22 May 2026 00:29
216
Mədəniyyət
A- A+
Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub

Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub


Mayın 21-də Heydər Əliyev Mərkəzində perulu rəssam Ronald Kompanokanın fərdi sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində Leyla Əliyeva və Alena Əliyeva, mədəniyyət naziri Adil Kərimli, tanınmış incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

“Yuxular teatrı” (“The Theater of Dreams”) adlı sərgidə müəllifin bir sıra əsərləri ilk dəfə ictimaiyyətə təqdim olunub.

Açılış mərasimindən əvvəl jurnalistlərə açıqlama verən Ronald Kompanoka bildirib ki, bu hadisə onun üçün böyük əhəmiyyət daşıyır və sərginin Avropanın mühüm mədəniyyət mərkəzlərindən birində keçirilməsi xüsusi önəm kəsb edir. Rəssam qeyd edib ki, layihəni digər sərgilərdən fərqləndirən əsas cəhət onun yalnız ənənəvi təqdimat formatı ilə məhdudlaşmaması, müxtəlif mədəni yanaşmaları və yaradıcı baxışları bir araya gətirməsidir.

O vurğulayıb ki, sərgidə nümayiş olunan əsərlərin bir qismi Azərbaycan mədəniyyətindən ilhamlanaraq hazırlanıb. Eyni zamanda, bəzi işlərdə xalça elementləri, digər əsərlərdə isə Azərbaycan motivləri və ölkəmizin adı əks olunub. Ronald Kompanoka əlavə edib ki, yaradıcılığında həm fantaziya, həm də sehrli sürrealizm elementləri yer alır. Bununla belə, o, əsərlərini daha çox realist və mistik üslubun sintezi kimi dəyərləndirir.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, rəssamla artıq bir neçə ildir sərginin Azərbaycanda keçirilməsi ilə bağlı müzakirələr aparılırdı və nəhayət bu layihəni reallaşdırmaq mümkün olub. O, bu müddət ərzində fəal yaradıcılıq fəaliyyəti göstərdiyinə və sərginin təşkilinə verdiyi dəstəyə görə rəssama təşəkkür edib.

Anar Ələkbərov, həmçinin bu cür layihələrin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Çıxış edən Ronald Kompanoka isə qeyd edib ki, sərgidə təqdim olunan iriölçülü əsərlər üzərində son bir il ərzində intensiv çalışıb. Onun sözlərinə görə, bu əsərlər detallara olan xüsusi həssaslığının, görünməyəni görünənə çevirmək istəyinin və daxili dünyasının bədii ifadəsinin nəticəsidir.

Qeyd olunub ki, ekspozisiyada nümayiş olunan əsərlərin ana xəttini zaman, səyahət və yuxular mövzusu təşkil edir. Sərgidə xatirələri qoruyan saatlar, buludlar yaradan gəmilər, Ay işığında hərəkət edən karvanlar və eyni mənzilə doğru can atan obrazlar xüsusi yer tutur.

Tədbir çərçivəsində Kompanokanın əsərlərindəki obrazları səciyyələndirən müxtəlif personajların iştirakı ilə bədii proqram da təqdim olunub.

Daha sonra qonaqlar “Yuxular teatrı” sərgisi ilə tanış olublar.

Xəyali aləmə aparan sərginin əsas personajlarını təlxəklər, musiqiçilər, sehrbazlar, səyyahlar və fantastik varlıqlar təşkil edir. Bu obrazlar tamaşaçını rəssamın daxili dünyasına doğru qeyri-adi səyahətə aparır.

Ronald Kompanokanın əsərləri sehrli sürrealizm fəlsəfəsi əsasında yaradılıb və ziyarətçiləri reallıqla təxəyyülün incə tarazlıqda qovuşduğu ecazkar kainatla tanış edir. Bu bədii yanaşmada İeronim Bosx, Salvador Dali və Rene Maqrit kimi dünyaşöhrətli sənətkarların yaradıcılığına istinad olunur.

Tamaşaçıları ilə özünəməxsus bədii dildə ünsiyyət quran Ronald Kompanokanın əsərləri bu günədək Avropa, ABŞ və Mərkəzi Amerikanın müxtəlif ölkələrində nümayiş etdirilib.

Sərgi 2027-ci il martın 1-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

13 işəgötürən, 70 vakansiya  

12:24
22 May

WUF13-də Namibiya və Ukraynada rəqəmsal şəhər həllərinin tətbiqi müzakirə olunub

12:23
22 May

Kolumbiyalı nümayəndə: Mənzil siyasəti məşğulluq, nəqliyyat və qayğı xidmətlərindən ayrı planlaşdırıla bilməz

12:21
22 May

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

12:10
22 May

Xocavənd şəhərinə növbəti köç yola salınıb

12:10
22 May

Rodriqo Labardini: Minalar iqtisadi bərpa və yenidənqurma qarşısında ciddi maneələr yaradır

12:09
22 May

WUF13 çərçivəsində özəl sektorun davamlı şəhərlərin qurulmasındakı roluna dair müzakirələr aparılıb YENİLƏNİB

12:08
22 May

Baş nazir Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb

12:07
22 May

Bahar Muradova: Mənzil təhlükəsizliyi gender bərabərliyindən ayrı təmin oluna bilməz

12:06
22 May

Əksər yerlərdə yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

12:06
22 May

WUF13 panel sessiya - Dayanıqlı inkişaf məqsədlərindən mənzillərə

12:05
22 May

Proqnoz: 2026-cı ildə dünyada elektromobillərin satış payı 30 faizə çatacaq

12:04
22 May

Namibiya 2027-ci ilə qədər “ağıllı şəhər” modelinə keçəcək

12:02
22 May

Anaklaudia Rossbax: Mənzil böhranı qadınlara daha güclü təsir göstərir

12:02
22 May

“Politico”: Mark Rütte ABŞ-ni NATO-da saxlamağa çalışır

12:01
22 May

Nazir müavini: Orta Dəhliz Azərbaycan-Tacikistan əlaqələrinin daha da inkişaf etməsinə əlavə imkanlar yaradır

12:00
22 May

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu yollardakı vəziyyətlə bağlı xəbərdarlıq edib

11:58
22 May

Anqolalı memar: Dayanıqlı şəhərlər üçün yanaşmalar dəyişməlidir

11:58
22 May

Rusiya Ermənistana tədarük etdiyi qazın qiymətini qaldıracaqmı?

11:57
22 May

Rəvan Həsənov: Urbanizasiya insanların kimliyinin, dini və mədəni irsinin qorunması ilə paralel aparılmalıdır

11:56
22 May

BMT nümayəndəsi: Afrikada şəhərsalma artıq uzaq bir tendensiya deyil, sürətlənən bir reallıqdır

11:55
22 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!