№ 460
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 14 mart tarixli 58 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddələr 71, 74; 2003, № 6, maddə 342; 2016, № 1, maddə 170; 2018, № 7 (II kitab), maddə 1652, № 9, maddə 1938; 2019, № 3, maddə 565, № 5, maddə 972; 2020, № 4, maddə 484, № 10, maddə 1277) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nın 1.1-ci bəndinə “aqreqat nişan nömrələri olan” sözlərindən sonra “, habelə utilizasiya edilmiş nəqliyyat vasitəsindən əldə edilmiş yararlı olan” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli 158 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 684; 2005, № 12, maddə 1244; 2008, № 2, maddələr 116, 132, № 5, maddə 432, № 9, maddə 853; 2010, № 4, maddə 359; 2018, № 10, maddə 2164; 2021, № 10, maddə 1193) ilə təsdiq edilmiş “Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı, razılaşdırılması, dövlət ekspertizası aparılması və təsdiq olunması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 4.6-cı bəndin doqquzuncu abzasında, 5.6-cı bəndin onuncu abzasında və 6.12-ci bəndin yeddinci abzasında “məişət, bərk və istehsalat tullantılarının” sözləri “tullantıların” sözü ilə əvəz edilsin;
2.2. 5.3-cü bəndin onuncu abzasında “sənaye və məişət tullantılarının” sözləri “tullantıların” sözü ilə əvəz edilsin;
2.3. 6.6-cı bəndin dördüncü abzasında “məişətin bərk və istehsalat tullantılarının” sözləri “tullantıların” sözü ilə əvəz edilsin.
3. “Təhlükəli tullantıların pasportlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabine-tinin 2003-cü il 31 mart tarixli 41 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 3, maddə 173; 2007, № 10, maddə 1027) aşağıdakı dəyişikliklər edilsin:
3.1. preambulada “İstehsalat və məişət tullantıları” sözləri “Tullantılar” sözü ilə əvəz edilsin;
3.2. həmin Qərarla təsdiq edilmiş “Təhlükəli tullantıların pasport-laşdırılması Qaydası”nın 1.1-ci bəndində “İstehsalat və məişət tullantıları” sözləri “Tullantılar” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 avqust tarixli 117 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 661; 2020, № 5, maddə 644) ilə təsdiq edilmiş “Azərbaycanda təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.1.3-cü yarımbəndin birinci abzasında “İstehsalat və məişət tullantıları” sözləri “Tullantılar” sözü ilə əvəz edilsin;
4.2. 2.3.1-ci yarımbəndin dördüncü abzasında “İstehsalat və məişət tullantıları” sözləri “Tullantılar” sözü ilə əvəz edilsin.
5. “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlən-məsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 388; 2007, № 10, maddə 1027; 2008, № 2, maddə 132; 2012, № 9, maddə 920; 2018, № 4, maddə 794; 2020, № 5, maddələr 644, 656; 2022, № 11, maddə 1350) aşağıdakı dəyişikliklər edilsin:
5.1. preambulada “İstehsalat və məişət tullantıları” sözləri “Tullantılar” sözü ilə əvəz edilsin;
5.2. həmin Qərarla təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın 1.1-ci bəndində “İstehsalat və məişət tullantıları” sözləri “Tullantılar” sözü ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 13 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 43) ilə təsdiq edilmiş “İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması Qaydası”nın 1.2-ci bəndində “İstehsalat və məişət tullantıları” sözləri “Tullantılar” sözü ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 iyun tarixli 228 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1205; 2018, № 4, maddə 810) ilə təsdiq edilmiş “Təhlükəli tullantıların saxlanılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
7.1. 1.1-ci, 3.1-ci bəndlərdə və 2.5-ci, 2.7-ci bəndlərin birinci cümlələrində “İstehsalat və məişət tullantıları” sözləri “Tullantılar” sözü ilə əvəz edilsin;
7.2. 1.2-ci bəndə “struktur bölmələrində” sözlərindən sonra “, nəqliyyat vasitələrinin utilizasiya fəaliyyətini həyata keçirən şəxslərə məxsus sahələrdə” sözləri əlavə edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 iyun tarixli 263 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1362) ilə təsdiq edilmiş “Tütün məmulatları tullantılarının utilizasiyası Qaydası”nın 3.2-ci bəndində “İstehsalat və məişət tullantıları” sözləri “Tullantılar” sözü ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643, № 6, maddə 784, № 8, maddə 1134, № 9, maddə 1222, № 10, maddə 1273, № 11, maddələr 1403, 1408, № 12 (V kitab), maddələr 1589, 1597; 2021, № 2, maddə 203, № 3, maddələr 278, 288, 293, 300, 302, № 4, maddələr 395, 399, 404, 416, 417, 418, № 6 (IV kitab), maddə 695, № 7, maddələr 871, 874, № 8, maddələr 966, 973, № 9, maddə 1064, № 10, maddələr 1181, 1187, 1192, № 11, maddələr 1256, 1274, 1280, 1283; 2022, № 1, maddələr 53, 70, № 4, maddələr 377, 388, 398, 415, № 5, maddə 577, № 7, maddə 811, № 8, maddə 1026, № 9, maddələr 1085, 1101, № 10, maddə 1210, № 12, maddə 1552; 2023, № 2, maddə 320, № 4, maddə 588, № 5, maddə 737, № 7, maddələr 1066, 1072, № 8 (II kitab), maddələr 1248, 1269; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 16 oktyabr tarixli 368 nömrəli və 3 noyabr tarixli 398 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”na 1.4.2.3.2.8-ci yarımmaddədən sonra aşağıdakı məzmunda 1.4.2.3.2.9-cu yarımmaddə əlavə edilsin:
“1.4.2.3.2.9. “Nəqliyyat vasitələrinin utilizasiyası Fondu”nun daxilolmaları”.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 216 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 878) ilə təsdiq edilmiş “Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”nın 2.12-ci bəndində “İstehsalat və məişət tullantıları” sözləri “Tullantılar” sözü ilə əvəz edilsin.
11. Bu Qərarın 9-cu hissəsi 2024-cü il fevralın 1-dən, 1-ci hissəsi və 7.2-ci bəndi 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 20 dekabr 2023-cü il