18 Noyabr 2026 08:45
295
SİYASƏT
A- A+
Müdafiə və milli təhlükəsizlik sistemi büdcə siyasətinin prioritet istiqamətlərindəndir

Müdafiə və milli təhlükəsizlik sistemi büdcə siyasətinin prioritet istiqamətlərindəndir


44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü ildə ölkəmizin bütün ərazisində suverenliyin bərpası Azərbaycanın hərbi və siyasi tarixində mühüm mərhələdir. Lakin hərbi uğurların qorunması və gələcək təhlükəsizlik çağırışlarına hazır olmaq davamlı iş tələb edir. 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu NAĞIYEV qəzetimizə açıqlamasında dedi ki, müasir və peşəkar ordu quruculuğunun davam etdirilməsi, ordunun ən müasir silah və texnologiyalarla təchiz edilməsi, pilotsuz sistemlər, elektron müharibə vasitələri, kəşfiyyat və rəqəmsal idarəetmə imkanlarının inkişaf etdirilməsi, yerli müdafiə sənayesinin gücləndirilməsi və xarici təchizatdan asılılığın mərhələli şəkildə azaldılması, dövlət sərhədlərinin etibarlı qorunması və milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, hərbi qulluqçuların, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsinin diqqət mərkəzində saxlanılması müdafiə siyasətinin əsas istiqamətlərindəndir. 

Müasir dövrdə təhlükəsizlik anlayışının yalnız ənənəvi hərbi güclə ölçülmədiyini deyən deputat qeyd etdi ki, kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, enerji infrastrukturlarının qorunması, iqtisadi təhlükəsizlik və strateji kommunikasiya xətlərinin mühafizəsi də milli təhlükəsizliyin ayrılmaz hissəsidir: "Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə olunmuş suverenliyin, ərazi bütövlüyünün və regional mövqelərin etibarlı şəkildə qorunmasıdır. Müasir dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi, regionumuzda təhlükəsizlik çağırışlarının davam etdiyi bir şəraitdə güclü dövlət olmaq, güclü orduya malik olmaq və təhlükəsizlik sistemini daim təkmilləşdirmək strateji zərurətdir. 2027-ci ilin dövlət büdcəsi layihəsi də bu reallıqları nəzərə alan maliyyə sənədidir".

A.Nağıyev vurğuladı ki, büdcədə ən mühüm istiqamətlərdən biri müdafiə və milli təhlükəsizlikdir. Gələn il bu sahəyə ümumilikdə 8 milyard 816 milyon 401 min manat vəsait ayrılması planlaşdırılır. 2026-cı ildə bu istiqamət üzrə təsdiq edilmiş xərclər təxminən 8 milyard 717 milyon manat təşkil edib. 2027-ci ildə isə müdafiə və milli təhlükəsizlik xərclərinin təxminən 98,8 milyon manat, yaxud 1,1 faiz artırılması nəzərdə tutulur. "İlk baxışdan 1,1 faizlik artım böyük rəqəm kimi görünməyə bilər, lakin burada əsas məsələ yalnız faiz göstəricisi deyil, ayrılan vəsaitin hansı istiqamətə yönəldilməsi, ondan nə dərəcədə səmərəli istifadə olunması və ölkənin müdafiə qabiliyyətinə hansı töhfəni verməsidir. Müdafiə büdcəsinə yanaşarkən kəmiyyətlə yanaşı, keyfiyyət göstəricilərinə də xüsusi diqqət yetirilməlidir", - deyə o əlavə etdi.

Komitə sədri bildirdi ki, növbəti ilin büdcə layihəsində müdafiə və milli təhlükəsizlik xərclərinin bölgüsü təqdirəlayiqdir. Müdafiə qüvvələri üzrə 3 milyard 369,6 milyon manat, milli təhlükəsizlik üzrə 479,2 milyon manat, sərhəd xidməti üzrə 554 milyon manata yaxın, müdafiə və milli təhlükəsizlik sahəsinə aid digər fəaliyyətlər üzrə 4 milyard 413,7 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bundan əlavə, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün 4 milyard manat ayrılması planlaşdırılır.

Deputat qeyd etdi ki, 2027-ci ilin dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərclərinə 3 438,6 milyon manat vəsait yönəldiləcək ki, bu da 2026-cı illə müqayisədə 102,3 milyon manat və ya 3,1 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 518,3 milyon manat və ya 17,7 faiz çoxdur: "Müdafiə və hüquq-mühafizə orqanlarında şəxsi heyətin tam komplektləşdirilməsi, həmin orqanların maddi-texniki təminatının daha da yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə müdafiə və hüquq-mühafizə orqanlarının müvafiq xidmətlərinin təşkili ilə bağlı tələb olunan vəsait 2027-ci ilin dövlət büdcəsində nəzərə alınıb. Növbəti ilin dövlət büdcəsində 20 il və daha çox xidmət göstərib işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı üçün 15,0 milyon manat, kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara  ödənilən pul kompensasiyası üçün isə 14,7 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Eyni zamanda bu məqsədlə xidmətdə olanlara 94,5 milyon, xüsusi rütbəlilərə 21,5 milyon manat  ayrılması planlaşdırılır ki, bu da ümumilikdə 120 milyon manat deməkdir".

A.Nağıyev vurğuladı ki, 2027-ci ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri bölmələrindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 443,7 milyon manat təşkil edəcək. Həmin vəsaitin 20,6 milyon manatı və ya 4,6 faizi müdafiə və milli təhlükəsizlik xərclərinin, 423,1 milyon manatı və ya 95,4 faizi isə məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərclərinin payına düşür. Bu rəqəmlər göstərir ki, dövlətimizin təhlükəsizlik siyasəti yalnız silahlı qüvvələrin saxlanılması ilə məhdudlaşmır. Buraya milli təhlükəsizlik, sərhədlərin qorunması, xüsusi müdafiə layihələri və digər strateji tədbirlər də daxildir.

Komitə sədri yekunda dedi ki, ümumilikdə 2027-ci ildə müdafiə qüvvələri üzrə xərclərin 2026-cı illə müqayisədə təxminən 11,2 faiz artırılması nəzərdə tutulur. Bu da ümumi müdafiə və təhlükəsizlik xərclərinin 1,1 faizlik artımından fərqli olaraq, struktur daxilində daha ciddi artımdır.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisdə büdcə zərfinə daxil olan qanun layihələri müzakirə edilir  

11:23
18 Noyabr

COP31-də binalarda enerji səmərəliliyinin artırılmasında bələdiyyələrin rolu mövzusunda müzakirə təşkil olunub  

11:05
18 Noyabr

Vərəm əleyhinə peyvəndin 3-cü faza sınaqlarının nəticəsi 2028-ci ildə məlum olacaq

11:04
18 Noyabr

Ötən gün ölkə ərazisində 52 cinayətin üstü açılıb, axtarışda olan 116 nəfər saxlanılıb

10:58
18 Noyabr

Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub  

10:57
18 Noyabr

Azərbaycan və Gürcüstan enerji sahəsində əməkdaşlığın yeni perspektivlərini nəzərdən keçirib  

10:56
18 Noyabr

Çin və Rusiya liderlərinin görüşü keçirilib

10:55
18 Noyabr

Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub

10:55
18 Noyabr

ABŞ "qızılcadan azad" statusunu itirib

10:34
18 Noyabr

Ünvanlı dövlət sosial yardım alan ailələrin sayı açıqlanıb

10:33
18 Noyabr

Qızıl və gümüş ucuzlaşıb

10:32
18 Noyabr

Neft ucuzlaşıb 

10:32
18 Noyabr

Azərbaycan nefti 98 dollara satılır

10:31
18 Noyabr

“Cambridge” Lüğəti ilin sözünü seçib  

10:13
18 Noyabr

Trampa sui-qəsd planı hazırlayan Pakistan vətəndaşı 27,5 il həbs cəzası alıb

09:46
18 Noyabr

UEFA Millətlər Liqası: Danimarka Norveçə, Uels isə Portuqaliyaya məğlub olub

09:43
18 Noyabr

Rutte: NATO ölkələri Ukraynaya silah alınması üçün ABŞ-yə 10 milyard dollardan çox vəsait ödəyib  

09:41
18 Noyabr

Alimlər xroniki iltihabın yaranma mexanizmini araşdırmaq üçün yeni alət hazırlayıblar

09:20
18 Noyabr

Türkiyədə çıxan dərgidə çap edilmiş məqaləsinin qurbanı oldu

09:15
18 Noyabr

Azadlıq carçısı, inqilab şairi

09:10
18 Noyabr

Xalçaçılığa ürəkdən bağlandı, ilmələrlə möcüzələr yaratdı

09:05
18 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!