30 İyul 2026 09:52
181
CƏMİYYƏT
A- A+
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına başlanılıb

Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına başlanılıb


Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Lənkəran rayonunda "Aqrar sahədə müasir suvarma sistemlərinin təşviqi" mövzusunda 3 günlük interaktiv təlim proqramına start verilib. 

Təlim proqramı "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda müəyyən edilmiş suvarma suyundan səmərəli istifadə mexanizmlərinin inkişaf etdirilməsi, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, informasiya-məsləhət xidmətləri və innovasiya yayımı sisteminin inkişaf etdirilməsi üzrə prioritet istiqamətlərə uyğun olaraq təşkil olunub.

Tədbirin açılışında çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev bildirib ki, aqrar sahənin dayanıqlı inkişafı, məhsuldarlığın artırılması, innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi və iqlim dəyişikliklərinə uyğunlaşma əsas prioritet istiqamətlərdəndir. O qeyd edib ki, Aqrar Təlim Mərkəzi tərəfindən cari il ərzində 52 rayon üzrə təşkil olunan 628 təlimdə ümumilikdə 16 min 709 fermer iştirak edib. Sərdar Hacıyev, həmçinin vurğulayıb ki, uzunmüddətli dayanıqlı kənd təsərrüfatının formalaşdırılması idarə olunan və səmərəli suvarma sistemi olmadan mümkün deyil. Sədr diqqətə çatdırıb ki, son üç il ərzində ölkədə müasir suvarma sistemlərinin tətbiq olunduğu ərazilərin həcmi 85-87 min hektardan 127 min hektara çatdırılıb. Bu göstərici həyata keçirilən dövlət dəstəyinin və görülən işlərin real nəticəsidir. Qarşıdakı dövrdə müasir suvarma sistemlərinin tətbiqinin daha da genişləndirilməsi məqsədilə 2030-cu ilin sonunadək bu sistemlərin tətbiq olunduğu ərazilərin həcminin 300 min hektara çatdırılması planlaşdırılır.

Proqram çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə təqdimatlar keçirilib. Beynəlxalq ekspert Dr. Abdullah İlker Esin və sahə üzrə mütəxəssis Akif Quliyev müasir suvarma texnologiyalarına dair təqdimatlarla çıxış ediblər. Təqdimatlar zamanı ənənəvi və müasir suvarma üsullarının müqayisəsi, müasir suvarma sistemlərinin üstünlükləri, damcı və yağmurlama kimi intensiv suvarma texnologiyalarının tətbiqi, su itkilərinin əsas səbəbləri və onların azaldılması yolları, suvarmaya təsir göstərən iqlim, torpaq və bitki amilləri, eləcə də müasir suvarma sistemlərinin düzgün layihələndirilməsi və planlaşdırılması prinsipləri ətraflı izah olunub. İştirakçılar mövzular üzrə praktiki nümunələr və beynəlxalq təcrübə ilə tanış olublar, onları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.

Qeyd edək ki, üç gün davam edəcək proqram çərçivəsində Təlimçilər üçün Təlim (Training of Trainers - ToT) proqramı da təşkil olunacaq. Proqramın üçüncü günü isə Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən nümunəvi təsərrüfatda praktiki məşğələ keçiriləcək. İştirakçılar burada müasir suvarma sistemlərinin tətbiqini praktik olaraq öyrənmək və onların iş prinsipi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.


S.QUBADOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çempionlar Liqası: "Fənərbağça" növbəti mərhələyə vəsiqə qazanıb

11:03
30 İyul

Tramp: Zelenskiyə müharibəyə son qoymaq istədiyimi dedim

10:56
30 İyul

Dünya iqlim fəlakətləri ilə üz-üzədir

10:34
30 İyul

Kənd turizmi - əlçatan, rahat və səmərəli istirahət

10:27
30 İyul

Qələmi ilə millətə xidmət edən ziyalı

10:20
30 İyul

Tovuz fareli

10:13
30 İyul

Ənənə davam edir

10:06
30 İyul

İndiyədək Şəmkirdə 35,5 min tondan çox kartof yığılıb

09:59
30 İyul

Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına başlanılıb

09:52
30 İyul

Naxçıvanda fiber-optik şəbəkə qurulur

09:45
30 İyul

Vətəni qorumaq şərəfli peşədir

09:38
30 İyul

6 ayda ölkə üzrə 25,4 milyard kubmetr qaz hasil edilib

09:31
30 İyul

Müstəqil Azərbaycan dördüncü, amma bərpa olunmuş suveren ərazisində birinci siyahıyaalmaya hazırlaşır

09:24
30 İyul

Memarların şeyxi - Əcəmi Naxçıvani

09:17
30 İyul

Zəngin irsdən texnoloji gələcəyə

09:10
30 İyul

Qlobal güc balansını artıq texnologiya müəyyən edir

09:03
30 İyul

"Xeyriyyəçi" maskası altında törədilən transmilli cinayətlər

08:56
30 İyul

Ermənilərin çirkli kapitalı ilə muzdlu lobbiçilik fəaliyyəti davam edir

08:49
30 İyul

Mərakeş-Azərbaycan tərəfdaşlığı Afrika ölkələri üçün nümunədir

08:42
30 İyul

"Əvvəllər qəbul olunan inkişaf planlarına yeni geosiyasi reallıqlar nəzərə alınmaqla düzəlişlər edilir"

08:35
30 İyul

Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı türk dünyasının inteqrasiyasına mühüm töhfə verir

08:28
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!