18 Noyabr 2026 08:20
409
SİYASƏT
A- A+
Dublin Sammiti Azərbaycanın yüksək beynəlxalq nüfuzunu bir daha təsdiqlədi

Dublin Sammiti Azərbaycanın yüksək beynəlxalq nüfuzunu bir daha təsdiqlədi


Ölkəmiz Avropa siyasi məkanında etibarlı tərəfdaş kimi qəbul edilir və Avrasiyanın iqtisadi-siyasi arxitekturasının formalaşmasında həlledici rol oynayır 


Beynəlxalq siyasətdə ciddi dəyişikliklər baş verdiyi və dövlətlərarası münasibətlərin yenidən formalaşdığı bir zamanda yalnız öz milli maraqlarını qətiyyətlə müdafiə edən, müstəqil siyasi iradəsi ilə fərqlənən ölkələr aparıcı gücə və etibarlı tərəfdaşa çevrilə bilirlər. Bu gün Prezident İlham Əliyevin uzaqgörən, çevik və çoxvektorlu xarici siyasət strategiyası sayəsində Azərbaycan regional çərçivələri aşaraq Avrasiya məkanının enerji, nəqliyyat və təhlükəsizlik xəritəsini yenidən dizayn edən əsas dövlətlərdən biri kimi qəbul olunur. 

Ölkəmizin qlobal miqyasda qazandığı yüksək nüfuzun və Avropa paytaxtlarında Bakıya marağın bariz təzahürlərindən biri İrlandiyanın paytaxtı Dublində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısında özünü aydın şəkildə göstərdi. İrlandiyanın Baş naziri Mixol Martin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə 50-yə yaxın dövlət və hökumət başçısının qatıldığı mötəbər siyasi platformada Azərbaycan Prezidentinin iştirakı rəsmi Bakının qitənin gələcək inkişafı və təhlükəsizliyi ilə bağlı müzakirələrdə nüfuzlu bərabərhüquqlu tərəfdaş kimi mövqeyini bir daha təsdiqlədi. Sammitin iqtisadiyyat, innovasiya, nəqliyyat bağlantıları, enerji, müdafiə və təhlükəsizlik kimi əsas gündəm mövzuları mahiyyət etibarilə Azərbaycanın uzun illərdir ardıcıl şəkildə həyata keçirdiyi inkişaf strategiyası və regional layihələrlə üst-üstə düşür. 

Qitənin üzləşdiyi müasir çağırışların həlli yollarınının axtarıldığı bir vaxtda Azərbaycanın bu proseslərə verdiyi real töhfələr dövlətimizin başçısının sammit çərçivəsindəki çıxışlarında xüsusi diqqət mərkəzində dayandı. Zirvə toplantısının açılış mərasimində və "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" mövzusunda keçirilən "dəyirmi masa"da iştirak edən Prezident İlham Əliyev Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin oynadığı həlledici rolu konkret faktlarla diqqətə çatdırdı. Dövlətimizin başçısı Azərbaycan ilə Avropa İttifaqı arasında 2022-ci ildə imzalanmış Strateji tərəfdaşlığa dair Anlaşma Memorandumundan ötən müddət ərzində Aİ bazarına qaz təchizatının 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksəldildiyini, bunun ümumi qaz ixracımızın təxminən yarısını təşkil etdiyini bildirdi. Yeddi ölkənin ərazisindən keçən və Bolqarıstandakı interkonnektorlar vasitəsilə Aİ-nin on üzv dövlətini mavi yanacaqla təmin edən Bakı-İtaliya boru kəmərinin tam gücü ilə işlədiyini qeyd edən Azərbaycan lideri yeni yataqların istismara cəlb edilməsi, eləcə də Yunanıstan və İtaliya istiqamətində ötürücülük imkanlarının genişləndirilməsi sayəsində təchizat həcmlərinin daha da artırılacağını vurğuladı. 

Bununla yanaşı, ölkəmizin Avropa üçün strateji əhəmiyyəti təkcə ənənəvi karbohidrogen resurslarının ixracı ilə məhdudlaşmır, həm də "yaşıl enerji" və tranzit-logistika imkanlarının genişləndirilməsi müstəvisində özünü göstərir. Azərbaycan bu gün Xəzərin zəngin külək və günəş enerjisi potensialını Qara dənizin dibi ilə çəkiləcək sualtı elektrik kabeli və digər "yaşıl enerji" dəhlizləri vasitəsilə Avropa bazarlarına inteqrasiya etmək istiqamətində mühüm addımlar atır. Rumıniya, Bolqarıstan, Yunanıstan və Xorvatiya kimi Qara dəniz, Balkan və Adriatik regionu ölkələri ilə dərinləşən enerji və nəqliyyat əməkdaşlığı bu çoxşaxəli inteqrasiyanın bariz nümunəsidir.

Eyni zamanda Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və səmərəli quru marşrutu olan Orta dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və dəmir yolu infrastrukturunun müasirləşdirilməsi Azərbaycanı qitənin təchizat zəncirlərinin dayanıqlılığını təmin edən əvəzolunmaz logistika mərkəzinə çevirib. Xüsusən, bunu da nəzərə alaq ki, son illərdə ənənəvi marşrutlardakı risklər Avropa ilə Asiya arasında alternativ və etibarlı yolların rolunu maksimum səviyyəyə qaldırıb. Bu baxımdan, Orta dəhliz sadəcə qısa məsafə yox, həm də qlobal iqtisadiyyat üçün təhlükəsizlik və etibarlılıq zəmanətinə çevrilir. 

İqtisadi layihələrlə yanaşı, Dublin Sammiti Azərbaycanın diplomatik çevikliyini və dövlətimizin başçısına göstərilən yüksək beynəlxalq etimadı əyani şəkildə nümayiş etdirdi. Zirvə toplantısı çərçivəsində bir gün ərzində doqquz dövlət və hökumət başçısı, o cümlədən Avropa İttifaqı Şurasının Prezidenti ilə ümumilikdə on ikitərəfli görüşün məhz qarşı tərəflərin müraciəti əsasında baş tutması ölkəmizin beynəlxalq nüfuzuna verilən yüksək qiymətin göstəricisidir. Böyük Britaniya, Yunanıstan, Rumıniya, Çexiya, Litva və Ukrayna liderləri ilə aparılan müzakirələr ikitərəfli əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqlədi. Böyük Britaniya ilə münasibətlərin rəsmən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi isə Azərbaycanın Avropanın aparıcı güc mərkəzləri ilə qurduğu bərabərhüquqlu tərəfdaşlığın növbəti tarixi uğuru kimi dəyərləndirilməlidir. 

Siyasi dialoqun intensivləşməsi fonunda regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması məsələləri də Avropa liderləri ilə aparılan təmasların mühüm istiqamətlərindən birini təşkil etdi. Suverenliyini və ərazi bütövlüyünü tam bərpa edərək Cənubi Qafqazda yeni reallıq yaradan Azərbaycan bu gün regionda qarşıdurma deyil, əməkdaşlıq mühitinin formalaşmasının, kommunikasiyaların açılmasının və Ermənistanla sülh gündəliyinin irəli aparılmasının əsas təşəbbüskarı kimi çıxış edir. Dublindəki görüşlərdə sülh gündəliyi çərçivəsində praktiki layihələrin müzakirə edilməsi rəsmi Bakının konstruktiv mövqeyinin və regional sabitliyə verdiyi töhfələrin Avropa paytaxtlarında yüksək qiymətləndirildiyini göstərir. Təsadüfi deyil ki, 2028-ci ilin may ayında Avropa Siyasi Birliyinin növbəti Zirvə toplantısının məhz Azərbaycanda keçirilməsinin nəzərdə tutulması da ölkəmizin beynəlxalq sülhə, təhlükəsizliyə və qitələrarası dialoqa verdiyi töhfələrin məntiqi nəticəsidir.

Bütün bu reallıqlar fonunda bir daha aydın görünür ki, Azərbaycanın Avropa siyasəti yeni və daha dərinməzmunlu bir mərhələyə daxil olub. Prezident İlham Əliyevin prinsipiallığı, praqmatik xarici siyasəti Azərbaycanı qlobal gündəliyi formalaşdıran etibarlı tərəfdaşa çevirib. Ölkəmizin beynəlxalq nüfuzu, dəyişməz mövqeyi, qarşılıqlı hörmətə və ortaq maraqlara söykənən siyasət kursu qarşıdakı illərdə də Azərbaycan ilə Avropa dövlətləri arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfələr verəcək.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisdə büdcə zərfinə daxil olan qanun layihələri müzakirə edilir  

11:23
18 Noyabr

COP31-də binalarda enerji səmərəliliyinin artırılmasında bələdiyyələrin rolu mövzusunda müzakirə təşkil olunub  

11:05
18 Noyabr

Vərəm əleyhinə peyvəndin 3-cü faza sınaqlarının nəticəsi 2028-ci ildə məlum olacaq

11:04
18 Noyabr

Ötən gün ölkə ərazisində 52 cinayətin üstü açılıb, axtarışda olan 116 nəfər saxlanılıb

10:58
18 Noyabr

Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub  

10:57
18 Noyabr

Azərbaycan və Gürcüstan enerji sahəsində əməkdaşlığın yeni perspektivlərini nəzərdən keçirib  

10:56
18 Noyabr

Çin və Rusiya liderlərinin görüşü keçirilib

10:55
18 Noyabr

Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub

10:55
18 Noyabr

ABŞ "qızılcadan azad" statusunu itirib

10:34
18 Noyabr

Ünvanlı dövlət sosial yardım alan ailələrin sayı açıqlanıb

10:33
18 Noyabr

Qızıl və gümüş ucuzlaşıb

10:32
18 Noyabr

Neft ucuzlaşıb 

10:32
18 Noyabr

Azərbaycan nefti 98 dollara satılır

10:31
18 Noyabr

“Cambridge” Lüğəti ilin sözünü seçib  

10:13
18 Noyabr

Trampa sui-qəsd planı hazırlayan Pakistan vətəndaşı 27,5 il həbs cəzası alıb

09:46
18 Noyabr

UEFA Millətlər Liqası: Danimarka Norveçə, Uels isə Portuqaliyaya məğlub olub

09:43
18 Noyabr

Rutte: NATO ölkələri Ukraynaya silah alınması üçün ABŞ-yə 10 milyard dollardan çox vəsait ödəyib  

09:41
18 Noyabr

Alimlər xroniki iltihabın yaranma mexanizmini araşdırmaq üçün yeni alət hazırlayıblar

09:20
18 Noyabr

Türkiyədə çıxan dərgidə çap edilmiş məqaləsinin qurbanı oldu

09:15
18 Noyabr

Azadlıq carçısı, inqilab şairi

09:10
18 Noyabr

Xalçaçılığa ürəkdən bağlandı, ilmələrlə möcüzələr yaratdı

09:05
18 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!