən muzda nəqliyyat-ekspedisiya müqaviləsinin icrasına cəlb edilən şəxslərə ödənilən xidmət haqları, habelə müqavilənin icrası üzrə ekspeditorun çəkdiyi xərclər, gömrük ödənişləri, vergilər və digər icbari ödənişlər daxil deyildir.

14.2. Ekspeditorun müqavilənin icrası üzrə çəkdiyi xərcləri nəqliyyat-ekspedisiya müqaviləsinin icrasına cəlb edilən şəxslər və aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən verilən sənədlər (faktura, hesab-faktura, qaimə və s.) əsasında təsdiq edilir.

Maddə 15. Nəqliyyat-ekspedisiya müqaviləsinin birtərəfli qaydada ləğvi

15.1. Hər bir tərəf 30 (otuz) iş günü əvvəldən digər tərəfə yazılı qaydada (kağız daşıyıcıda və ya elektron sənəd formasında) xəbərdarlıq etməklə nəqliyyat-ekspedisiya müqaviləsini ləğv etmək hüququna malikdir.

15.2. Bu Qanunun 15.3-cü və 15.4-cü maddələrində qeyd edilən hallar istisna olmaqla, nəqliyyat-ekspedisiya müqaviləsi birtərəfli qaydada ləğv edildiyi halda, müqavilənin ləğvi ilə bağlı müraciət edən tərəf digər tərəfə müqavilənin ləğv edilməsi ilə bağlı dəymiş zərəri və əldən çıxmış gəlirlərini ödəyir. Müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı dəymiş zərər və əldən çıxmış gəlirlər üzrə ödənilən vəsait nəqliyyat-ekspedisiya müqaviləsinin icrası üzrə çəkdiyi xərclərin ödənilməsi üçün kifayət etmədikdə, hər bir tərəf ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.

15.3. Nəqliyyat-ekspedisiya müqaviləsi birtərəfli qaydada ləğv edildiyi halda, müştəri muzdun ekspeditor tərəfindən göstərilmiş nəqliyyat-ekspedisiya xidmətlərinin həcminə uyğun olan hissəsini və ekspeditorun müqavilənin icrası üzrə çəkdiyi xərcləri təsdiqedici sənədlər əsasında ödəyir. Müştəri qeyd edilən ödənişləri tam ödəmədikdə ekspeditor onların tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.

15.4. Nəqliyyat-ekspedisiya müqaviləsi ekspeditorun həmin müqaviləni düzgün yerinə yetirməməsi nəticəsində birtərəfli qaydada ləğv edildiyi halda müştərinin, əgər bu Qanunda və müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa, müqavilənin ləğv edilməsi ilə bağlı dəymiş zərərin və əldən çıxmış gəlirlərinin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

5-ci fəsil

MÜŞTƏRİNİN VƏ EKSPEDİTORUN HÜQUQ VƏ VƏZİFƏLƏRİ, EKSPEDİTORLARIN İCTİMAİ BİRLİKLƏRİ

Maddə 16. Müştərinin hüquqları

16.1. Müştərinin hüquqları aşağıdakılardır:

16.1.1. nəqliyyat-ekspedisiya xidmətlərini, yükalanı və ya təyinat yerini, nəqliyyat-ekspedisiya müqaviləsində başqa hal nəzərdə tutulmadıqda nəqliyyatın növünü, nəqliyyat vasitələrini, hərəkət sxemini (marşrutunu), yüklərin çatdırılma üsulunu, daşınma qaydasını (ardıcıllığını) və digər şərtlərini seçmək və dəyişdirmək;

16.1.2. yükün dəyərini elan etmək, eləcə də yük barəsində sərəncam vermək və ya sərəncam hüququnu digər şəxsə ötürmək;

16.1.3. ekspeditordan nəqliyyat-ekspedisiya xidmətlərinin gedişi, o cümlədən yükün daşınmasının təşkili və həyata keçirilməsi barədə məlumat verilməsini tələb etmək;

16.1.4. bu Qanun və nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş qaydada ekspeditora tapşırıqlar vermək;

16.1.5. ekspeditora əvvəlcədən yazılı formada (kağız daşıyıcıda və ya elektron sənəd formasında) və ya bu Qanunun 13.6-cı maddəsində göstərilən üsullarla tapşırığın dəyişdirilməsi və ya geri götürülməsi barədə məlumat vermək, nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş qaydada ekspeditorun razılığını almaq və yaranan xərcləri və ekspeditorla razılaşdırılmış əlavə muzdu ödəmək şərtilə ekspeditora verdiyi tapşırığı dəyişmək və ya geri götürmək;

16.1.6. daşıma şərtləri pozulduqda ekspeditordan təxirəsalınmadan bu barədə məlumatı, eləcə də ekspeditorun bağladığı müqavilələri (müştərinin yüklərinin daşınması ilə bağlı) və yükə dair digər zəruri sənədləri almaq;

16.1.7. bu Qanunla müəyyən edilmiş qaydada nəqliyyat-ekspedisiya müqaviləsini birtərəfli qaydada ləğv etmək;

16.1.8. bu Qanunla müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.

Maddə 17. Müştərinin vəzifələri

17.1. Müştərinin vəzifələri aşağıdakılardır:

17.1.1. ekspeditor qarşısında nəqliyyat-ekspedisiya müqaviləsi üzrə müəyyən edilmiş öhdəlikləri yerinə yetirmək və müqavilədə razılaşdırılmış müddətlərə riayət etmək;

17.1.2. nəqliyyat-ekspedisiya müqaviləsində başqa hal nəzərdə tutulmadıqda yükü (habelə itirilmədən (məhv olmadan), əskik çıxmadan və ya zədələnmədən (xarab olmadan) qorunması tələb olunan yükləri onlar üçün müəyyən edilmiş tələblərə uyğun olaraq) daşınma üçün hazırlanmış, o cümlədən taralarda və (və ya) qablaşdırmada ekspeditora təhvil vermək;

17.1.3. nəqliyyat növünün, nəqliyyat vasitələrinin, hərəkət sxeminin (marşrutunun), yüklərin çatdırılma üsulunun, daşınma qaydasının (ardıcıllığının) və digər şərtlərinin, yükalanın və ya təyinat yerinin dəyişdirilməsi barədə ekspeditora ən geci 3 (üç) iş günü əvvəlcədən yazılı formada (kağız daşıyıcıda və ya elektron sənəd formasında) və ya bu Qanunun 13.6-cı maddəsində göstərilən üsullarla məlumat vermək və bununla əlaqədar yaranan xərcləri ödəmək;

17.1.4. ekspeditora tapşırığı rəsmiləşdirmək, eləcə də onun tamlığını və etibarlılığını təmin etmək;

17.1.5. nəqliyyat-ekspedisiya müqaviləsi üzrə öhdəliklərin düzgün icra edilməsi, yüklərin təhlükəsiz şəraitdə daşınması, gömrük, fitosanitar, karantin, qida təhlükəsizliyi, sərhəd təhlükəsizliyi, sanitar-gigiyena sahəsində normativ hüquqi aktların, o cümlədən müvafiq texniki reqlamentin tələblərinə riayət olunması üçün zəruri olan müşayiətedici sənədləri ekspeditora təqdim etmək;

17.1.6. nəqliyyat-ekspedisiya müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün zəruri olduqda ekspeditora etibarnamə vermək;

17.1.7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 853.1-ci maddəsində nəzərdə tutulmuş məlumatları, habelə yükün adı, keyfiyyəti və digər xüsusiyyətləri (xarakteri), daşınma şərtləri, eləcə də üçüncü şəxslərə və ya onların əmlakına, digər yüklərə və ya ətraf mühitə zərər vura biləcək tez xarab olma xüsusiyyətləri (xarakteri) barədə ekspeditora tam, dəqiq və etibarlı məlumatları yazılı formada vermək;

17.1.8. ekspeditora verdiyi tapşırığı dəyişdirməsi və ya geri götürməsi barədə 2 (iki) iş günü ərzində məlumat vermək, bununla əlaqədar nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş qaydada ekspeditorun razılığını almaq və yaranan xərcləri və ekspeditorla razılaşdırılmış əlavə muzdu ödəmək;

17.1.9. ekspeditorun nəqliyyat-ekspedisiya müqaviləsinin icrası üzrə çəkdiyi xərcləri (təsdiqedici sənədlər əsasında) və muzdu ödəmək;

17.1.10. Azərbaycan Respublikasının normativ hüquqi aktlarında və ya nəqliyyat-ekspedisiya müqaviləsində başqa hal nəzərdə tutulmadıqda ekspeditora verdiyi qeyri-dəqiq və ya natamam məlumatlar və ya tapşırıqlar, həmçinin müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi nəticəsində ətraf mühitə, əmlaka, ekspeditora və digər şəxslərə vurduğu zərəri ödəmək;

17.1.11. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

17.2. Müştəri ekspeditorun nəqliyyat-ekspedisiya müqaviləsinin icrası üzrə çəkdiyi xərcləri (təsdiqedici sənədlər əsasında) və muzdu ödəyənə və ya həmin ödənişlərin edilməsinə zəmanət verənə qədər ekspeditora yükün saxlanılmasına çəkdiyi xərclər üzrə ödənişləri həyata keçirməlidir.

17.3. Nəqliyyat-ekspedisiya müqaviləsinin şərtlərinə uyğun olaraq müşayiəti daşıyıcı və ya ekspeditor tərəfindən təşkil edilməli yüklər istisna olmaqla, aşağıdakı yüklərin müşayiət olunması onların daşınma təhlükəsizliyinə zəmanət verilməklə və yüklərin daşınması zamanı baş vermiş qəza hadisəsi barədə xəbərdarlıq etməklə, həmçinin qəzanın nəticələrini aradan qaldırmaq üçün lazımi vasitələrə və işçi qüvvəyə malik olmaqla müştəri tərəfindən təşkil edilir:

17.3.1. öz xüsusiyyətlərinə görə xüsusi daşıma şəraiti tələb edən yüklər (partlayıcı və pirotexniki materiallar, radioaktiv, sıxılmış və özüalışan maddələr, sıxılmış və mayeləşdirilmiş qazlar, tezalışan mayelər (maye yanacaqlardan başqa), güclü zəhərləyici təsiri olan maddələr, aşındırıcı maddələr və digər təhlükəli yüklər);

17.3.2. xüsusi mühafizə tələb edən yüklər (qiymətli daşlar və metallar, zərgərlik, incəsənət məmulatları və əntiq əşyalar, rəsm əsərləri, heykəllər və digər incəsənət əsərləri);

17.3.3. daşıma prosesində qulluq tələb edən yüklər (canlı heyvanlar, dərman vasitələri, tez xarab olan mallar, kövrək və qırıla bilən əşyalar, musiqi alətləri, elektron və optik alətlər və digər bu kimi yüklər).

Maddə 18. Ekspeditorun hüquqları

18.1. Ekspeditorun hüquqları aşağıdakılardır:

18.1.1. yükgöndərən və yükalan qismində çıxış etmək;

18.1.2. yükü təhvil aldığı (qəbul etdiyi) zaman müştəridən aşkar edilmiş çatışmazlıqların aradan qaldırmasını tələb etmək;

18.1.3. nəqliyyat-ekspedisiya müqaviləsində başqa hal nəzərdə tutulmadıqda müqavilə üzrə öhdəliklərini yerinə yetirmək üçün üçüncü şəxsləri cəlb etmək;

18.1.4. daşıma müqaviləsi əsasında yüklərin daşıyıcılar tərəfindən daşınmasına nəzarət etmək və ya sərəncamında olan nəqliyyat vasitələri ilə yüklərin daşınmasını həyata keçirmək;

18.1.5. nəqliyyat-ekspedisiya müqaviləsində nəzərdə tutulan qaydada nəqliyyatın növünü, nəqliyyat vasitələrini, hərəkət sxemini (marşrutunu), yüklərin çatdırılma üsulunu, daşınma qaydasını (ardıcıllığını) və digər şərtlərini seçmək və ya dəyişdirmək, bu məqsədlə müqavilələr bağlamaq;

18.1.6. müştəridən nəqliyyat-ekspedisiya müqaviləsi üzrə vəzifələrinin icrası üzrə çəkilən xərclərin (təsdiqedici sənədlər əsasında), habelə müqavilə ilə müəyyən edilmiş muzdun ödənilməsini tələb etmək;

18.1.7. müştəridən nəqliyyat-ekspedisiyası müqaviləsinin həmin müqavilədə qeyd edilən tələblərə uyğun yerinə yetirilməsi üçün yükə dair sənədlərin və məlumatların alınmasına qədər nəqliyyat-ekspedisiya müqaviləsi üzrə öhdəliklərin icrasına başlamamaq;

18.1.8. müştərinin nəqliyyat-ekspedisiya müqaviləsinin düzgün yerinə yetirilməsi üçün təqdim etdiyi sənədlərin və məlumatların həqiqiliyini yoxlamaq;

18.1.9. müştərinin tapşırıqlarından kənara çıxmaq zərurəti yarandıqda, xüsusən yükün zədələnməsinə, insanların həyat və sağlamlığına, əmlakın və ətraf mühitin təhlükəsizliyinə təhdidlər yarandığı hallarda bununla bağlı müştərinin əvvəlcədən razılığını almaq üçün bu cür zərurət yarandığı andan dərhal sonra sorğu vermək, eləcə də bu sorğuya 1 (bir) gün ərzində cavab almaq mümkün olmadıqda, müştərini mümkün olduğu ilk anda məlumatlandırmaq şərtilə öz mülahizəsi əsasında hərəkət etmək;

18.1.10. müştərinin bu Qanunun və nəqliyyat-ekspedisiya müqaviləsinin şərtlərinə uyğun olmayan tapşırıqlarının icrasından imtina etmək;

18.1.11. bu Qanunun 19-cu maddəsində qeyd olunan halda yükü saxlamaq və ya saxlanılması üçün üçüncü tərəfə təqdim etmək;

18.1.12. bu Qanunla müəyyən edilmiş qaydada nəqliyyat-ekspedisiya müqaviləsini birtərəfli qaydada ləğv etmək;

18.1.13. bu Qanunun 21.2-ci maddəsində qeyd edilən məqsədlərə nail olmaq üçün ekspeditorların ictimai birliklərini yaratmaq;

18.1.14. bu Qanunda müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.

18.2. Ekspeditor təhlükəli, tez xarab olan və xüsusi daşınma şərtləri (şəraiti) tələb edən yükləri müştəri tərəfindən onların daşınma şərtləri (şəraiti) barədə yazılı və ya elektron formada məlumat verildiyi halda qəbul edir (təhvil alır).

Maddə 19. Ekspeditorun yükü saxlamaq hüququ

19.1. Ekspeditor müştəri tərəfindən nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilən öhdəliklər icra olunmadıqda, eləcə də müqavilənin icrası üzrə çəkdiyi xərcləri və muzdu ödənilmədikdə müştərinin yükünü saxlamaq hüququna malikdir. Ekspeditor yükün saxlanılması barədə növbəti gündən gec olmayaraq müştəriyə yazılı məlumat (kağız daşıyıcıda və ya elektron sənəd formasında) verir.

19.2. Ekspeditor yükü müştəri tərəfindən nəqliyyat-ekspedisiya müqaviləsində göstərilən öhdəliklər icra olunana, eləcə də müqavilənin icrası üzrə çəkdiyi xərcləri, muzdu və yükün saxlanılma xərcləri ödənilənə və ya müştəri tərəfindən həmin ödənişlərin edilməsinə zəmanət verilənə və ya həmin ödənişlər üzrə müvafiq məbləğin məhkəmədə depozitə qoyulmasına qədər saxlaya bilər.

Maddə 20. Ekspeditorun vəzifələri

20.1. Ekspeditorun vəzifələri aşağıdakılardır:

20.1.1. müştəri qarşısında nəqliyyat-ekspedisiya müqaviləsi üzrə müəyyən edilmiş öhdəlikləri yerinə yetirmək;

20.1.2. yükü xarici xüsusiyyətlərinə (görünüşü, vəziyyəti, yerlərin sayı, qablaşdırmanın növü və vəziyyəti, tarası, markalanması), habelə ekspeditorun qeydi və anbar qeydi sənədlərinə əsasən təhvil almaq (qəbul etmək);

20.1.3. yükü təhvil aldıqda (qəbul etdikdə) yük-nəqliyyat sənədlərini rəsmiləşdirmək, eləcə də onların tamlığına və etibarlılığına nəzarət etmək;

20.1.4. yükü təhvil aldığı (qəbul etdiyi) zaman yükün nəqliyyat vasitəsinə düzgün yüklənməsini yoxlamaq;

20.1.5. nəqliyyat-ekspedisiya xidmətlərini Azərbaycan Respublikasının normativ hüquqi aktlarına, nəqliyyat-ekspedisiya müqaviləsinə, müştərinin bu Qanun və müqavilə ilə müəyyən edilmiş qaydada verilən tapşırıqlarına uyğun olaraq göstərmək;

20.1.6. bu Qanunun 18.1.10-cu maddəsində ekspeditorun müştərinin tapşırıqlarından kənara çıxmaq hüququnun müəyyən olunduğu hal istisna olmaqla, müştərinin tapşırıqlarını dəqiq icra etmək;

20.1.7. nəqliyyat-ekspedisiya müqaviləsində nəzərdə tutulan vəzifələrinin ondan asılı olmayan səbəblərdən tam və ya qismən icra edilməməsi, o cümlədən bu Qanunun 16.1.3-cü maddəsində qeyd edilən hallarla bağlı müştərini dərhal məlumatlandırmaq;

20.1.8. müştəri tərəfindən qeyri-dəqiq və ya natamam məlumatlar verildiyi təqdirdə nəqliyyat-ekspedisiya müqaviləsinin dəqiq icrasını təmin etmək məqsədilə ondan zəruri sənədləri və məlumatları sorğu əsasında yazılı və ya elektron formada almaq;

20.1.9. nəqliyyat-ekspedisiya müqaviləsi, eləcə də müştərinin verdiyi etibarnamə əsasında müştərinin adından nəqliyyat-ekspedisiya müqaviləsinə uyğun olaraq müqavilələr bağlamaq, həmçinin bağladığı müqavilələrin əslini 5 (beş) gün ərzində müştəriyə təqdim etmək;

20.1.10. nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi və yüklərin daşınması zamanı yaranan çətinliklər barədə təxirəsalınmadan müştəriyə məlumat vermək, tariflərin və daşınma şərtlərini, habelə nəqliyyat növünü, nəqliyyat vasitələrini, hərəkət sxemini (marşrutunu), yükün çatdırılma üsulunu və daşınma qaydasını (ardıcıllığını) və digər şərtlərini müştəri ilə razılaşdırmaqla dəyişdirmək;

20.1.11. nəqliyyat-ekspedisiya müqaviləsinin icrası zamanı müştərinin maraqları çərçivəsində hərəkət etmək, o cümlədən müştərinin xərclərini azaltmaq və yükün təhlükəsizliyini təmin etmək;

20.1.12. nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi zamanı yükün tamlığını, bütövlüyünü və zədələnməməsini (xarab olmamasını) təmin etmək, habelə nəqliyyat-ekspedisiya müqaviləsində razılaşdırılmış müddətlərə riayət etmək;

20.1.13. itirilmiş yükün (daşıyıcı kimi çıxış etdikdə isə daşıyıcıya verilənədək itirilmiş yükün) axtarılmasını təmin etmək, habelə yükün nəqliyyat-ekspedisiya müqaviləsinin icrasında iştirak edən üçüncü şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində itirildiyi, məhv olduğu və ya zədələndiyi təqdirdə görülən tədbirlər barədə müştərini 5 (beş) gün ərzində məlumatlandırmaq;

20.1.14. nəqliyyat-ekspedisiya müqaviləsi üzrə vəzifələrinin icrası üzrə yaranan xərclərin, vergilərin və digər icbari ödənişlərin vaxtında və tam ödənilməsini təmin etmək;

20.1.15. nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edildiyi halda gömrük, fitosanitar, karantin, qida təhlükəsizliyi, sərhəd təhlükəsizliyi, sanitar-gigiyena sahəsində normativ hüquqi aktların, o cümlədən müvafiq texniki reqlamentlərin tələblərinin yerinə yetirilməsini təmin etmək;

20.1.16. nəqliyyat-ekspedisiya müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi nəticəsində müştəriyə və digər şəxslərə vurduğu zərəri ödəmək;

20.1.17. bütün hallarda müştərinin mənafelərini qorumaq və onun maraqları çərçivəsində hərəkət etmək;

20.1.18. müşayiətedici sənədləri, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 853.1-ci maddəsində qeyd edilən sənədləri və məlumatları daşıyıcıya təqdim etmək;

20.1.19. nəqliyyat-ekspedisiya xidmətlərini yükə, ətraf mühitə, əmlaka, insanların həyat və sağlamlığına zərər vurmadan və ya digər təhlükələr törətmədən həyata keçirmək;

20.1.20. müştərinin tapşırıqlarının qeyri-dəqiq və ya natamam olduğu, habelə bu Qanuna və nəqliyyat-ekspedisiya müqaviləsinə uyğun gəlmədiyi hallarda özündən asılı olmayan səbəblərdən müştərinin tapşırıqlarını 2 (iki) iş günü ərzində dəqiqləşdirə bilmədikdə, nəqliyyat-ekspedisiya xidmətlərini müştərinin maraqlarından çıxış edərək və mənafelərini qorumaq şərtilə göstərmək;

20.1.21. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

20.2. Bu Qanunun 18.1.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, müştərinin tapşırıqlarından kənara çıxmaq zərurəti yarandıqda, xüsusən yükə, ətraf mühitə, əmlaka, insanların həyat və sağlamlığına zərərvurma təhlükəsi və ya digər təhlükə yarandığı hallarda ekspeditor bununla bağlı müştərinin əvvəlcədən razılığını almağa borcludur.

20.3. Ekspeditor xidmətlərindən şəxsi, ailə, məişət və sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan digər tələbatların ödənilməsi üçün istifadə edən şəxslərə onların tələbi əsasında istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquqları barədə məlumat verməlidir.

Maddə 21. Ekspeditorların ictimai birlikləri

21.1. Ekspeditorlar könüllü olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada yaradılan ictimai birliklərdə birləşə bilərlər.

21.2. Ekspeditorların ictimai birlikləri aşağıdakı məqsədlər üçün yaradılır:

21.2.1. üzvlərin fəaliyyətini əlaqələndirmək;

21.2.2. nəqliyyat-ekspedisiya xidmətlərinin keyfiyyətinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə rəqabət səviyyəsinin yüksəldilməsinə yönəldilən tədbirlər planlaşdırmaq və həyata keçirmək;

21.2.3. müvafiq qurumlarda və məhkəmədə üzvlərinin qanuni hüquqlarını və mənafeyini müdafiə etmək, habelə maraqlarının qorunması üçün tədbirlər görmək;

21.2.4. nəqliyyat-ekspedisiya fəaliyyəti sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, təkliflər hazırlamaq və aidiyyəti dövlət orqanlarına (qurumlarına) təqdim etmək;

21.2.5. nəqliyyat-ekspedisiya xidmətlərinin beynəlxalq iqtisadi məkana inteqrasiya olunmasında iştirak etmək;

21.2.6. nəqliyyat, nəqliyyat-ekspedisiya və digər logistika sahələri üzrə beynəlxalq təşkilatların fəaliyyətində iştirak etmək;

21.2.7. nəqliyyat, nəqliyyat-ekspedisiya və digər logistika sahələri üzrə beynəlxalq təşkilatların tövsiyələrinin ölkə üzrə yerinə yetirilməsinə dair aidiyyəti dövlət orqanlarına (qurumlarına) təkliflər vermək;

21.2.8. yaradılması zamanı qarşısına qoyulan və nizamnaməsində qeyd edilən digər məqsədlərə nail olmaq üçün tədbirlər görmək.

6-cı fəsil

NƏQLİYYAT-EKSPEDİSİYA MÜQAVİLƏSİ ÜZRƏ MƏSULİYYƏT

Maddə 22. Məsuliyyətin ümumi əsasları

22.1. Nəqliyyat-ekspedisiya müqaviləsində nəzərdə tutulan öhdəliklərinin yerinə yetirilməməsinə, yaxud lazımi qaydada yerinə yetirilməməsinə görə müştəri və ekspeditor bu Qanuna və Azərbaycan Respublikasının digər qanunlarına, habelə müqaviləyə uyğun olaraq müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

22.2. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallar istisna olmaqla, məsuliyyətin məhdudlaşdırılması və ya tətbiq olunmaması haqqında ekspeditorla müştəri arasındakı razılaşma etibarsızdır.

22.3. Bu Qanunun 23.4-cü, 25.2-ci, 26.2-ci və 26.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ekspeditor və ya müştəri nəqliyyat-ekspedisiya müqaviləsinin şərtlərini pozduqda həmin müqavilə üzrə öhdəliklərini icra etməli, habelə digər tərəfə vurduğu zərərin əvəzini ödəməlidir.

22.4. Nəqliyyat-ekspedisiya xidmətlərinin həyata keçirilməsində iştirak edən və ekspeditorun cəlb etdiyi üçüncü şəxs tərəfindən müştəriyə vurulan zərərə görə ekspeditor məsuliyyət daşıyır. Vurulan zərəri ödədikdən sonra ekspeditor həmin üçüncü şəxsə qarşı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq iddia qaldıra (reqres tələbi irəli sürə) bilər.

Maddə 23. Yükün itirilməsinə (məhv olmasına), əskik çıxmasına və ya zədələnməsinə (xarab olmasına) görə ekspeditorun müştəri qarşısında məsuliyyətinin əsasları və dərəcəsi

23.1. Ekspeditor özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən yükü qəbul etdikdən sonra nəqliyyat-ekspedisiya müqaviləsində göstərilən yükalana və ya onun səlahiyyətli nümayəndəsinə çatdıranadək həmin yükün itirilməsinə (məhv olmasına), əskik çıxmasına və ya zədələnməsinə (xarab olmasına) görə müştəri qarşısında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 859-cu maddəsinə uyğun olaraq məsuliyyət daşıyır, bu şərtlə ki, yükün itirilməsinin (məhv olmasının), əskik çıxmasının və ya zədələnməsinin (xarab olmasının) ondan asılı olmayan hallar nəticəsində, eləcə də qarşısıalınmaz qüvvə səbəbindən baş verdiyini sübut etməsin.

23.2. Ekspeditor müştəri qarşısında aşağıdakı hədlərdə məsuliyyət daşıyır:

23.2.1. müştəri tərəfindən elan edilmiş dəyər əsasında ekspeditor tərəfindən daşınmaq üçün qəbul edilmiş yükün itirilməsinə, məhv olmasına və əskik çıxmasına görə – yükün və ya əskik çıxan hissəsinin elan edilmiş dəyəri nisbətində;

23.2.2. elan edilməmiş dəyər əsasında ekspeditor tərəfindən daşınmaq üçün qəbul edilmiş yükün itirilməsinə, məhv olmasına və əskik çıxmasına görə – yükün və ya əskik çıxan hissəsinin faktiki dəyəri nisbətində;

23.2.3. müştəri tərəfindən elan edilmiş dəyər əsasında ekspeditor tərəfindən daşınmaq üçün qəbul edilmiş yükün zədələnməsinə (xarab olmasına) görə – yükün elan edilmiş dəyərinin azaldığı məbləğdə və ya zədələnmiş (xarab olmuş) yükü bərpa etmək mümkün olmadıqda elan edilmiş dəyəri nisbətində;

23.2.4. elan edilməmiş dəyər əsasında ekspeditor tərəfindən daşınmaq üçün qəbul edilmiş yükün zədələnməsinə (xarab olmasına) görə – yükün faktiki dəyərinin azaldığı məbləğdə və ya zədələnmiş (xarab olmuş) yükü bərpa etmək mümkün olmadıqda faktiki dəyəri nisbətində.

23.3. Yükün elan edilmiş dəyəri nəqliyyat-ekspedisiya müqaviləsində və ya ekspeditorun qeydində göstərilən qiymətə əsasən müəyyən edilir. Yükün faktiki dəyəri isə onun bazar qiymətinə, bu mümkün olmadıqda isə analoji malların mövcud bazar qiymətinə əsasən müəyyən edilir.

23.4. Ekspeditor yükün itirilməsi (məhv olması), əskik çıxması və ya zədələnməsi (xarab olması) nəticəsində müştəriyə dəymiş zərərin və müştərinin əldən çıxmış gəlirlərinin əvəzini ödəməklə yanaşı, müştəri tərəfindən nəqliyyat-ekspedisiya müqaviləsinə əsasən ödənilən muzdu müştəriyə geri qaytarır.

23.5. Daşıyıcı tərəfindən yük daşımağa qəbul edildikdən sonra 3 (üç) ay ərzində çatdırılmadıqda və ya nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş çatdırılma müddətinin bitdiyi tarixdən 30 (otuz) gün sonra yükalana təhvil verilmədikdə əksi sübut edilənədək yük itirilmiş hesab olunur. Təyinat yerinə çatdırılan, lakin muzdun ödənilməməsi səbəbindən nəqliyyat-ekspedisiya müqaviləsində göstərilən yükalana və ya onun səlahiyyətli nümayəndəsinə təhvil verilməyən yük itirilmiş hesab olunmur, bu şərtlə ki, ekspeditor nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi barədə müştəriyə dərhal yazılı və ya elektron formada məlumat versin.

23.6. Nəqliyyat-ekspedisiya müqaviləsində başqa hal nəzərdə tutulmadıqda ekspeditor yükü qəbul etdikdən sonra müştəri (yükalan) qarşısında yükün qablaşdırılmasının mövcud olmamasına, habelə yükün çəkisinin və sayının təkrar yoxlanılması nəticəsində əskik çıxmasına, yükün zahirən görünən qüsurlarının olmasına görə məsuliyyət daşıyır. Müştəri daşınma üçün hazırladığı və qablaşdırdığı yükün zahirən görünməyən qüsurları üçün, habelə qiymətli əşyaların, tez xarab olan və ya təhlükəli yüklərin, həmçinin xüsusi mühafizə tələb edən yüklərin bəyan edilməməsinə görə ekspeditor (yükalan) qarşısında cavabdehdir.

Maddə 24. Yükün itirilməsi (məhv olması), əskik çıxması və ya zədələnməsi (xarab olması) barədə bildiriş

24.1. Yükün təhvil verilməsi zamanı nəqliyyat-ekspedisiya müqaviləsində göstərilən yükalan və ya onun səlahiyyətli nümayəndəsi yükün itirilməsi (məhv olması), əskik çıxması və ya zədələnməsi (xarab olması) barədə ekspeditora yazılı şəkildə (kağız daşıyıcıda və ya elektron sənəd formasında) bildiriş təqdim etmədiyi və həmin bildirişdə yükün əskik çıxmasının və ya zədələnməsinin (xarab olmasının) ümumi səbəbini göstərmədiyi halda, bu Qanunun 24.2-ci maddəsində qeyd edilən hal istisna olmaqla, yük tam şəkildə və zədələnməmiş (xarab olmamış) formada qəbul edilmiş hesab olunur.

24.2. Yükün itirilməsi (məhv olması), əskik çıxması və ya zədələnməsi (xarab olması) nəqliyyat-ekspedisiya müqaviləsində göstərilən yükalan və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edildikdən sonra aşkar edildikdə, bu Qanunun 24.1-ci maddəsində qeyd edilən bildiriş yük qəbul edildikdən sonra 30 (otuz) gün ərzində ekspeditora təqdim edilir. Bildirişin verilmə tarixi ekspeditorun bu bildirişi aldığı gün hesab olunur.

Maddə 25. Nəqliyyat-ekspedisiya müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmə müddətinin pozulmasına görə ekspeditorun məsuliyyətinin əsasları və dərəcəsi

25.1. Ekspeditor müqavilənin pozulmasının qarşısıalınmaz qüvvənin, müştərinin və ya müştərinin cəlb etdiyi üçüncü şəxslərin, o cümlədən ekspeditorun müqavilənin icrasına cəlb etmədiyi şəxslərin təqsiri səbəbindən baş verdiyini sübut edə bilmədikdə müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə müddətinin pozulmasına görə müştəriyə dəymiş zərərin əvəzini ödəyir.

25.2. Bu Qanunun 25.1-ci maddəsində qeyd edilən halda ekspeditor hər gecikdirilmiş gün (başa çatmayan günlər tam gün hesab olunur) və ya saat (müddət saatlarla göstərilirsə) üçün ona ödəniləcək muzdun 3 (üç) faizi miqdarında, lakin muzdun 80 (səksən) faizindən çox olmamaq şərtilə dəbbə pulu (peniya) ödəyir.

25.3. Ekspeditor müştərinin yüklərinin mülkiyyət, icarə və ya istifadəsində olan nəqliyyat vasitələri ilə daşınmasını faktiki olaraq həyata keçirdikdə daşıyıcı kimi məsuliyyət daşıyır.

Maddə 26. Müştərinin ekspeditor qarşısında məsuliyyətinin əsasları və dərəcəsi

26.1. Müştərinin nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi zamanı yaranan xərcləri ödəməkdən əsassız olaraq imtina etdiyi sübut edildikdə, müştəri ekspeditora qeyd edilən xərclərlə yanaşı, həmin xərclərin 10 (on) faizi həcmində dəbbə pulu (cərimə) ödəyir.

26.2. Müştəri ekspeditora nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş muzdun vaxtında ödənilməməsinə görə hər gecikdirilmiş gün (başa çatmayan günlər tam gün hesab olunur) və ya saat (müddət saatlarla göstərilirsə) üçün həmin muzdun 3 (üç) faizi həcmində, lakin muzdun 80 (səksən) faizindən çox olmamaq şərtilə dəbbə pulu (peniya) ödəyir.

26.3. Müqavilənin pozulması qarşısıalınmaz qüvvənin və ya ekspeditorun təqsiri səbəbindən baş verdiyi halda müştəri ekspeditora dəymiş zərərin ödənilməsindən azad olunur.

7-ci fəsil

NƏQLİYYAT-EKSPEDİSİYA FƏALİYYƏTİ HƏYATA KEÇİRİLƏRKƏN TƏQDİM OLUNAN PRETENZİYA VƏ İDDİA MÜDDƏTİ

Maddə 27. Pretenziyanın verilmə qaydası

27.1. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi (ekspeditor xidmətlərinin şəxsi, ailə, məişət və sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan digər tələbatların ödənilməsi üçün göstərilməsi zamanı iddianın qaldırılması istisna olmaqla) məcburidir.

27.2. Müştəri, nəqliyyat-ekspedisiya müqaviləsində göstərilən yükalan, habelə subroqasiya hüququ əsasında sığortaçı və ya onların səlahiyyətli nümayəndələri ekspeditora qarşı pretenziya vermək hüququna malikdir.

27.3. Pretenziya yazılı formada (kağız daşıyıcıda və ya elektron sənəd formasında) pretenziya vermək hüququnu təsdiq edən sənədlərlə (müqavilə, etibarnamə, yük-nəqliyyat sənədləri, o cümlədən yükün miqdarını və dəyərini təsdiqləyən sənədlər) birlikdə təqdim edilir. Pretenziya bu Qanunun 28.1-ci maddəsində qeyd olunan iddia müddəti ərzində verilə bilər. Göstərilən müddət aşağıdakılara əsasən hesablanır:

27.3.1. yükün itirilməsi (məhv olması), əskik çıxması və ya zədələnməsi (xarab olması) nəticəsində müştəriyə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı – yükün təhvil verildiyi gündən sonrakı gündən etibarən;

27.3.2. nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərin icra edilməsi müddətinin pozulması nəticəsində müştəriyə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı – müqavilənin müddətinin başa çatdığı gündən sonrakı gündən etibarən;

27.3.3. nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş digər öhdəliklərin icra edilməməsi ilə bağlı bu Qanunun 27.2-ci maddəsində göstərilən şəxslərin bu cür pozuntular barədə bildiyi və ya bilməli olduğu gündən etibarən.

27.4. Pretenziyaya bu Qanunun 27.3-cü maddəsində nəzərdə tutulmuş sənədlər əlavə olunmadıqda ekspeditorun pretenziyanı aldıqdan sonra 2 (iki) həftə ərzində onu baxılmadan geri qaytarmaq hüququ vardır. Bu zaman bu Qanunun 27.3-cü maddəsində nəzərdə tutulmuş sənədlər əlavə edilməklə, ekspeditora qarşı təkrar pretenziya verilə bilər. Ekspeditor göstərilən müddət ərzində pretenziyanı geri qaytarmadıqda, pretenziya baxılmaq üçün qəbul olunmuş hesab edilir.

27.5. Ekspeditor pretenziyaya daxil olduğu tarixdən 1 (bir) ay ərzində baxmalı və pretenziya verənə pretenziyanın qəbul və ya rədd edildiyi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron sənəd formasında) məlumat verməlidir.

27.6. Ekspeditor ona qarşı olan pretenziyanı qismən qəbul və ya rədd etdikdə, pretenziya verənə qəbul olunmuş qərarın əsaslarını təqdim etməlidir. Bu halda pretenziya ilə birlikdə təqdim edilən sənədlər pretenziya verənə qaytarılır.

27.7. Pretenziya ekspeditor tərəfindən qismən qəbul edildikdə və ya rədd edildikdə, habelə pretenziyaya 1 (bir) ay ərzində cavab alınmadıqda ekspeditora qarşı məhkəmədə iddia qaldırıla bilər.

27.8. Ekspeditor pretenziyanın bu Qanunun 27.3-cü maddəsi ilə müəyyən edilən müddətin üzrlü səbəblərdən ötürülməsi qənaətinə gəldikdə həmin pretenziyanı baxılması üçün qəbul etmək hüququna malikdir.

27.9. Pretenziya vermək hüququnun müştəri tərəfindən yükalana və ya əksinə, habelə yükalan və ya müştəri tərəfindən ekspeditora, yaxud sığortaçıya verilmə halları istisna olmaqla, digər şəxslərə verilməsinə yol verilmir. Pretenziya vermək hüququnun başqasına verilməsi yol-nəqliyyat sənədlərində müvafiq qeydin olması ilə təsdiqlənir.

Maddə 28. İddia müddəti

28.1. Nəqliyyat-ekspedisiya müqaviləsindən irəli gələn tələblər üzrə iddia müddəti 1 (bir) il təşkil edir. İddia müddəti ekspeditora və ya müştəriyə qarşı iddia qaldırmaq hüququ yarandığı andan (müştərinin və ya ekspeditorun hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu andan) hesablanır.

28.2. İddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.4-2-ci maddəsində qeyd edilən hallarda və müddətdə dayandırılır.

8-ci fəsil

YEKUN MÜDDƏALAR

Maddə 29. Nəqliyyat-ekspedisiya sahəsində beynəlxalq əməkdaşlıq

Nəqliyyat-ekspedisiya fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.

Maddə 30. Nəqliyyat-ekspedisiya fəaliyyətinin sığortası

Ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilən yüklərin, nəqliyyat vasitələrinin, risklərin sığortalanmasını və vurulan zərərə görə mülki məsuliyyətin sığortalanmasını Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada həyata keçirir.

Maddə 31. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 16 dekabr 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında

00:55
16 Yanvar

"Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2025-ci il 16 dekabr tarixli 311-VIIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nda dəyişiklik edilməsi barədə  

00:53
16 Yanvar

"Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:52
16 Yanvar

"Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 323-VIIQD nömrəli Qanununun tətbiqi haqqında

00:52
16 Yanvar

"Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:51
16 Yanvar

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:51
16 Yanvar

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, "Nəqliyyat haqqında" və "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:50
16 Yanvar

"Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 oktyabr tarixli 1465 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan qurumların siyahısı"nda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 iyul tarixli 435 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

00:49
16 Yanvar

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

00:48
16 Yanvar

Ağ Ev İranda planlaşdırılan 800 edamın dayandırıldığını açıqlayıb  

23:37
15 Yanvar

Heydər Əliyev Sarayında Rəşid Behbudovun 110 illiyinə həsr olunan yaradıcılıq gecəsi keçirilib  

22:47
15 Yanvar

İsrail hava qüvvələri Livanın üç bölgəsində “Hizbullah”ın bazalarına zərbələr endirib  

21:49
15 Yanvar

Pentaqon Latın Amerikasının Rusiya və Çinlə əlaqələrini məhdudlaşdırmaq niyyətində olduğunu açıqlayıb  

21:27
15 Yanvar

“mygov” platforması adından yayılan saxta elanlarla bağlı XƏBƏRDARLIQ  

21:07
15 Yanvar

ABŞ İran rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib  

20:54
15 Yanvar

Avstraliyada 5 milyona yaxın hesab deaktiv edilib

19:51
15 Yanvar

Oğuzda palıd ağaclarını kəsməkdə şübhəli bilinən şəxs saxlanılıb  

19:41
15 Yanvar

Ukraynada komendant saatının ləğvi məsələsinə aydınlıq gətirilib  

19:03
15 Yanvar

Qış depressiyasını necə aradan qaldırmaq olar?  

18:36
15 Yanvar

NATO Almaniyada genişmiqyaslı hərbi təlimlərə başlayıb

18:24
15 Yanvar

İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq məsələləri müzakirə edilib

18:17
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!