06 Noyabr 2026 10:49
278
SİYASƏT
A- A+
Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib  

Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib  


Meksikanın “Así Lo Dice México” qəzetində Federiko La Montun müəllifi olduğu məqalədə Prezident İlham Əliyevin siyasi rəhbərliyi, hərbi strategiyası və Azərbaycanın ərazi bütövlüyünün bərpasındakı rolu təhlil edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə müasir dövlətçilik tarixində siyasi strategiya ilə hərbi rəhbərliyin uzlaşdırılmasının əhəmiyyətindən bəhs olunur və bu baxımdan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin liderliyi xüsusi vurğulanır.

Müəllif qeyd edir ki, Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı nümayiş etdirdiyi qətiyyətli rəhbərlik və “Qarabağ bizimdir!” bəyanatı Azərbaycanın milli kimliyinin və ərazi bütövlüyünün bərpasında tarixi mərhələ oldu. Onun fikrincə, siyasi qərarların hərbi əməliyyatların gedişi ilə uzlaşdırılması Azərbaycanın Qələbəsinin mühüm amillərindən birinə çevrildi.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanat da müharibənin başa çatmasında həlledici dönüş nöqtəsi kimi qiymətləndirilir. Bildirilir ki, bu sənəd Azərbaycanın ərazi bütövlüyünün bərpası və Şuşa şəhərinin azad edilməsindən sonra yaranmış yeni reallıqları təsbit edib.

Federiko La Mont Azərbaycanın Qələbəsini qədim Çin hərbi strateqi Sun Tzunun “Müharibə sənəti” əsərində irəli sürülən prinsiplərlə də əlaqələndirir. Müəllifin qənaətinə görə, qələbəyə aparan yol yalnız döyüş meydanında üstünlük əldə etməkdən deyil, həm də uzunmüddətli hazırlıqdan, iqtisadi və texnoloji potensialın gücləndirilməsindən, milli birliyin və mənəvi ruhun möhkəmləndirilməsindən keçir.

Yazıda Azərbaycanın müasir hərbi texnologiyalardan, o cümlədən zərbə dronlarından və yüksəkdəqiqlikli silah sistemlərindən istifadəsinə də diqqət çəkilir. Qeyd olunur ki, ordunun texnoloji imkanlarının inkişafı və müasir döyüş strategiyasının tətbiqi hərbi əməliyyatların nəticələrinə əhəmiyyətli təsir göstərib.

Müəllif, həmçinin Azərbaycanın beynəlxalq diplomatiya sahəsindəki fəaliyyətini strateji uzaqgörənliyin mühüm tərkib hissəsi kimi təqdim edir. Onun fikrincə, beynəlxalq münasibətlərin qorunması, qonşu dövlətlərlə əlaqələrin davam etdirilməsi və diplomatik imkanlardan səmərəli istifadə Azərbaycanın suverenliyinin möhkəmləndirilməsinə xidmət edib.

Məqalədə noyabrın 8-də qeyd olunan Zəfər Gününün yalnız hərbi qələbənin ildönümü olmadığı, eyni zamanda, Azərbaycanın milli birliyini, suverenliyini və tarixi ədalətin bərpasını təcəssüm etdirən ümumxalq bayramına çevrildiyi vurğulanır. Bildirilir ki, 2021-ci ildən etibarən rəsmi şəkildə qeyd edilən bu gün milli qürur və dirçəlişin rəmzidir.

Müəllif yazısını belə bir qənaətlə yekunlaşdırır: siyasi liderliyin, strateji düşüncənin və ərazi suverenliyinə sadiqliyin vəhdəti Azərbaycanın təcrübəsini milli strategiya baxımından diqqətəlayiq nümunəyə çevirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şirvanda Vətən müharibəsi şəhidi Ramil Əliyevin xatirəsi anılıb  

11:51
06 Noyabr

Vətən müharibəsinin hər günü şanlı tarix və Zəfər salnaməsidir  

11:41
06 Noyabr

Bakıda BMT sammiti çərçivəsində ikitərəfli görüşlər olub

11:36
06 Noyabr

İranla bağlı qeyri-müəyyənlik fonunda neftin qiyməti artır

11:14
06 Noyabr

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 130 mənzil verilib  

11:03
06 Noyabr

Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib  

10:49
06 Noyabr

Paytaxtda avtobuslarla sərnişindaşımada rekord göstərici qeydə alınıb

10:29
06 Noyabr

Azərbaycan neftinin qiyməti 107 dollara çatır

10:13
06 Noyabr

Qızıl və gümüş ucuzlaşır

10:13
06 Noyabr

Neft bahalaşıb

10:12
06 Noyabr

Azərbaycan əsgərinin Şuşaya daxil olması üçün hər gün dua edirdim – Litvalı jurnalist Riçardas Lapaytis 

09:59
06 Noyabr

Sudan sərhədində atışmada iki Misir hərbçisi həlak olub

09:55
06 Noyabr

UEFA Avropa Liqası: “Yuventus” və “Marsel” səfərdə qalib gəlib

09:52
06 Noyabr

Qocalmanı ləngitmək mümkündürmü?

09:35
06 Noyabr

UEFA Konfrans Liqası: “Trabzonspor” öz meydanında məğlub olub, “Kayrat” səfərdə xal qazanıb  

09:32
06 Noyabr

ABŞ Prezidenti: Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq

09:31
06 Noyabr

S.Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib

09:30
06 Noyabr

Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm  

09:29
06 Noyabr

Gözəl nitq də bir zənginlikdir

09:25
06 Noyabr

Xınalıq kəndinə 15 santimetr qar yağıb

09:24
06 Noyabr

Elmdə yeni nəfəs

09:20
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!