15 Fevral 2019 01:27
838
Mədəniyyət
A- A+
Millət eşqi

Millət eşqi


"Müsəlman milləti çox əqilli millətdir. Çünki bu millətdən başqa heç bir özgə millət behiştin yolunu tapa bilmir. Tutaq ki, avropalılar teleqraf, telefon və radio icad edirlər. Amma zəmanə ki, onlar behiştin yolunu tapa bilmirdilər, daha, onlar nə cürə müsəlmanlardan əqilli ola bilərlər? Əlbəttə, "ola bilməzlər”.

Bu məzəli-ağrılı, sevgi və təəssüb dolu təzadlı təsvir üsulu ilə yazılmış cümlələrin yaşı 100 ili ötür.

Millətinin gələcəyinə ünvanlı böyük mənalı kiçik felyetonlarından tutmuş milli və Şərq, hətta deyərdim dünya ədəbiyyatının məzmun, ideya, dil, bədii manera, novellavari sonluğu ilə bitən dəyərli incilər sayılan unikal "Ölülər”i nə qədər əsərləri ilə bir ömür istiqlala xidmət edən Cəlil Məmmədquluzadə bu gün də canlıdır. Müsəlman Şərqinin, cəmiyyətinin, dövrünün problemlərini bu reallıqla, çılpaqlığı ilə əks etdirən proqram əsərlərin müəllifi böyük Cəlil Məmmədquluzadə acıdığı, güldüyü, sevgi, göz yaşları ilə tənqid etdiyi qəhrəmanları, obrazları, qaldırdığı taleyüklü problemləri ilə aramızdadır, ona dönə-dönə müraciət edilir, ondan sitatlar gətirilir, öyrənilir. Böyük ədib xalqını zəifləri, kəmkəsirləri, acı həqiqətləri və qüdrətli yönləri ilə təsvir etməkdən çəkinmirdi. Xalqını, millətini kəmkəsirləri ilə tanıtmaqla istedadı, qələmilə yaratdığı bədii aynada onu özünə göstərirdi.

Böyük əsrdaşı, qələmilə Azərbaycan ədəbiyyatını şərəfləndirən, ona yeni ruh verən, yeni don biçən sabirsayağı, Cəlilin də əsərləri, ədəbiyyatın əsas qayəsi olan bədii, estetik zövq verməkdən daha çox, xalqını özünə tanıdan, halına çarələr bulmağa çalışan, dərdinə dərman axtaran bədii vasitəyə, aynaya çevrilir.

"Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” - deyəndə, o bilirdi ki, "qulaqlar kar, gözlər kor, hisslər tar, zövqlər məhv”dir. Lakin böyük sevgi, səbr, inad, əzm, cəsarətlə, həm də böyük məharət, istedadla, orijinal şəkildə, sadə, aydın dillə uzun illər usanmadan yazdı. Həcv yazdı, satira yazdı, kəskin tənqid etdi, ifşa etdi, amma xalqına sevgisi, sayğısı, gələcəyinə ümidini itirmədən, azaltmadan. Dövrünün bəzi alimləri, Cəlil Məmmədquluzadənin sərt, ifşaedici üslubunu bəyənmir, ona irad tutur, hətta qüsur sayanlar da tapılırdı, onun ifşaedici realist dili də tənqid olunur, məqbul sayılmırdı. Bəziləri isə hətta minbərdən belə onu kafir, mürtəd, dinsiz elan edir, həyatını bilərəkdən təhlükəyə atırdılar.

Lakin böyük ədib, dövrünün digər istiqlal qurucuları ilə birlikdə xalqın anlayacağı dillə danışır, bilə-bilə bu yolu yeriyirdi. Cəlil Məmmədquluzadənin realizmi zəngin ənənəyə söykənirdi, mövzuları, obrazları həyatdan gəlirdi, tanıdıqlarını, gördüklərini yazıya gətirirdi. Digər tərəfdən, böyük sələfi M.F.Axundzadə realizmini əxz etmişdi. Cəlilin realizmi bu üzdən orijinal, canlı və yenidir, fərqlidir. "Poçt qutusu”, "Kişmiş oyunu”, "Buz”, "Usta Zeynal”, "Qurbanəli bəy”, "Nigarançılıq”, "Zırrama”, "Xanın təsbehi”, "Ölülər”, "Anamım kitabı”, "Danabaş kəndinin məktəbi”, "Danabaş kəndinin əhvalatı” və onlarca digər millətinin yoluna işıq tuta bilən, onu sağaldan kamil əsərlərini bu ruhda qələmə alır.

Böyük Cəlil Məmmmədquluzadə "Molla Nəsrəddin” məcmuəsi ilə dövrünün intibah salnaməsini yaradır. Xalqının maariflənməsi, təhsil alması, qadın azadlığı, dini fanatizmin kəskin ifşası, dilin saflığı uğrunda ölçüyəgəlməz işlər görmüş mollanəsrəddinçilər, başlarında Cəlil Məmmədquluzadə olmaqla XX əsrdə mədəniyyətin, ədəbiyyatın yeni axara yönəldilməsində dönüş yarada bildilər. Jurnalın dili xüsusilə seçilməyə başlayır: sadə, anlaşıqlı, xalqa tez çatan ifadələr, hər cür ərəb, fars ibarələrindən uzaq bir - Azərbaycan türkcəsi təqdim olunurdu. "Salınız yadınıza ki, ananız sizə bu dildə layla çalırdı” - deyə, dahi sənətkar xalqına xitab edirdi. "Molla Nəsrəddin” məcmuəsinin milli mədəniyyətin, ana dilin inkişafının yeni cığıra yönəldilməsi, tarixi dəyəri, yeri haqqında ədəbiyyatşünaslıqda çox deyilib, çox yazılıb, bu gün də, sabah da yazılacaq. "Molla Nəsrəddin” jurnalı açıq, cəsarətlə yazırdı, çox şeyləri bilərək göz altına alaraq da yazmaqdan çəkinmirdi.

Həmən, 1906-cı ildə elan edirdi ki, "İdarəyə göndərilən məktub və məqalələr açıq türk dilində yazılmış olmasalar, çap olunmayacaqlar”.

Bu gün ana dilimiz ətrafında baş verənləri, ədəbi dilin normativlərinin pozulması, korlanması, TV-lərdə, sosial mediada Azərbaycan dilinin süni şəkildə kobudlaşdırılması, dərsliklərə ayaq açan bəzi səviyyəsiz mətnlər, ümumilikdə təhsillə bağlı böyük nigarançılıq, bəzi əcnəbi dillərin elmimizə, dilimizə, məişətimizə yenidən sürətlə, rahatlıqla gəlişi və oturuşma inadı fonunda, yüz il öncə böyük Cəlil və onun sabit əqidə, dönməz məslək yoldaşlarının titanik əməkləri böyük rəğbət doğurur. İlk nömrəsində "Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər” - deyən Cəlil Məmmədquluzadə əqidəsindən dönmədən yazdı, yazdı və

"Neyləməli, göz görür, əqlim kəsir”

"Mən günəşi göydə dana bilmirəm” hayqıran, ciyərləri parçalanan Sabiri doğurur.

"Anamın kitabı” 1920-ci ildə qələmə alınıb. Artıq əsərin qəhrəmanları nə sadədil danabaşlılar, nə də Zəhrabəyim ananın İstanbul, Rusiya, İranda təhsil alan övladlarıdır. XXI əsrin əvvəlində dəyişməyən yenə də vətən bilib sığındığımız Ana dili və onun başını saran problemlərdir.

"Anamın kitabı” öz dövründə də, bu gündə bir ölkəni, bir xalqı, bir dövləti, bir ailəni təmsil edən kitabdır. Ruhumuzun, tariximiz və mədəniyyətimizin, dilimizin yuvası olan Ana dilimizdir. Əsərdə Aslan bəylərlə sadə insanlar arasında olan mükalimədən heç nə anlaya bilməyən Qurban sonda dözməyib deyir: "Səni and verirəm Allaha biznən elə danış ki, başa düşək”. Bu gün dillərini əcnəbi söz və terminlərlə "zənginləşdirib” yüksək intellekt sahibi kimi, ("obrazovannı”) görünməyə çalışanlar, "Anamın kitabı”nı unutmasınlar gərək” XX əsrin əvvəllərində Azərbaycana olan xarici siyasətlərin müxtəlif vasitələrlə - ən təsirli vasitə kimi həm də dillə, mənəvi həyatın aşılanması, adət-ənənələrin aşağılanması, bu gün də sivil ifadə və formalarla cəmiyyətə, ailələrə sırınır. Nəticədə XX əsrin əvvəllərində Zəhrabəyim ananın övladları timsalında "məslək üstündə”, "kitab üstündə”, mübahisələr düşmənçiliyə çevrilir, ailə dağılır. Böyük ədib bu zaman meydana əsrlərin sınağından keçib gələn Vətən kitabını çıxarır.

"Qaldı bircə kitab: bu da anamın kitabı!.. Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, yenə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanalar; çünki Ay və Ulduz Şəmsin parçaları olduğu kimi, bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə...”

Cəlil Məmmədquluzadənin realizmi, gülüşü, yumoru, əsərləri, obrazları bu gün də cəmiyyəti düşündürmək, canlı, diri tutmaq qadirindədir. Onun satirası, realizmi insanı daha ciddi, məsuliyyətli, yaddaşlı olmağa səsləyir. Düşünürəm ki, əsərləri, realizmi, dili, tipajları ilə yeni ədəbiyyat, yeni ədəbi məktəb yaradan Cəlil Məmmədquluzadənin irsi milli mədəniiyətdə yeni düşüncəyə yol açan ən unikal, orijinal mərhələlərindəndir.

Xatirə BƏŞİRLİ,

filologiya elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna Rusiyanın hərbi müəssisəsinə zərbə endirib

14:37
23 May

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək  

14:01
23 May

Oleq Babaka həsr olunan kitab Ukraynada təqdim edilib  

13:47
23 May

Dövlət Gömrük Komitəsi ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi arasında açıq dialoq platforması keçirilib

13:41
23 May

Azərbaycanın Mavritaniyadakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

13:39
23 May

WUF13 çərçivəsində 179 minə yaxın sərnişin daşınıb  

13:15
23 May

Suriyada İŞİD terrorçuları yaxalanaraq Türkiyəyə gətirilib

13:00
23 May

Prezident İlham Əliyev: WUF13 Azərbaycanın çoxtərəfliliyə və daha yaxşı gələcək naminə kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfədir  

12:57
23 May

Milli Məclisin nümayəndə heyəti Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulluğunda olub  

12:49
23 May

May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

11:58
23 May

Dünya mediası WUF13-ün qlobal şəhərsalma siyasətində yeni yol xəritəsinin müəyyənləşməsində rolundan yazıb 

09:47
23 May

Rubio Kubanın ABŞ üçün təhlükə yaratdığını bildirir

08:50
23 May

103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb

08:48
23 May

"Azərenerji" ASC-nin sədri ilə Xorvatiya səfirinin görüşü olub

08:45
23 May

Bilmək istəyirəm

08:40
23 May

Bakı-Brüssel tərəfdaşlığının yeni prioritetləri

08:35
23 May

Günnütdən Zəfərə doğru

08:33
23 May

Qətiyyətin zəfəri

08:30
23 May

BŞİH-də xarici ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirilib 

08:25
23 May

Azərbaycandan şəhərsalma üzrə dünyaya dayanıqlı inkişaf mesajı 

08:20
23 May

Azərbaycanın töhfələri D-8-i daha çevik struktura çevirir

08:15
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!