Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci, 13-cü, 15-ci, 24-cü, 25-ci və 27-ci bəndlərini rəhbər tutaraq, "Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; 2025, № 2, maddə 96, № 3, maddə 214, № 4 (I kitab), maddələr 307, 315, 318, 322, № 5, maddələr 432, 441, № 6, maddələr 524, 536, № 7, maddələr 609, 618, № 8, maddələr 743, 744, №11, maddə 1009; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli Qanunu) 164.1.56-cı və 164.1.56-1-ci maddələrinə "ərazilərin" sözündən əvvəl "təhlükəli" sözü əlavə edilsin və həmin maddələrdə "partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan" sözləri "digər partlayıcı sursatlardan" sözləri ilə əvəz edilsin.
Maddə 2. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 497 (Cild I); 2024, № 6 (I kitab), maddələr 631, 639, № 12 (II kitab), maddələr 1332, 1350; 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 322, № 7, maddə 608) aşağıdakı məzmunda 19-1-ci maddə əlavə edilsin:
"Maddə 19-1. Əhalinin sağlamlığının qorunması sahəsində minatəmizləmə fəaliyyəti ilə əlaqədar zərərçəkmişlərin hüquqları
"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zərərçəkmişlər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsinin vəsaiti hesabına ("Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) təmin olunurlar.".
Maddə 3. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 365 (Cild I); 2024, № 5 (I kitab), maddə 499; 2025, № 6, maddə 530) 13-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. adında "və digər təsərrüfat işləri" sözləri ", təsərrüfat və digər işlər" sözləri ilə əvəz edilsin;
3.2. birinci hissə üzrə:
3.2.1. birinci cümlədə "və digər təsərrüfat işləri görülərkən" sözləri ", təsərrüfat və digər işlər görülərkən, o cümlədən minatəmizləmə fəaliyyəti həyata keçirilərkən" sözləri ilə əvəz edilsin;
3.2.2. ikinci cümlədə "və digər təsərrüfat işləri" sözləri ", təsərrüfat və digər işlər, o cümlədən minatəmizləmə fəaliyyəti" sözləri ilə əvəz edilsin;
3.3. ikinci hissə üzrə:
3.3.1. birinci cümlədə "və digər təsərrüfat işləri" sözləri ", təsərrüfat və digər işlər, o cümlədən minatəmizləmə fəaliyyəti" sözləri ilə əvəz edilsin;
3.3.2. ikinci cümləyə "işlər" sözündən sonra ", o cümlədən minatəmizləmə fəaliyyəti" sözləri əlavə edilsin;
3.4. üçüncü hissəyə hər iki halda "təmir" sözündən sonra ", minatəmizləmə fəaliyyəti" sözləri əlavə edilsin.
Maddə4. "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 470 (Cild I); 2024, № 4, maddə 365, № 11, maddə 1181, № 12 (II kitab), maddə 1331) 13-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. birinci hissə üzrə:
4.1.1. birinci abzasda "qanunvericilik" sözü "normativ hüquqi" sözləri ilə əvəz edilsin;
4.1.2. yeddinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:
"heyvanlardan minatəmizləmə fəaliyyətində partlayıcı sursatların aşkarlanması məqsədilə standart əməliyyat prosedurlarına uyğun istifadə edilməsi.";
4.2. ikinci hissədə "qanunvericiliyi" sözü "normativ hüquqi aktları" sözləri ilə əvəz edilsin.
Maddə 5. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 779 (Cild I); 2024, № 4, maddə 365, № 6 (I kitab), maddə 630, № 8, maddə 933, № 12 (II kitab), maddə 1349; 2025, №11, maddə 1009; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli Qanunu) 20.0.21-ci maddəsinə "ərazilərin" sözündən əvvəl "təhlükəli" sözü əlavə edilsin, həmin maddədə "partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan" sözləri "digər partlayıcı sursatlardan" sözləri ilə əvəz edilsin.
Maddə 6. "Psixoloji yardım haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 7 (Cild I) 6.2.12-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.2.13-cü maddə əlavə edilsin:
"6.2.13. "Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zərərçəkmişlərin.".
Maddə 7. "Standartlaşdırma haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə1175 (Cild I); 2025, № 6, maddə 522; Azərbaycan Respublikasının 2025-ci il 16 dekabr tarixli 313-VIIQD nömrəli Qanunu) 2.3-cü maddəsinə "uçotu," sözündən sonra "minatəmizləmə fəaliyyəti," sözləri əlavə edilsin.
Maddə 8. "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 562 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
8.1. 4.2.3-cü maddədə "və şəhərsalma" sözləri ", şəhərsalma və minatəmizləmə" sözləri ilə əvəz edilsin;
8.2. 7-ci maddə üzrə:
8.2.1. adında "və şəhərsalma" sözləri ", şəhərsalma və minatəmizləmə" sözləri ilə əvəz edilsin;
8.2.2. 7.4-cü və 7.5-ci maddələrə "təmir" sözündən sonra ", minatəmizləmə fəaliyyəti" sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2025-ci il