01 Avqust 2026 08:56
292
CƏMİYYƏT
A- A+
İnsan kapitalına yatırılan uzunmüddətli sərmayə

İnsan kapitalına yatırılan uzunmüddətli sərmayə


Çağdaş dövrdə dövlətlərin regional və qlobal miqyasda rəqabət qabiliyyətini şərtləndirən əsas amil təbii resurslardan daha çox insan kapitalının keyfiyyət xüsusiyyətləri, psixoloji dayanıqlılığı və intellektual səviyyəsidir. Sosial-iqtisadi inkişafın davamlılığının təmin olunması üçün xüsusi istedada, müasir biliklərə və uyğun idarəetmə səriştələrinə malik insan resurslarının və kadrların müəyyən edilməsi, onların bacarıqlarının inkişafı və dövlət idarəetməsinin məsul vəzifələrinə cəlb olunması strateji əhəmiyyət daşıyır.

Azərbaycanda postneft və rəqəmsal transformasiya dövrünə hazırlıq çərçivəsində insan kapitalına uzunmüddətli intellektual sərmayə qoyuluşu istiqamətində reallaşdırılan strateji fəaliyyətlərdən biri də məhz “Yüksəliş” müsabiqəsidir. “Yüksəliş” müsabiqəsinə Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli sərəncamı ilə start verilib. Müsabiqənin strateji məqsədi Azərbaycanın dövlət idarəçiliyi sistemi üçün uyğun bilik və bacarıqlara malik perspektiv liderlərin və idarəçilərin seçilib müəyyənləşdirilməsi, onların fərdi qaydada inkişafının hərtərəfli dəstəklənməsi və dövlətin kadr ehtiyatı bankının qurulmasıdır.

Bu strateji fəaliyyət, sadəcə, bir müsabiqə olaraq anlaşılmamalıdır. Çünki bu təşəbbüs dövlətin postneft və rəqəmsal transformasiya dövründə insan kapitalına strateji investisiyasıdır. Müasir dövrdə dövlət idarəçiliyinin effektivliyi strateji xarakterli qərarları qəbul edən kadrların bilik və bacarıqları ilə yanaşı, onların emosional dayanıqlılığından və hazırlıq prosesində gücləndirilən keyfiyyət xüsusiyyətlərindən asılıdır. Məhz buna görə “Yüksəliş” müsabiqəsində potensial namizədlərin bilik və bacarıqları ilə yanaşı komanda işinə meyilli olmaları, mürəkkəb vəziyyətlərdə qərar qəbuletmə qabiliyyətləri, liderlik keyfiyyətləri və etik davranış qaydalarına riayət etmələri fərqli metodlarla qiymətləndirilir.

Müsabiqə iştirakçıları test imtahanları, psixoloji və liderlik sınaqları, situasiya tapşırıqları, fərdi müsahibələr və simulyasiya mərhələlərində bilik və bacarıqları ilə yanaşı emosional və psixoloji xüsusiyyətlərini nümayiş etdirirlər. Qalib olan iştirakçılar fərdi inkişaf üçün pul mükafatından savayı, mentorluq proqramı və təlimlərdə iştirak hüququ da əldə edirlər. Onlar həmçinin Azərbaycanın dövlət idarəçiliyi sisteminin təcrübəli rəhbər vəzifəli şəxsləri ilə tanış olaraq “sosial lift” imkanı qazanırlar. Bunlardan başqa, proqram dövlət idarəçiliyində çalışan rəhbər kadrların  praktik təcrübəsinin müsabiqə qalibləri olan potensial rəhbər şəxslərin nəzəri biliklərinə inteqrasiyasını və transferini də təmin edir.

“Yüksəliş” müsabiqəsi Azərbaycanın dövlət idarəçiliyi sistemində meritokratiya prinsip və dəyərlərinin bərqərar olmasına strateji xarakterli töhfə verir. Dövlət idarəçiliyi sistemində insan resurslarının idarə olunmasının bu modelində vəzifə yüksəlişinin təməl meyarı müvafiq biliklər, bacarıqlar və peşəkar keyfiyyətlərdir. Bununla da, vəzifədə yüksəliş prosesində kənar təsirlər minimalaşdırılır və dövlət qulluğunda vəzifə yüksəlişinin şəffaflıq dərəcəsi artırılır.

Bu proses dövlət idarəçiliyi sisteminə və bu sistemin içində ayrı-ayrı elementlərin bir-birinə inamını və etimadını yüksəltməklə, əməkdaşlıq mühitini sağlamlaşdırmaqla sosial kapitalın inkişafına da töhfə verir. Bununla da, güclü insan kapitalı güclü sosial kapitala çevrilir.  İnsan kapitalı dövlət idarəçiliyi sistemində bilikli, bacarıqlı, təcrübəli, səriştəli, geniş dünyagörüşlü, öz sahəsində peşəkar olan insan resurslarının formalaşmasına şərait yaradır. Sosial kapital isə həmin peşəkar insan resurslarının və dövlət qurumlarının digər qurumlarla, hər bir qurumun öz daxili strukturları və geniş cəmiyyət təbəqələri ilə inama və etimada əsaslanan əməkdaşlıq mühiti yaratmasına imkan verir. Bu isə dövlət qulluğunun vəzifədə yüksəliş prosesində şəffaflıq amili ilə birləşdikdə bütövlükdə cəmiyyətdə dövlət qurumlarına  və dövlət qulluğuna inamı daha da artırır.

Bütün bunlar Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” adlanan 3-cü prioritet istiqamətinə uyğundur. Bu prioritet istiqamətdə yüksək peşə bacarıqlarına sahib olan insan kapitalının formalaşdırılması xüsusi olaraq vurğulanmışdır. Eyni zamanda 29 iyun 2026-cı ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında dövlət qurumlarında qəbul edilən qərarların zamanında və effektiv həyata keçirilməsi müasir innovasiya ekosisteminin formalaşdırılmasının önəmi xüsusi vurğulanmışdır.

Dövlət idarəçiliyində insan kapitalının, dövlət-vətəndaş münasibətlərində isə sosial kapitalın inkişaf səviyyəsi də innovasiya ekosisteminin önəmli elementlərindəndir. Bu baxımdan “Yüksəliş” müsabiqəsi dövlətimizin başçısının müəyyən etdiyi strateji inkişaf prioritetlərinə birbaşa töhfə verməkdədir. Rəqabətli insan kapitalı süni intellekt, robotik həllər və transformativ texnologiyalar dövründə Azərbaycanın regionda və dünyada iqtisadi və siyasi mövqeyini daha da gücləndirəcəkdir. Bu isə Prezident İlham Əliyevin də vurğuladığı Azərbaycanın orta güc statusunun daha da möhkəmlənməsinə xidmət edəcək.

“Yüksəliş” müsabiqəsi Azərbaycanın dövlət idarəçiliyi sistemində insan kapitalının və kadrların intellektual potensialına əsaslanan müasir və effektiv strateji mədəniyyətin ortaya çıxmasına şərait yaradır. Bu müsabiqənin dövlət idarəçiliyində institusional islahatlarla ahəngdar həyata keçirilməsi, ehtiyac duyulan potensial rəhbər kadrların tapılması, onların fərdi inkişafı və məsul vəzifələrə təyin olunması prosesini daha da sürətləndirir.

Dövlət idarəçiliyinin kadr təminatının önəmli təsisatı olan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası bu prosesdə öz tədris təcrübəsi, toplanmış intellektual potensialı və geniş məzun şəbəkəsi ilə fəal iştirak edir. Yeni dönəmin strateji öncəliyi insan kapitalının fərdi keyfiyyətlərə əsaslanaraq inkişaf etdirilməsi və rəqəmsal transformasiya dövrünün çağırışlarına cavab verməkdir. Azərbaycanın postneft dönəmində davamlı sosial-iqtisadi inkişafının məhək daşı budur.

 

Elnur ƏLİYEV,

Dövlət İdarəçilik Akademiyası İnzibati idarəetmə fakültəsinin dekanı, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:52
01 Avqust

Ukrayna Patriot raketlərinin istehsalına icazə alacaqmı? 

09:45
01 Avqust

İlklərə imza atan sənət fədaisi

09:38
01 Avqust

Xalqın yaddaşı və milli ruhun ekran salnaməsi

09:31
01 Avqust

Azərbaycan kəndlisinin köməyinə Samuray arısı gəlir

09:24
01 Avqust

Aqrar sektor ilin birinci yarısını hansı göstəricilərlə başa vurub

09:17
01 Avqust

Bölgələrdə yeni aqrar inkişaf dövlət proqramının icrası ilə bağlı tədbirlər keçirilir

09:10
01 Avqust

Yeni nəslin həmrəylik modeli

09:03
01 Avqust

İnsan kapitalına yatırılan uzunmüddətli sərmayə

08:56
01 Avqust

Azərbaycan aparıcı Avropa dövlətlərinin etibarlı tərəfdaşı statusundadır

08:49
01 Avqust

Müstəqil dövlətimiz dilimizin saflığının qorunması üçün ciddi addımlar atır

08:42
01 Avqust

“Azərbaycan dili fenomeni: milli sərvətdən geostrateji resursa doğru”

08:35
01 Avqust

Milli kimliyimizin, dövlətçiliyimizin və mənəvi dəyərlərimizin əbədi dayağı

08:28
01 Avqust

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ - Çolpon-Ata Bəyannaməsi

08:21
01 Avqust

Azərbaycan-Qırğızıstan münasibətləri daha geniş regional strategiyanın tərkib hissəsidir

08:14
01 Avqust

Yeni güc mərkəzi və nümunəvi əməkdaşlıq modeli

08:07
01 Avqust

Azərbaycan-Qırğızıstan münasibətləri müttəfiqlik zirvəsindədir

08:00
01 Avqust

S.N.Japarovun "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında

02:36
01 Avqust

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qırğızıstana səfəri barədə videoçarx paylaşılıb 

02:34
01 Avqust

Sürücülərin diqqətinə: Bakının bir sıra küçə və yollarında hərəkət məhdudlaşdırılacaq 

22:13
31 İyul

Azərbaycan–Qırğızıstan münasibətlərində yeni strateji mərhələ başlayır

22:06
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!