29 İyul 2026 18:50
158
CƏMİYYƏT
A- A+
Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir

Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir


İyulun 29-da Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanı ziyarət edərək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də məzarlarını ziyarət edib.

Daha sonra qonaqlar Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

Səfər çərçivəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze arasında geniş tərkibdə görüş keçirilib.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında formalaşmış yüksəksəviyyəli siyasi dialoq və strateji tərəfdaşlıq münasibətlərinin iki ölkə arasında əməkdaşlığın bütün istiqamətləri üzrə dinamik inkişafa mühüm töhfə verdiyi vurğulanıb.

Baş prokuror Kamran Əliyev Azərbaycan və gürcü xalqları arasında əsrlər boyu formalaşmış qarşılıqlı hörmətə və etimada əsaslanan dostluq və mehriban qonşuluq münasibətlərinin dövlətlərarası əməkdaşlığın bütün istiqamətlər üzrə uğurla inkişafına mühüm töhfə verdiyini qeyd edib. Bundan başqa, prokurorluq orqanları arasında formalaşmış əməkdaşlığın cinayət mühakimə icraatının səmərəliliyinin artırılması, insan hüquq və azadlıqlarının müdafiəsi, qanunun aliliyinin təmin olunması və transmilli cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Görüş zamanı Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin bu ilin fevral ayında Tbilisiyə səfəri məmnunluqla xatırlanıb, həmin səfərin iki ölkənin prokurorluq orqanları arasında institusional əlaqələrin daha da möhkəmləndirilməsinə və çoxtərəfli hüquqi əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

Tərəflər ikitərəfli hüquqi əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edib, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın müəyyən edilməsi, izlənilməsi, üzərinə həbs qoyulması və müsadirəsi, transmilli mütəşəkkil cinayətkarlıq, korrupsiya, kibercinayətkarlıq, terrorçuluğun maliyyələşdirilməsi, insan alveri və digər müasir cinayət təzahürlərinə qarşı mübarizə, habelə rəqəmsal texnologiyaların tətbiqi, prokurorluq əməkdaşlarının peşə hazırlığı və təcrübə mübadiləsi sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Giorgi Qvarakidze göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Gürcüstan Baş Prokurorluğunun Azərbaycan Baş Prokurorluğu ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi önəm verdiyini, mövcud tərəfdaşlığın bundan sonra daha da dərinləşdirilməsi və birgə fəaliyyətin genişləndirilməsi istiqamətində bütün zəruri səylərin davam etdiriləcəyini vurğulayıb.

Daha sonra nümayəndə heyəti Azərbaycan Prokurorluğunun Tarix Muzeyi ilə tanış olub, prokurorluq orqanlarının yaranma tarixi, inkişaf mərhələləri, institusional islahatlar və müasir fəaliyyət istiqamətləri barədə ətraflı məlumatlandırılıb. Qonaqlara, həmçinin prokurorluq orqanlarında həyata keçirilən müasir idarəetmə, rəqəmsallaşma və beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər barədə məlumat verilib.

Görüşdə, eyni zamanda, Gürcüstanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Mayya Tabaqari iştirak edib.

Nümayəndə heyətinin səfəri davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Beynəlxalq axtarışda olan şəxs Monteneqroda tutularaq Azərbaycana ekstradisiya edilib

19:50
29 İyul

Gender məsələləri üzrə məsul şəxslər üçün rəqəmsal bacarıqların artırılmasına dair təlim keçirilib

19:42
29 İyul

Azərbaycan Moldovada keçirilən beynəlxalq seminarda təmsil olunub

19:28
29 İyul

Gürcüstanın Baş prokuroru: Əməkdaşlıq və beynəlxalq hüquqi yardım sahəsində çox uğurlu nəticələrimiz var

19:21
29 İyul

Mütəxəssis: Müntəzəm kitab oxuyan uşaqların dərsdə daha uğurlu olduqları müşahidə edilir

19:14
29 İyul

UNODC: İnsan alverinin qurbanları arasında qadınlar və qızlar daha çoxdur

19:07
29 İyul

Fransa bu ilin birinci yarımilində məlumat sızmalarından ən çox zərər görən Avropa ölkəsi olub

19:00
29 İyul

Azərbaycan millisinin futbolçusu Macarıstan klubuna keçib

18:55
29 İyul

Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir

18:50
29 İyul

Akademik: Vətəndaşların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi vacibdir

18:42
29 İyul

"Qarabağ"ın sabiq qapıçısı Türkiyə klubuna keçib

18:35
29 İyul

Zimbabvedə təqribən 210 milyon il əvvələ aid yeni dinozavr növünün qalıqları tapılıb

18:28
29 İyul

Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar

18:21
29 İyul

Türkiyə İranla sərhəddə çəkilən divarı tamamlayır

18:14
29 İyul

“YAŞAT” düşərgəsinin yeddinci həftəsi başlayıb

18:07
29 İyul

Azərbaycanla Çinin diplomatik münasibətlərinin 35-ci ildönümü ilə bağlı poçt markası buraxıla bilər

18:00
29 İyul

Sumqayıt Sənaye Parkının yeni rezidenti xüsusi texnika və nəqliyyat vasitələri istehsal edəcək

17:55
29 İyul

Efiopiya Federasiya Palatasının sədri: Azərbaycan fəal parlament diplomatiyası həyata keçirir 

17:50
29 İyul

Professor: Azərbaycan həm regional, həm də daha geniş geosiyasi müstəvidə sabitlik amili kimi çıxış edir 

17:42
29 İyul

Altı ayda “AzerGold”un ixrac gəlirləri 26 faizdən çox artıb

17:35
29 İyul

İlin birinci yarısında Azərbaycanın qızıl ixracından gəliri 40 faizdən çox artıb

17:28
29 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!