30 İyul 2026 09:59
171
İQTİSADİYYAT
A- A+
İndiyədək Şəmkirdə 35,5 min tondan çox kartof yığılıb

İndiyədək Şəmkirdə 35,5 min tondan çox kartof yığılıb


Kənd təsərrüfatının Şəmkirin sosial-iqtisadi inkişafında çəkisi kifayət qədər yüksəkdir. Bu sahənin həm də əhalinin məşğulluğunun təminatında payı çoxdur.

Dövlət tərəfindən həyata keçirilən ardıcıl dəstək tədbirləri və müasir aqrar yanaşmaların tətbiqi rayonda məhsul istehsalının artmasına əlverişli zəmin yaradıb. Bu baxımdan cari ildə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" da xüsusi qeyd olunmalıdır.

Hazırda Şəmkirdə kartof yığımı sürətlə davam edir. Rayon sakinləri məhsulu vaxtında yığıb tədarük etmək üçün əllərindən gələni əsirgəmirlər. Yığımın vəziyyəti ilə yerində tanış olmaq, istehsalçıların təkliflərini dinləmək və onları narahat edən məsələləri həll etmək üçün tez-tez mütəxəssislər təsərrüfatlarda olur, yığımın gedişi ilə maraqlanırlar. 

Bu günlər bir qrup mütəxəssis yenə də təsərrüfatlarda olmuş, istehsalçılarla görüşmüşlər. Bildirilmişdir ki, ölkədə aqrar sahənin inkişafı prioritet istiqamətlərdən sayılır. Yeni dövlət proqramında da əsas hədəf məhsuldarlığın artırılması, fermerlərin fəaliyyətinin dəstəklənməsi və müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqinin genişləndirilməsidir. Qarşıda duran vəzifələrin uğurla icrası ölkəmizdə ərzaq təhlükəsizliyinin daha etibarlı təminatına  və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verəcək.

Fermerlər bu il də sahələrdə bol kartof yetişdirdiklərini bildirmişlər. Söhbət zamanı məlum olmuşdur ki, cari ilin 6 ayı ərzində 6323 hektarda kartof əkilmişdir. 2026-cı ilin iyul ayına olan statistik göstəricilərə əsasən, 4903 hektar sahədə yığım aparılmış, 35568 ton məhsul tədarük olunmuşdur. Əldə olunan nəticələrdən məmnunluqlarını ifadə edən fermerlər növbəti mövsümdə kartof əkin sahələrini daha da genişləndirməyi planlaşdırdıqlarını bildirmişlər. 


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çempionlar Liqası: "Fənərbağça" növbəti mərhələyə vəsiqə qazanıb

11:03
30 İyul

Tramp: Zelenskiyə müharibəyə son qoymaq istədiyimi dedim

10:56
30 İyul

Dünya iqlim fəlakətləri ilə üz-üzədir

10:34
30 İyul

Kənd turizmi - əlçatan, rahat və səmərəli istirahət

10:27
30 İyul

Qələmi ilə millətə xidmət edən ziyalı

10:20
30 İyul

Tovuz fareli

10:13
30 İyul

Ənənə davam edir

10:06
30 İyul

İndiyədək Şəmkirdə 35,5 min tondan çox kartof yığılıb

09:59
30 İyul

Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına başlanılıb

09:52
30 İyul

Naxçıvanda fiber-optik şəbəkə qurulur

09:45
30 İyul

Vətəni qorumaq şərəfli peşədir

09:38
30 İyul

6 ayda ölkə üzrə 25,4 milyard kubmetr qaz hasil edilib

09:31
30 İyul

Müstəqil Azərbaycan dördüncü, amma bərpa olunmuş suveren ərazisində birinci siyahıyaalmaya hazırlaşır

09:24
30 İyul

Memarların şeyxi - Əcəmi Naxçıvani

09:17
30 İyul

Zəngin irsdən texnoloji gələcəyə

09:10
30 İyul

Qlobal güc balansını artıq texnologiya müəyyən edir

09:03
30 İyul

"Xeyriyyəçi" maskası altında törədilən transmilli cinayətlər

08:56
30 İyul

Ermənilərin çirkli kapitalı ilə muzdlu lobbiçilik fəaliyyəti davam edir

08:49
30 İyul

Mərakeş-Azərbaycan tərəfdaşlığı Afrika ölkələri üçün nümunədir

08:42
30 İyul

"Əvvəllər qəbul olunan inkişaf planlarına yeni geosiyasi reallıqlar nəzərə alınmaqla düzəlişlər edilir"

08:35
30 İyul

Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı türk dünyasının inteqrasiyasına mühüm töhfə verir

08:28
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!