MKİ-nin sabiq əməkdaşı Çinin xeyrinə casusluq edib
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq əməkdaşı Cerri Çun Şin Li Çin hökumətinin xeyrinə casusluq məqsədilə sövdələşməyə getdiyini etiraf etmişdir. Bu barədə CNN telekanalı xəbər verir.
Prokurorların məhkəməyə təqdim etdiyi sənədlərdən məlum olur ki, Cerri Çun Şin Li iki çinli kəşfiyyatçı ilə əlaqə saxlayırmış. Kəşfiyyatçılar ondan nağd pul müqabilində məxfi informasiya alırmışlar.
İttihamnaməyə görə, çinli kəşfiyyatçılar əsasən MKİ-nin fəaliyyəti ilə bağlı 21 sorğu göndərmişlər. Həmin müddətdə amerikalının bank hesabına yüz minlərlə dollar daxil olmuşdur.
Cerri Çun Şin Lini maksimal müddətli həbs cəzası gözləyir. Buna baxmayaraq, prokurorlar bildirmişlər ki, MKİ-nin sabiq əməkdaşı təqsirini etiraf etdikdən sonra hakimdən 21 il həbs cəzası istəyəcəklər. Məhkəmə avqustda casus barəsində hökm çıxaracaq.
1994-2007-ci illərdə MKİ-də çalışmış Cerri Çun Şin Li son vaxtlaradək Honq Konqda yaşayırdı.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Əgər torpaq uğrunda şəhid olsam..."
27 Aprel
Muğam ifaçılığı sahəsində sənət estafeti etibarlı əllərdədir
27 Aprel
Böyük ehtiramın ifadəsi
27 Aprel
Bizi kəmiyyət yox, keyfiyyət qane etmir
27 Aprel
Ölkəmiz sürətlə Çin bazarına daxil olur
27 Aprel
Ölkəmiz qlobal dəhliz layihələrinin də əsas iştirakçılarındandır
27 Aprel
"COP29 bütün dünya üçün faydalı olacaq"
27 Aprel
Qərb fırıldaqçı milyarderi niyə müdafiə edir?!
27 Aprel
"Nobel şousu" Vardanyanı xilas edə bilməz
27 Aprel
Azərbaycanın Zəfəri Avropa Parlamentinin yuxusunu ərşə çəkib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!